Beynəlxalq konfranslar məkanı - Şuşa
20.05.2022 [09:59]
Azərbaycanın İkinci Qarabağ müharibəsində qələbəsi bütün Türk dünyasının qələbəsidir
Günel
Şuşa işğaldan azad edildikdən sonra bir sıra mötəbər tədbirlərə ev sahibliyi etməkdədir. Tədbirlər çərçivəsində Şuşaya müxtəlif ölkələrdən olan nümayəndələr səfər edirlər. Buranın tarixi ilə tanış olur, şəhərin gələcək perspektivləri ilə bağlı müzakirələr aparırlar. Bu mənada mayın 19-da Şuşa şəhərində “Münaqişədən sonrakı humanitar gündəliyin inkişafı: mədəni mühitin canlandırılması yolu ilə davamlı inkişaf” mövzusunda işə başlayan ikigünlük beynəlxalq konfransı xüsusi qeyd etmək lazımdır. Konfransın açılışında mədəniyyət naziri Anar Kərimov, ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malik, Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Bağdad Amreyev və başqaları iştirak ediblər. Tədbirdə “Mədəniyyət naminə sülh” proqramının ICESCO-ya daxil olan məsələlər planı müzakirə edilməsi nəzərdə tutulub. Qeyd edək ki, “Mədəniyyət naminə sülh” qlobal çağırışının əsas istiqaməti postmünaqişə dövründə olan ölkələrin işğaldan azad olunmuş ərazilərində mədəni infrastrukturu dirçəltmək, milli-mənəvi dəyərləri yenidən həmin torpaqlara qaytarmaq üçün davamlı sülhün təmin edilməsidir.
Azərbaycan sülhün bərqərar olmasına tərəfdardır
Tədbirdə çıxış edən mədəniyyət naziri Anar Kərimov Şuşanın Azərbaycan üçün önəmindən danışıb. Bildirib ki, Şuşada Azərbaycan mədəniyyətinin xeyli dahi nümayəndələri anadan olub, eləcə də bu torpaq öz muğam ifaçıları ilə məşhurdur. Nazirin sözlərinə görə, 30 illik erməni işğalı Azərbaycan ərazilərində, o cümlədən Şuşa şəhərində mədəni abidələr də daxil olmaqla böyük dağıntılara səbəb olub: “Amma artıq münaqişə keçmişdə qaldı, Azərbaycan sülhün və mehriban qonşuluq münasibətlərinin bərqərar olmasına tərəfdardır”.
A.Kərimov Şuşanın 2023-cü il üçün Türk dünyasının mədəniyyət paytaxtı seçildiyini xatırladaraq gələn il bununla bağlı bayram tədbirlərinin keçiriləcəyini diqqətə çatdırıb. O, çoxsaylı dövlətlərin sülh və mədəniyyətin inkişafına fəal töhfə verən Bakı prosesinə qoşulduğunu vurğulayıb.
Şuşada birinci yaşayış kompleksinin tikintisi üzərində işlər aparılır
Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov bildirib ki, azad olunduğu ilk gündən etibarən Şuşada bərpa işlərinə başlanılıb. Abidələrin çoxu artıq bərpa edilib. Bütün işlər əsas diqqətin mədəniyyət abidələrinin bərpasına ayrıldığı əsas plana uyğun olaraq aparılır. A.Kərimov vurğulayıb ki, Şuşada ilk yaşayış kompleksinin tikintisinin tamamlanması məcburi köçkünlərin öz doğma şəhərlərinə qayıtmasına imkan verəcək.
ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malik çıxışında Şuşanı mədəniyyət paytaxtı adlandırıb, bildirib ki, bura dünyaca məşhur Üzeyir Hacıbəyovun vətənidir. O, hərbi əməliyyatların dayandığı postmünaqişə dövründə regionda sülhün təmin və inkişaf etdirilməsinə kömək etməyin vacibliyini də vurğulayıb.
Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Bağdad Amreyev Azərbaycanın İkinci Qarabağ müharibəsində qələbəsini bütün Türk dünyasının qələbəsi olduğunu deyib. Amreyev Şuşanın mədəni əhəmiyyətini xüsusilə vurğulayaraq, şəhərin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” seçildiyini xatırladıb. Qeyd edib ki, Türk Dövlətləri Təşkilatı (TDT) işğaldan azad edilmiş ərazilərin bərpası prosesinə öz töhfəsini verməyə hazırdır.
Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Sərdar Çam bu konfransın əməkdaşlığın inkişafı üçün yeni imkanlar açacağına ümidvar olduğunu deyib. O bildirib ki, Türkiyə hər zaman Azərbaycanın yanında olub. Onun sözlərinə görə, Şuşa bəyannaməsi cəmi iki ölkə arasında imzalansa da, bütün regionun inkişaf modelinə çevrilə bilər. Nazir müavini region ölkələri arasında əməkdaşlığı çox böyük əhəmiyyətə malik olduğunu vurğulayaraq, Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olması, sərhədlərin demarkasiya və delimitasiyasına başlanılmasının xüsusilə əhəmiyyətli olduğunu diqqətə çatdırıb.
Xəbər lenti
Hamısına baxDünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45

