Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Azərbaycan dövləti xaricdə patentləşdirilən ixtiranın xərclərinin yarısını ödəyəcək

Azərbaycan dövləti xaricdə patentləşdirilən ixtiranın xərclərinin yarısını ödəyəcək

15.06.2022 [12:33]

Azərbaycan vətəndaşlarının xaricdə patentləşdirdiyi ixtiranın xərclərinin yarısı dövlət tərəfindən qarşılanacaq.

Prezident İlham Əliyev bununla bağlı "İxtiraçılıq fəaliyyətinin stimullaşdırılması haqqında" fərman imzalayıb.

Fərmana əsasən, Azərbaycan Respublikasında ixtiraçılıq fəaliyyətini stimullaşdırmaq və bu sahəyə dövlət dəstəyi göstərmək məqsədilə ixtiraların və faydalı modellərin Patent Əməkdaşlıq Sazişi (PCT) beynəlxalq sistemi vasitəsilə xarici dövlətlərdə patentləşdirilməsi və onların ilk üç il müddətində qüvvədə saxlanılması üçün Azərbaycan Respublikasının vətəndaşı olan hüquq sahiblərinin ödədikləri xərclərin 50 faizi dövlət tərəfindən maliyyələşdiriləcək.

Nazirlər Kabineti isə xərclərin dövlət tərəfindən maliyyələşdirilməsi qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla üç ay müddətində təsdiq etməlidir.

Paylaş:
Baxılıb: 680 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

104 illik tarix!

29 Avqust 11:19

Ədəbiyyat

Analitik

Nüvə kabusu...

29 Avqust 09:45  

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

29 Avqust 08:31  

Gündəm

İqtisadiyyat

Gündəm

Ədəbiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31