Kibertəhlükəsizliyə dair qanun layihələri MM plenar iclasına tövsiyə edilib
04.05.2022 [17:53]
Bu gün Milli Məclisin İnsan hüquqları və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclası keçirilib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc gündəliyə “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə(birinci oxunuş) və bununla əlaqədar olaraq İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihələrinin daxil edildiyini bildirib.
Komitə sədri müasir dövrdə informasiyanın mühafizəsinin hər bir dövlət üçün mühüm həyati məsələ olmasından və kibertəhlükəsizliyin təmin edilməsinin əhəmiyyətindən danışıb. Qeyd edib ki, iclasın gündəliyinə daxil edilən hər iki qanun layihəsi bununla bağlıdır. Belə ki, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanuna yeni fəsilin əlavə edilməsi təklif olunur. Bununla da qanunvericiliyimizə “kritik informasiya infrastrukturu” anlayışı gətirilir. Zahid Oruc bildirib ki, kritik informasiya infrastrukturunun kibertəhlükəsizliyinə prioritet məsələ kimi baxılmasının zərurətini nəzərə alaraq və Azərbaycan Respublikasında kritik informasiya infrastrukturunun və onun tərkibinə daxil olan informasiya sistemlərinin, informasiya-kommunikasiya şəbəkələrinin və avtomatlaşdırılmış idarəetmə sistemlərinin təhlükəsizliyinin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidenti tərəfindən 17 aprel 2021-ci il tarixində “Kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi sahəsində bəzi tədbirlər haqqında” Fərman imzalanıb. Qeyd olunan qanun layihəsində kritik informasiya infrastrukturu, onun obyekti və subyekti, digər anlayışlar, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi sahəsində səlahiyyətli orqan, habelə kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının hüquqi əsasları müəyyən edilir.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili kibertəhlükəsizliyin pozulmasının dünyada ən çox iqtisadi sahəyə ziyan vurduğunu diqqətə çatdırıb. Bildirib ki, il ərzində dünya iqtisadiyyatına kibertəhlükəsizliyin pozulmasına görə dəyən zərər təxminən 10 trilyon dollara yaxındır. Bu isə dünya iqtisadiyyatının illik inkişafından iki dəfə çoxdur. Bu gün dünya sürətlə rəqəmsallaşmaqdadır və bu sahənin ciddi şəkildə qorunmasına ehtiyac var. Bu baxımdan layihə ölkənin iqtisadi təhlükəsizliyinin qorunması baxımından mühüm əhəmiyyətə malikdir. Təqdirəlayiq haldır ki, qanunda kibertəhlükəsizliyin qorunması baxımından 10-a yaxın konkret sahə müəyyən olunub. Kibertəhlükəsizliyin qorunması təkcə dövlətin və hökumətin deyil, bütövlükdə cəmiyyətin funksiyasıdır.
Tahir Mirkişili bu qanunun qəbul edilməsinin ümumilikdə iqtisadiyyatımızın inkişafında öz rolunu oynayacağına inamını ifadə edib.
Sonra iclasda çıxış edən Dövlət Təhlükəsizliyi Xidmətinin rəis müavini İlqar Musayev ölkəmizdə informasiya təhlükəsizliyinin qorunması istiqamətində görülən işlərdən danışıb, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsinin əhəmiyyətini qeyd edib. Rəis müavini kibercinayətkarlığa qarşı mübarizə, bu sahədə görülmüş qabaqlayıcı tədbirlər barədə məlumat verib və müzakirəyə çıxarılan qanun layihəsini yüksək qiymətləndirib.
Müzakirələr zamanı çıxış edən deputatlar Razi Nurullayev, Əli Məsimli, Tural Gəncəliyev, Tahir Kərimli, Vahid Əhmədov və Aydın Hüseynov Azərbaycanda informasiya təhlükəsizliyinin qorunmasında əldə edilmiş uğurlardan danışıblar, müzakirə olunan qanun layihəsinin əhəmiyyətini qeyd ediblər.
İclasda çıxış edən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli gündəliyin ikinci məsələsi – İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) barədə məlumat verib. Bildirib ki, bu dəyişiklik “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunun tələblərinin pozulması zamanı yaranan inzibati məsuliyyəti özündə ehtiva edir və buna görə məcəllədə cərimələr nəzərdə tutulur. Hüquq siyasəti və dövlət quruculuğu komitəsi qanun layihəsinə müsbət rəy verib.
Müzakirələrdən sonra hər iki qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.
İclasda Milli Məclisin deputatları Ziyad Səmədzadə, Jalə Əhmədova, Məzahir Əfəndiyev, İqbal Məmmədov, Rüfət Quliyev, Naqif Həmzəyev, Elşad Mirbəşir oğlu, Bəhruz Məhərrəmov, Məşhur Məmmədov, Elnur Allahverdiyev, Anar Məmmədov, Mahir Abbaszadə və digər rəsmi şəxslər iştirak ediblər.
Xəbər lenti
Hamısına baxElm
26 Avqust 18:51
İqtisadiyyat
26 Avqust 18:10
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Mədəniyyət
26 Avqust 16:56
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45
İdman
26 Avqust 13:18
Dünya
26 Avqust 12:46
Gündəm
26 Avqust 11:58
Gündəm
26 Avqust 11:48
Gündəm
26 Avqust 11:41
Gündəm
26 Avqust 11:38
İqtisadiyyat
26 Avqust 11:25
Gündəm
26 Avqust 10:59
İqtisadiyyat
26 Avqust 10:58
Sosial
26 Avqust 10:37
İqtisadiyyat
26 Avqust 10:20
Analitik
26 Avqust 09:56
Analitik
26 Avqust 09:25
Mədəniyyət
26 Avqust 09:05
Dünya
25 Avqust 23:58
Dünya
25 Avqust 23:36
İdman
25 Avqust 23:36
Dünya
25 Avqust 22:57
Dünya
25 Avqust 22:36
Elanlar
25 Avqust 22:24
Siyasət
25 Avqust 21:57
Dünya
25 Avqust 21:56
Siyasət
25 Avqust 21:45
Dünya
25 Avqust 21:32
Dünya
25 Avqust 20:59
Dünya
25 Avqust 20:39
Dünya
25 Avqust 19:58
Dünya
25 Avqust 19:27
İqtisadiyyat
25 Avqust 18:56
İqtisadiyyat
25 Avqust 18:25
Elm
25 Avqust 17:58
Elm
25 Avqust 17:25
Sosial
25 Avqust 17:16
Sosial
25 Avqust 16:55
İqtisadiyyat
25 Avqust 16:51
Sosial
25 Avqust 16:40
Sosial
25 Avqust 16:39
Siyasət
25 Avqust 16:15
Elm
25 Avqust 16:10
Siyasət
25 Avqust 16:02
Elm
25 Avqust 15:35
İqtisadiyyat
25 Avqust 14:47
Dünya
25 Avqust 14:16
Dünya
25 Avqust 13:38
Dünya
25 Avqust 12:45
Analitik
25 Avqust 11:50
Siyasət
25 Avqust 11:35
Analitik
25 Avqust 11:15
Analitik
25 Avqust 10:35
Ədəbiyyat
25 Avqust 10:15
Analitik
25 Avqust 09:25
Dünya
24 Avqust 23:58
Dünya
24 Avqust 23:36
Dünya
24 Avqust 22:58
Dünya
24 Avqust 22:23

