Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Səhiyyə naziri: “Azərbaycanda meymunçiçəyi qeydə alınmayıb”

Səhiyyə naziri: “Azərbaycanda meymunçiçəyi qeydə alınmayıb”

17.06.2022 [12:31]

“Azərbaycanda meymunçiçəyi virusu qeydə alınmayıb”.

Bunu “Report”a açıqlamasında səhiyyə naziri Teymur Musayev bildirib.

Onun sözlərinə görə, Səhiyyə Nazirliyi mütəmadi olaraq meymunçiçəyi ilə bağlı açıqlamalarla çıxış edir: “Rəsmi olaraq bəyan edirəm ki, indiyədək Azərbaycanda meymunçiçəyi qeydə alınmayıb”.

“Azərbaycana meymunçiçəyi ilə bağlı testlər və dərmanlar gətiriləcək” - deyə Teymur Musayev bildirib.

Onun sözlərinə görə, Azərbaycan səhiyyəsi istənilən epidemik və pandemik çağırışlara cavab verməyə hazırdır: “Meymunçiçəyi ilə əlaqədar bütün lazımi qabaqlayıcı tədbirlər görülüb. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən ölkəmizə bu günlərdə testlər gətiriləcək. Eyni zamanda meymunçiçəyinin müalicəsi üçün lazım olan və qeydiyyatdan keçmiş bütün dərman preparatları çox qısa müddətdə ölkəmizə gətiriləcək”.

Paylaş:
Baxılıb: 778 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

104 illik tarix!

29 Avqust 11:19

Ədəbiyyat

Analitik

Nüvə kabusu...

29 Avqust 09:45  

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

29 Avqust 08:31  

Gündəm

İqtisadiyyat

Gündəm

Ədəbiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31