Şamaxı şəhəri “Türk Dünyasının Turizm Paytaxtı” seçilib
25.05.2022 [10:49]
MİKAYIL
Şamaxı şəhəri 2023-cü il üçün “Türk Dünyasının Turizm Paytaxtı” seçilib. Bu barədə qərar Türk Dövlətləri Təşkilatının turizm nazirlərinin 7-ci iclası və turizm üzrə işçi qrupunun 17-ci iclasında qəbul edilib.
Şamaxı şəhərinin “Türk Dünyasının Turizm Paytaxtı” seçilməsi heç də təsadüfi deyil. Türk dünyasını birləşdirən əsas şəbəkələrdən biri tarixi İpək Yoludur. Şamaxı da İpək Yolu üzərində yerləşən tarixən mövcud olan Şirvanşahların paytaxtı olub. Şamaxı Azərbaycanın ən qədim şəhərlərindən biridir, Bakıdan 122 kilometr məsafədə, Böyük Qafqaz silsiləsinin ətəklərində yerləşir. Şirvanın baş şəhəri zəngin tarixi keçmişi sayəsində bu gün də diqqətəlayiq yerlərinin çoxluğu ilə seçilir.
Şamaxının tarixi zəngindir. Bəzi məlumatlara görə, “Şamaxı” toponimi “şah” və “mah” sözlərinin birləşməsindən əmələ gəlib. Şəhərin şimal-qərb hissəsində aparılan arxeoloji qazıntılar zamanı e.ə. V-IV əsrlərə aid yaşayış məskəni aşkar edilib. Qafqaz Albaniyasının şəhəri kimi Şamaxı yunan alimi Klavdiy Ptolomeyin (II əsr) “Coğrafiya” əsərində xatırlanır. X əsrin əvvəlində şəhər Şirvan dövlətinin paytaxtı olub. XVI əsrə qədər Şamaxı-Bakı-Dərbənd regionunun müxtəlif vilayətləri Şirvan dövlətinin sərhədləri daxilində idi. Bu dövlətin ərazisində 360 qala vardı.
Karvan yollarının kəsişməsində yerləşən Şamaxı Yaxın Şərqin ən iri ticarət-sənətkarlıq mərkəzlərindən biri olub. Şəhər ipək ticarətində mühüm yer tutub. XVI əsrin mənbələrində Şamaxı və Venesiya tacirlərinin əlaqələrindən söz açılır.
Zəngin torpaqlara sahib olmaq istəyən yağıların niyyətləri bəzən qısa müddətə baş tutub. XII əsrin əvvəlində, monqollar Azərbaycana yürüş etdiklərində olduğu kimi. Böyük Pyotrun vaxtında isə ruslar bu şəhəri ələ keçirərək onu yağmalayıb və xaraba qoyublar. Düşmən basqınlarından başqa, Şamaxı dəfələrlə (1607, 1667, 1859 və 1902-ci illər) dağıdıcı zəlzələlərdən əzab çəkib. 1667-ci ildə Şamaxı əhalisinin 80 min nəfəri həlak olub. 1902-ci ilin zəlzələsi də şamaxılılara rəhm etməyib. Şəhərin böyük hissəsi bir andaca xarabazara çevrilib. XIX əsrin ortalarında Azərbaycana səyahət edən məşhur fransız yazıçısı Aleksandr Düma kədərlə qeyd edirdi: “Şamaxı heç vaxt deyə bilməyəcək ki, sabah mövcud olacaq, ya olmayacaq”
Bütün dərd-bəlalara baxmayaraq, hər bir zəlzələdən və düşmən basqınından sonra şamaxılılar şəhəri yenidən inşa ediblər. Bu gün Şamaxı müasir, səliqə-sahmanlı, Azərbaycanın gözəl memarlıq abidələrinin qorunub saxlanıldığı ən iri şəhərlərindən biridir.
O artıq 2023-cü il üçün “Türk Dünyasının Turizm Paytaxtı”dır. Onun əfsanəvi Gülüstan qalası, “Yeddi günbəz”, Şamaxı Cümə məscidi və b. tarixi abidələri var. 3000 il yaşı olan bu qədim diyar yenidən dirçələrək Azərbaycanın mədəniyyət tarixinə öz adını yazmağı bacarıb.
Dahilər Vətəni də deyilən Şamaxı Əfzələddin Xaqani, İmadəddin Nəsimi, Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabir kimi böyük söz ustadları yetişdirib.
Şamaxının müasir atributuna çevrilən Nəsirəddin Tusi adına Astrofizika Rəsədxanasını da xüsusi vurğulamaq lazımdır. Rəsədxana Prezident İlham Əliyevin iştirakı ilə yenidənqurmadan sonra açılıb. Burada yenilənmiş teleskoplar, ərazidə yaradılan yüksək şərait nümayiş etdirilir.
Bir sözlə, tarixlə müasirliyin vəhdətini özündə yaşadan qədim Şamaxı bu gün yenilənir və daha da gözəlləşir.
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53

