Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Azərbaycanda bəzi vergi növlərini azaltmaq, bəzilərini isə tamamilə ləğv etmək planlaşdırılır

Azərbaycanda bəzi vergi növlərini azaltmaq, bəzilərini isə tamamilə ləğv etmək planlaşdırılır

19.05.2022 [14:33]

Azərbaycanda yüklərin tranziti zamanı yol vergisinin ləğvinə yönəlmiş qanun layihəsi hazırlanıb.

Trend-in məlumatına görə, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) rəisi Anar Rzayev "Azərbaycanda beynəlxalq avtomobil daşımalarının inkişaf perspektivləri" mövzusunda konfans zamanı deyib.

Onun sözlərinə görə, yük daşıyıcıları Azərbaycan Vergilər Məcəlləsinə uyğun olaraq yol vergisi ödəyir və bu, yol rüsumlarına aid deyil.

"Bu normativi ləğv etmək üçün müvafiq qanun layihəsi hazırlanıb. Azərbaycana daxil olarkən yol vergisinin ödənişi həm yerli, həm də xarici yük daşıyıcılarına şamil olunur", - A.Rzayev deyib.

O qeyd edib ki, bu qanun layihəsində digər məsələlər də yer alıb.

"Bəzi vergi növlərini azaltmaq, bəzilərini isə tamamilə ləğv etmək planlaşdırılır", - deyə o bildirib.

Paylaş:
Baxılıb: 501 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30