"Bank Respublika" və FMO 20 milyon dollarlıq kredit müqaviləsi imzalayıblar
24.08.2022 [10:56]
“Bank Respublika” ASC və Niderland İnkişaf Bankı (FMO) növbəti iriməbləğli kredit müqaviləsi imzalayıblar.
İki qurum arasında əməkdaşlıq 2006-cı ildən davam edir. Bu müddət ərzində onlar əməkdaşlığı inkişaf etdirərək bir sıra mühüm anlaşmalara imza atıblar.
Bu dəfə "Bank Respublika" və FMO arasında son illərin ən iri məbləğli kredit müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, Banka 20 milyon ABŞ dolları kredit ayrılacaq. Milli valyutada təqdim ediləcək vəsait aqrar sahədə kiçik və orta sahibkarlığın (KOS), o cümlədən gənclərin və qadınların sahibkarlıq fəaliyyətinin maliyyələşdirilməsində istifadə olunacaq. Hal-hazırda regional xidmət şəbəkəsini genişləndirən "Bank Respublika" bu krediti regionlarda çalışan və xüsusən də kənd yerlərində fəaliyyət göstərən sahibkarlar üçün böyük məbləğdə kreditlərin əlçatanlığın artırılmasına yönəldəcək.
“Qürurverici haldır ki, Avropanın ən böyük maliyyə qurumlarından biri olan FMO artıq 16 ildən çoxdur ki bankımızın stabil və etibarlı maliyyə partnyorlarından biridir. İnanıram ki, həm bu müddət ərzində cəlb etdiyimiz vəsaitlər, həm də bugünkü - 20 milyon dollar dəyərində olan anlaşmamız, nəinki bankın biznes portfelinin inkişafına, həmçinin ölkənin ümumi real sektoruna böyük dəstək olacaq və ölkədə yeni iş yerlərinin yaradılmasında imkanlar yaradacaq.”, - deyə “Bank Respublika”nın İdarə Heyətinin sədri Tariyel İsmaylov qeyd edib.
“İriməbləğli kredit razılaşması imzalamaqla çoxdankı tərəfdaşımız “Bank Respublika”ya bir daha dəstək verməkdən məmnunuq. Müqavilədəki məbləğ tam olaraq gənclərin və qadınların yaratdığı mikro, kiçik və orta müəssisələrin, eləcə də kənd təsərrüfatı KOM-lərının maliyyələşdirilməsinə yönəldiləcək ki, bu da bizim strateji hədəfimiz olan “Bərabərsizliyin azaldılması"na 100% uyğundur. Eyni zamanda, bu razılaşma 5-ci Dayanıqlı İnkişaf Məqsədi - gender bərabərliyi və 8-ci Dayanıqlı İnkişaf Məqsədi - Azərbaycan üzrə iş yerlərinin yaradılması və saxlanmasına uyğundur ki, bu da öz növbəsində kreditin əhəmiyyətini göstərir. "Bank Respublika" ilə əməkdaşlığımızın bundan sonra da davam etdirilməsinə ümid edirik”, - deyə FMO-nun İnvestisiya Direktoru Huib-Jan de Ruyter bildirib.
Xəbər lenti
Hamısına baxDünya
06 Sentyabr 23:19
İdman
06 Sentyabr 22:40
Dünya
06 Sentyabr 21:54
Hadisə
06 Sentyabr 21:45
Sosial
06 Sentyabr 20:59
Dünya
06 Sentyabr 19:23
Siyasət
06 Sentyabr 18:45
Dünya
06 Sentyabr 18:40
Dünya
06 Sentyabr 17:25
Dünya
06 Sentyabr 16:30
Dünya
06 Sentyabr 15:59
Gündəm
06 Sentyabr 15:14
Dünya
06 Sentyabr 15:13
Dünya
06 Sentyabr 14:29
Dünya
06 Sentyabr 13:40
Dünya
06 Sentyabr 12:53
Dünya
06 Sentyabr 12:31
Siyasət
06 Sentyabr 11:46
Dünya
06 Sentyabr 11:43
Siyasət
06 Sentyabr 11:36
Dünya
06 Sentyabr 11:19
Dünya
06 Sentyabr 10:57
Sosial
06 Sentyabr 10:47
Dünya
06 Sentyabr 10:25
İdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29

