Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Prezidentin Basqal səfəri Quba sakinlərinin gözü ilə

Prezidentin Basqal səfəri Quba sakinlərinin gözü ilə

17.08.2022 [10:23]

Saməddin Nəsirov

Quba rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Müstəqil Azərbaycan dövləti inkişaf etmiş dövlətlər içərisində ən qüdrətli dövlətlərdən biridir. Əlbəttə ki, bu inkişafın təməli Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Müstəqil Azərbaycan dövlətinin qurucusu, memarı ulu öndər Heydər Əliyevin hakimiyyətdə olduğu dövrlərə nəzər salsaq görərik ki, Ümummilli Lider dövlətimizin inkişafı naminə əlindən gələni əsirgəməmişdir. Bu gün də Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən bu tendensiya davam etdirilir. Möhtərəm Prezidentimiz tərəfindən müstəqilliyimizin qorunub saxlanılması və gənc nəsillərə çatdırılması istiqamətində əməli işlər həyata keçirilir. Prezident bölgələrə səfər edir, insanlarla görüşür, onların problemləri  ilə maraqlanır. İnsanların sosial rifah halının yaxşılaşdırılması və bölgənin inkişafı naminə müvafiq sərəncamlar verir. Möhtərəm Prezidentimizin İsmayıllı rayonunun Basqal qəsəbəsinə etdiyi səfər də belə səfərlərdən biridir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin cari ilin 12 avqust tarixində İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına verdiyi müsahibəsi bir daha onu göstərdi ki, möhtərəm Prezidentimizin respublikamızın  bütün  bölgələrində  yaşayan  insanlar  üçün  daha  yaxşı  şəraitin yaradılması, yeni iş yerlərinin açılması, regionda turizm potensialının yaxşılaşdırılması, bölgələrdə aqroparkların  fəaliyyətinin genişləndirilməsi, azad edilmiş ərazilərdə  kənd təsərrüfatının inkişaf etdirilməsi və s. insanların sosial rifah halının yaxşılaşdırılmasına yönəldilmişdir. Həm Basqal qəsəbəsində, həm işğaldan azad olunmuş doğma torpaqlarımızda  və digər şəhər, qəsəbə və kəndlərdə yeni iş yerlərinin açılması, bölgələrə xarici investorların cəlb edilməsi və sosial-iqtisadi sahənin inkişafı insanlarda ruh yüksəkliyi yaradır. Cənab Prezidentin bölgələrə səfəri zamanı insanlarla səmimi görüşü, onlara göstərilən diqqət və qayğı, eyni zamanda, bölgənin inkişafı üçün verilmiş  sərəncamlar bir daha onu göstərir ki, Prezident Azərbaycan Respublikasının hər vətəndaşının yanındadır. 44 günlük Vətən Müharibəsi zamanı əldə olunan şanlı Zəfər bir daha onu göstərdi ki, müstəqil Azərbaycan dövləti qüdrətli, nizami və müzəffər orduya malikdir və bu ordunu idarə edən Müzəffər Ali Baş Komandanımız-cənab İlham Əliyevdir.  

Tarixə nəzər salsaq görərik ki, müxtəlif dövrlərdə mənfur düşmənlərimiz tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş qanlı faciələr, soyqırımlar  və digər terror əməliyyatları Azərbaycanı sarsıda bilmədi. Cənab Prezidentin dili ilə desək, bir neçə saat ərzində davam edən “Qisas” əməliyyatı cəza tədbiri idi. Azərbaycan şəhidinin qanı düşmənlərə baha başa gəldi və onlar bunu unutmamalıdır. Əgər yenə də buna oxşar təxribat törədilərsə, cavab da eyni olacaq və heç kim bizə mane ola bilməz, heç kim bizi durdura bilməz. “Qisas” əməliyyatı Ermənistana bir daha göstərdi ki, bizi heç kim və heç nə dayandıra bilməz, nə kiminsə bəyanatı, nə kiminsə açıqlaması, nə hansısa telefon zəngi;  Prezident Azərbaycan Televiziyasına verdiyi müsahibədə xüsusi olaraq vurğuladı ki, dəfələrlə Ermənistana xəbərdarlıq edilmişdir ki, odla oynamasınlar, yeni reallıqları qəbul etsinlər və yeni təxribatlara əl atmasınlar. Erməni silahlı birləşmələri Qarabağı birdəfəlik tərk etməlidir. 10 noyabr 2020-ci il Bəyannaməsində açıq-aydın göstərilir ki, yeni yol çəkiləcək və üç il ərzində bu yolun planlaşdırılması və razılaşdırılması təmin edilməlidir. Bütün Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı işlər aparılır. Laçın şəhərindən, Zabux və Sus kəndlərindən qanunsuz məskunlaşmış insanlar çıxarılmalıdır. Azərbaycan üzərinə götürdüyü bütün öhdəliklərinə sadiqdir, Ermənistan isə, sadəcə olaraq, yenə də fitnəkarlıqla məşğuldur. Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır. Bu gün danışıqlar masasında hər hansı bir statusdan, ümumiyyətlə, söhbət belə getmir. Qarabağda yaşayan ermənilər düzgün addım atmalıdırlar, başa düşməlidirlər ki, onların gələcəyi ancaq Azərbaycan cəmiyyətinə inteqrasiyadan keçir. Qarabağda yaşayan ermənilərin nə statusu olacaq, nə müstəqilliyi olacaq, nə də ki, hansısa xüsusi imtiyazı olacaq.

Quba rayon Mərkəzi kitabxanası 1932-ci ildə yaradılmışdır. Bu vaxtadək rayonda kiçik kitabxanalar və  qiraətxanalar fəaliyyət göstərmişdir. 1978-ci ildə isə həmin kitabxanalar və qiraətxanalar birləşdirilərək Quba rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) yaradılmışdır.

 Quba rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində müxtəlif tarixi əlamətdar günlər və bayramlarla əlaqədar, həmçinin dahi şəxsiyyətlərin, görkəmli ictimai xadimlərin, şair və yazıçıların yubileylərinə həsr olunmuş kitab sərgiləri təşkil olunur, bir-birindən maraqlı tədbirlər keçirilir. Bundan əlavə, rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin həm mərkəzi kitabxanasında, həm də şəhər, qəsəbə və kənd kitabxana filiallarında Prezident İlham Əliyevin görüşləri, səfərləri və eləcə də müxtəlif televiziyalara verdiyi müsahibələrlə bağlı rayonun kitabxana ictimaiyyəti ilə, oxucularla, gənclərlə, ziyalılarla və KİV nümayəndələri  ilə birgə təbliğat xarakterli maarifləndirici tədbirlər keçirilir, videoçarxlar nümayiş etdirilir. Bundan başqa, kitabxana əməkdaşları tərəfindən bu səpkidə videoroliklər hazırlanaraq sosial şəbəkələrdə paylaşılır.

Belə tədbirlərdən biri də məhz Prezidentin İsmayıllı rayonunun Basqal qəsəbəsinə səfəri ilə bağlı keçirilən tədbirdir. Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində keçirilən “Prezidentin Basqal səfəri Quba kitabxanalarında” adlı tədbirdə kitabxana əməkdaşları, gənclər, ziyalılar və başqaları  iştirak edirdi. Tədbir çərçivəsində  Prezidentin İsmayıllı rayonunun Basqal qəsəbəsinə səfəri zamanı Azərbaycan Televiziyasına verdiyi müsahibədə söyləmiş olduğu  tezislər bir daha vurğulanmış və Prezidentin  bölgələrə səfərinin əvəzolunmaz əhəmiyyətindən danışılmışdır. Tədbir zamanı Basqal qəsəbəsinə edilmiş səfərlə bağlı nümayiş etdirilən videoçarx iştirakçılar tərəfindən maraqla qarşılanmışdır. Prezidentin Basqal səfəri ilə bağlı tədbirlərin qısa müddətdə digər Quba kitabxanalarında da keçirilməsi nəzərdə tutulmuşdur.

Keçirilən tədbirlər yerli və respublika əhəmiyyətli telekanallarda işıqlandırılmaqla yanaşı qəzet və jurnallarda da dərc edilir. Tədbirlər Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin, Xaçmaz Regional Mədəniyyət İdarəsinin Facebook sosial şəbəkələrində paylaşılmaqla Quba rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin guba.cls.az adlı veb səhifəsində yerləşdirilir.

Paylaş:
Baxılıb: 331 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30