Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyası “Worldchefs”ə üzvlüyə qəbul edilib
16.06.2022 [14:09]
Dövlət Turizm Agentliyinin təşkilati dəstəyi ilə Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyası (AKMA) Dünya Kulinariya Təşkilatları Assosiasiyasına (Worldchefs -World Association of Chefs Societies) assosiativ üzv qəbul edilib.
Dünya Kulinariya Təşkilatları Assosiasiyası qlobal mətbəxlərin kulinariya standartlarının saxlanması və təkmilləşdirilməsi istiqamətində fəaliyyət göstərən peşəkar qeyri-hökumət təşkilatıdır.
Yüzdən çox baş aşpaz cəmiyyətlərini özündə birləşdirən qurum qastronomiya üzrə ekspertlərin təhsili, təlimi və hüquqi statuslarının gücləndirilməsi üçün müvafiq işlər görür.
Qeyd edək ki, Dövlət Turizm Agentliyinin yeni qastronomiya strategiyasında “Worldchefs”lə intensiv əməkdaşlıq xüsusi yer tutur.
Cari ilin iyun ayının əvvəlində Dövlət Turizm Agentliyinin dəstəyi ilə ilk dəfə olaraq azərbaycanlı kulinarlar komanda şəklində “Worldchefs” tərəfindən Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində təşkil olunan Dünya Baş Aşpazlarının Konqresində iştirak ediblər.
Kulinariya sahəsində dünyanın ən böyük tədbiri olan bu konqresdə 110 ölkədən 5 mindən çox nümayəndə iştirak edib. Tədbir çərçivəsində Dövlət Turizm Agentliyinin sədr müavini Azadə Hüseynovanın “Worldchefs” təşkilatının prezidenti Tomas Quqler ilə görüşü baş tutub.
Bundan əlavə, azərbaycanlı aşpazlar bu il ilk dəfə olaraq “Worldchefs”in təşkil etdiyi və azərbaycanlı baş aşpazların beynəlxalq səviyyəli yarışmalarda hakim kimi iştirakına imkan yaradacaq beynəlxalq hakimlik kurslarında komanda olaraq iştirak ediblər.
“Worldchefs” təşkilatı ilə əməkdaşlıq üçün Dövlət Turizm Agentliyi tərəfindən, həmçinin Dubay Beynəlxalq Kulinariya İncəsənət Mərkəzi (ICCA) ilə müzakirələrə başlanılıb. Müzakirələr əsnasında sözügedən əməkdaşlığın təlim və sertifikasiya, texniki peşə təhsili, qastronomik turizm marşrutlarının tərtibatı və Azərbaycan qastronomiya sənayesi nümayəndələrinin dünya miqyaslı yarışlarda və tədbirlərdə yüksək səviyyədə təmsilçiliyi ilə bağlı ilkin razılıq əldə olunub.
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 23:20
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21

