Sümük köçü
17.08.2022 [10:47]
Murad KÖHNƏQALA
Düşünürəm ki, bütün beynəlxalq konvensiyalara, iki ölkə arasında imzalanan qarşılıqlı razılaşmalara baxmayaraq biz heç vaxt ermənilərlə bir bölgədə yaşaya bilməyəcəyik. Bir vaxtlar hər hansı qanlı hadisənin üstündən azacıq zaman keçərkən arada nəsil dəyişir, yaddaş soyuyur və düşmənçilik tədricən unudulurdu. İndi isə hərənin əlində hadisələri, qanlı müharibəni yaddaşında saxlayan bir smartfon var. Həmin mobil telefonların yaddaşındakı videogörüntülər aramızda baş verən qanlı olayları, düşmənçilikləri heç vaxt unutmağa qoymayacaq. Ona görə deyirəm, əlimizdə qanlı düşmənçiliyimizin videosu ola-ola nə erməni bizimlə, nə də biz erməni ilə eyni ölkədə, eyni rayonda, eyni kənddə qonşuluq şəraitində yaşaya bilməyəcəyik. Ermənilərin Azərbaycan dövlətinə müraciətinə, yaxud olub keçənlərə tolerant yanaşmamıza baxmayın, artıq bizim ermənilərlə birgə yaşayışımız mümkün olmayacaq.
Düşünürəm ki, hazırda gedən işləri də həmin prosesin başlanğıcı kimi qavramaq olar. Əlbəttə, bütün bunlar mənim şəxsi qənaətim, subyektiv fikirlərimdir.
Ermənistan silahlı qüvvələri tərəfindən hələ 1992-ci ildə işğal edilmiş Laçın rayonu indi erməni əhalisindən və yaraqlılarından tam təmizlənməkdədir. Laçın rayonu, o cümlədən Zabux kəndi ərazisini tərk etmələri üçün ermənilərə avqust ayının 25-nə qədər vaxt verilib. Razılaşmalara əsasən, Laçın şəhərində və Zabux kəndində yaşayan erməni ailələri Laçın dəhlizində yaradılan yol imkanlarından istifadə edərək köçüb getməlidirlər. Çünki bu dəhlizə alternativ yol avqustun 25-dən sonra istismara veriləcək və Rusiya sülhməramlıları yerdəyişmə edərək yeni salınan yolda nəzarətə başlayacaqlar. Həmin vaxta qədər ərazini tərk etməyən ermənilərin təhlükəsizliyi üçün heç kim məsuliyyət daşımayacaq.
Köçürülən ermənilərə Ermənistan hökuməti tərəfindən rahat şərait yaradılır, yayılan məlumata görə, hər bir ailəyə yeni mənzil almaq üçün 10 milyon dram (24 min dollar) müavinət veriləcək.
Yadınızdadırsa, 2020-ci ildə Ağdam və Kəlbəcər rayonlarından qaçan ermənilər ərazilərimizi tərk edərkən yaşadıqları evlərə xaincəsinə od vurub çıxırdılar. İnsanlıq adına ləkə olan bu məxluqların işğal etdikləri rayonlarımızı xarabalığa çevirməklə ürəkləri soyumamışdı, hələ oraları tərk edəndə də yandırıb getmişdilər. Hazırda Laçın rayonunun Zabux kəndindən çıxanlar həmin vandalizmin təkrarına yol verməsinlər deyə Azərbaycanın tələbi ilə Ermənistan hakimiyyəti ərazini tərk etməyə hazırlaşan əhali qarşısında belə bir şərt qoydu: kim evini yandıracaqsa, kompensasiya kimi ayrılan 10 milyon dramdan məhrum ediləcək. Rəhbərliyin qərarına baxmayaraq öz xisləti ilə bacarmayanlar, yaşadığı evə od vurub gedənlər də tapıldı.
Əslində, sovet hakimiyyətinin müəyyən işlərə görə yerləşdirdiyi 5-6 nəfər ermənidən başqa nə Laçın şəhərində, nə də rayonun 120-dən çox kəndinin heç birində erməni yaşamayıb. Otuz il bundan əvvəl, yəni işğaldan sonra Zabuxda məskunlaşdırılmış erməni ailələri bu gün oranı tərk etmək istəmir, özlərini bu yerlərin əzəli sakinləri kimi qələmə verməyə çalışırlar. Nə deyəsən bu həyasızlığa? Görəsən, bunlar bir zaman silah qarşısında doğma yurdundan qovulmuş azərbaycanlıların halalca evinə soxularkən vicdan əzabı çəkmişdilərmi? Əlbəttə, onların bu mövzuda etiraflarına heç bir ehtiyacımız yoxdur. Dünyaca məşhur şəxsiyyətlərin erməni xisləti haqda deyimlərini də burada xatırlatmaq istəmirəm.
Torpaqlarımızı 30 il girov saxlayanların gücü yalnız rayonlarımızda, kəndlərimizdə tikdiyimiz obyektləri, yaşayış binalarını, evləri xarabalığa çevirməyə çatdı. Öz gücü hesabına başa gəlməyən işğaldan başını itirən erməni tutduğu torpaqlara yerləşdirmək üçün əhali də tapmadı. Suriyadan, Livandan, Fələstindən küçə ermənilərini gətirib Qarabağa doldurmaqla özünə xalq düzəltmək istədi, ancaq alınmadı. Sayı az, iddiası böyük olan bu parazitlərin gücü yalnız xarabalıqlar üstündə bayquş kimi ulamağa çatdı. Dirilərə zülm eləməklə kinləri soyumadı, qəbirlərimizi də dağıtdılar. İndi onun bədəlini ödəyirlər, köçlərini sürərkən öz doğmalarının sür-sümüklərini də qəbirdən çıxarıb aparırlar. Bunların bir vaxtlar törətdiyi əməlləri karma geri çevirərək öz başlarında çatladır.
Əlbəttə, ermənilər bizimlə bağlı düşüncələrində həmişə yanılıblar. 44 günlük müharibə də göstərdi ki, azərbaycanlılar düşmənçiliyi belə insanlıq çərçivəsində aparırlar. Biz müharibə zamanı düşmənin ağ bayraq qaldıran əsgərlərini öldürmədik. Qaçmaq istəyənə yol, aman diləyənə nicat verdik. Əsir götürdüyümüz düşməni öldürmədik, insanlıq naminə onları geri qaytardıq. Əsirləri sağ-salamat təhvil verdikcə xislətinin girovu olan erməniləri bir daha təəccübləndirdik.
Zabuxda tərk etdiyi evi verilən pul müqabilində yandırmayacağını deyən erməni qadın bu hərəkətini belə izah edir: “Yandırmayacam, bəlkə nə vaxtsa geri qayıtdıq”. Həyasızlığın, erməniliyin pik nöqtəsi! Birincisi, sənin ayağın o müqəddəs torpaqlara bir də heç vaxt dəyməyəcək. İkincisi, sən o verilən pula görə özünü saxlayırsan, yoxsa o yerlərdə bir salamat çöp də qoymazdın. Üçüncüsü, bu yurdda sənə doğma olan yalnız o sümüklərdir, yığ kisəyə, al dalına, gəzdir bütün dünyanı, görək hansı torpaq götürəcək o sür-sümüyü...
Xəbər lenti
Hamısına baxDünya
04 May 12:31
Gündəm
04 May 12:25
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49

