Şuşa ilə bağlı layihələr çox ciddi yanaşma tələb edir
01.07.2022 [10:48]
“Şuşa İli”nə həsr olunmuş qrant müsabiqəsinin nəticələri elan edilib
MÜŞFİQƏ
Azərbaycan xalqı otuz ilə yaxın işğal altında olan Şuşanın həsrəti ilə yaşadı, lakin bu ədalətsizliklə barışmadı. 2020-ci il sentyabrın 27-də başlanan 44 günlük Vətən müharibəsi Azərbaycanın şanlı Qələbəsi ilə nəticələndi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qəhrəmanlığı nəticəsində torpaqlarımız işğaldan azad edildi. Dövlətimizin başçısı Şuşanın xalqımız üçün tarixi əhəmiyyətini, yüksək mədəni-mənəvi dəyərini nəzərə alaraq bu il yanvarın 5-də Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Sərəncam imzaladı. “Şuşa İli” çərçivəsində istər ölkəmizdə, istərsə də respublikamızın hüdudlarından kənarda tədbirlər, sərgilər və müsabiqələr keçirilir.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi də öz növbəsində “Şuşa İli”nə həsr olunmuş xüsusi müsabiqə keçirib. Müsabiqənin nəticələri isə Şuşa şəhərində elan edilib.
Şuşada təşkil edilən tədbirdə Azərbaycan Respublikası Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev, Şuşa şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasov, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Agentliyin məsul əməkdaşları, QHT-lər, media nümayəndələri və bloggerlər iştirak ediblər.
Tədbir başlamazdan əvvəl Vətən uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri açan Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva “Şuşa İli”nə həsr edilmiş qrant müsabiqəsinin mərhələləri barədə məlumat verib. O, layihələrin icrası zamanı qalib gələn təşkilatların fəaliyyətlərinin idarə edilməsinin daim diqqət mərkəzində saxlanılacağını bildirib.
Sonra çıxış edən Azərbaycan Respublikası Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev qalib gələn təşkilatları təbrik edib, Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada müxtəlif layihələrin gerçəkləşdirilməsinin olduqca əhəmiyyətli olduğunu qeyd edib.
Şuşa şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasov hər kəsi Şuşa şəhərində salamlamaqdan məmnun olduğunu bildirib və Şuşa şəhərinin təbliği baxımından vətəndaş cəmiyyəti nümayəndələrinə təşəbbüskarlıqlarına görə təşəkkürünü bildirib.
Sonda qalib olan təşkilatların adları və qrant məbləğləri açıqlanıb.
Qeyd edək ki, qrant müsabiqəsinə 8 istiqamət üzrə 227 layihə təqdim olunub. Onlardan 22 QHT layihəsinin maliyyələşdirilməsi haqqında qərar qəbul edilib.
“Şuşa İli”nə həsr olunmuş xüsusi müsabiqənin seçim mərhələsi obyektiv və peşəkar keçirilib. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi faəliyyətə başladığı dövrdən bu yana ilk dəfədir seçilən layihələri Qarabağın incisi olan Şuşada elan etdi. Bu, tarixi bir hadisə idi”.
Bunu qəzetimizə açıqlamasında “Azərbaycan Jurnalistlər Şəbəkəsi” ictimai birliyinin rəhbəri Ayaz Mirzəyev bildirib. Qaliblər sırasında yer alan A.Mirzəyev müsabiqənin seçimlərinin çox obyektiv və peşəkar aparıldığını qeyd edib: “Bizim təşkilat bu zamana qədər Şuşa ilə bağlı müxtəlif mövzuları əhatə edən filmlər hazırlayıb. Çox xoş oldu ki “Şuşa İli”ndə olan bu müsabiqədə biz qalib təşkilatlardan biri olduq və bizim çiyinlərimizə yeni bir məsuliyyət qoyuldu. Biz öz məsuliyyətimizi yüksək səviyyədə yerinə yetirəcəyik. Şuşada təhsil obyektləri 30 il ərzində qəsbkarlar tərəfindən sıradan çıxarılıb. Bu, böyük bir barbarlıq və insanlıq cinayətidir. Biz bununla bağlı sənədli film ərsəyə gətirəcəyik. Eyni zamanda, Şuşanın maddi-mənəvi irsinə 30 illik işğal dövründə dəymiş ziyanla bağlı bir araşdırmamız olacaq. Çalışacağıq ki, dünya görsün ki, bir millətə məxsus olan unikal mədəniyyət, sərvət, dəyərlər necə başqa bir millət tərəfindən qəsbkarlığa və aşınmaya məruz qalıb”, - deyə o bildirib.
“Layihələri təqdim edən şəxslər agentliyə dəvət olundu və onların bundan əvvəlki təcrübələri, həyata keçirdikləri layihələr ilə bağlı geniş şəkildə suallar verildi, təşkilatın keçmiş fəaliyyəti nəzərdən keçirildi. Əslində, bu tip 2-3 mərhələli yoxlama prosesi daha keyfiyyətli layihələrin seçilməsi üçün vacib amil idi. Biz bu dəfə bunu müşahidə etdik. Nəzərə alsaq ki, “Şuşa İli”dir və Şuşa ilə bağlı layihələr çox ciddi yanaşma tələb edir. Hesab edirəm ki, bu seçim turu çox müsbət qarşılandı və obyektiv həyata keçirildi” - deyə A.Mirzəyev əlavə edib.
Qeyd edək ki, bu layihələr çərçivəsində həm Şuşada, həm digər regionlarda və ölkəmizin hüdudlarından kənarda da Şuşaya həsr olunmuş tədbirlər davam edir.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03
Gündəm
23 İyun 17:48
YAP xəbərləri
23 İyun 17:38

