43 ildir...
27.09.2022 [10:45]
Dünya Turizm Günü səyahətsevərləri bir araya toplayır
MÜŞFİQƏ
Hər il sentyabrın 27-də planetimizin hər yerində Dünya Turizm Günü qeyd edilir. 1979-cu ildə BMT-nin Dünya Turizm Təşkilatının Baş Assambleyası tərəfindən 27 sentyabr - Dünya Turizm Günü kimi təsis olunub. Bayramın məqsədi turizmin təbliği, onun dünya iqtisadiyyatının inkişafına təsiri barədə maarifləndirmə, müxtəlif ölkələr arasında əlaqələrin inkişaf etdirilməsidir. 1980-ci ildən başlayaraq bu bayram Dünya Turizm Təşkilatına üzv ölkələr tərəfindən mütəmadi qeyd olunur. Dünya Turizm Gününün rəngi mavidir. Ümumdünya Turizm Təşkilatının məlumatına görə, turizm dünyanın ən böyük iqtisadi sektorudur və dünyada hər 10 işdən 1-nə təsir edir. Turizm sektoru çökərsə, təxminən 100 milyon iş risk altında olar. Bəs nə üçün turizm gününü qeyd edirik? Heç bu barədə düşünmüsünüz? Dünya Turizm Gününün qeyd olunmasını ilk dəfə Nigeriyalı İqnatius Amaduva Atiqbi təklif edib. Builki Ümumdünya Turizm Günü “Turizmi yenidən düşünmək” mövzusunda keçirilir. İndoneziya Turizm Gününə ev sahibliyi edir.
Bəzən səyahət əvəzinə turizm kəlməsi də işlədilir. Bu deyim ilk dəfə 1772-ci ildə istifadə edilib. Termin kimi 18-ci əsrdən elmə daxil edilsə də, insan oğlu yaradılışdan bəri gəzib kəşf etməyin nə olduğunu bilir.
Heç bir yelkənli gəmi kitab qədər uzaqlara apara bilmir, deyirlər. Zaman-zaman bu mövzu dünya klassiklərinin, eləcə də müasir yazıçıların diqqətini çəkib. Elə Jül Vernin “Dünya Ətrafında 80 Gün” əsəri buna ən bariz nümunədir. Çətin ki, hər müəllif sərgüzəştlərini bu yazar kimi cəlbedici təsvir edə bilsin. Onun “Yerin mərkəzinə səyahət”, “Kapitan Qrantın uşaqları”, “Hava şarında 5 həhtə”, “20 000 lye su altında” əsərləri də bir növ bu fikri təsdiqləmiş olur. Oxuduqca sizi həyəcanlandırır və ilhamlandırır, eyni zamanda, gerçəkliyə qaytarır.
Dünyanın ən çox səyahət edilən turistik yerləri sırasında Eyfel qülləsi, Roma Kolizeyi, ABŞ-ın Nyu-York şəhərindəki Azadlıq heykəli, Machu Picchu, Misir piramidaları, Böyük Çin səddi, Afina şəhərindəki Akropol, Tac Mahal və s. yer alır.
Eləcə də ölkəmizdə və dünyada istər yerli, istərsə də xarici turistlərin diqqətini çəkən turizm növləri sırasında sağlamlıq turizmi, dini turizm, dəniz turizmi, təhsil turizmi, qış turizmi, mədəniyyət turizmi, idman turizmi, ovçuluq turizmi və s. başçılıq edir. Azərbaycan da bir sıra mötəbər tədbir və yarışlara ev sahibliyi edir. Nəticədə ölkəmizə çoxlu sayda turist axını ilə müşahidə olunur. Məsələn, sonuncu Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində Bakıya rekord sayda - 10 mindən çox turist gəlib. Bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) icraçı direktoru Arif Rəhimov deyib. Onun sözlərinə görə, Böyük Britaniya, ABŞ, Türkiyə, Skandinaviya ölkələri və s. kimi digər ölkələrdən turist axını artıb.
Şübhəsiz ki, kimisi dünya səyahətinə çıxmağın xəyalı ilə yaşayır, kimisi də artıq bu xəyalı gerçəyə çevirməyi bacarıb. Dünyanın ən həyəcan verici və zənginləşdirən fəaliyyəti sayəsində insanın həyat eşqi getdikcə artır. Yeni yerlər kəşf etdikcə daha çox öyrənir, həyatın nemətlərinə daha çox şükranlıq etməyə başlayırsan. Sözsüz ki, həyatımıza daxil olan COVİD-19-dan sonra səyahətin önəmini daha çox hiss etməyə başladıq. Son üç il ərzində ümidlərini itirmədən mübarizə aparan və çalışan bütün turizm işçilərinin Dünya Turizm Gününü təbrik edirik.
Xəbər lenti
Hamısına baxDünya
12 Sentyabr 23:20
Dünya
12 Sentyabr 22:35
Siyasət
12 Sentyabr 21:18
Sosial
12 Sentyabr 20:47
Dünya
12 Sentyabr 20:23
Dünya
12 Sentyabr 19:35
Dünya
12 Sentyabr 18:16
Dünya
12 Sentyabr 17:28
Dünya
12 Sentyabr 16:34
Elm
12 Sentyabr 15:57
Dünya
12 Sentyabr 15:52
Dünya
12 Sentyabr 15:19
Dünya
12 Sentyabr 14:45
Dünya
12 Sentyabr 14:30
Dünya
12 Sentyabr 13:59
Dünya
12 Sentyabr 13:25
Dünya
12 Sentyabr 12:46
Gündəm
12 Sentyabr 12:18
Gündəm
12 Sentyabr 11:50
İqtisadiyyat
12 Sentyabr 11:25
İqtisadiyyat
12 Sentyabr 10:49
İqtisadiyyat
12 Sentyabr 10:21
Ədəbiyyat
12 Sentyabr 09:45
Sosial
12 Sentyabr 09:17
Ədəbiyyat
12 Sentyabr 08:50
Ədəbiyyat
12 Sentyabr 08:36
Dünya
11 Sentyabr 23:30
Dünya
11 Sentyabr 23:17
Xəbər lenti
11 Sentyabr 22:51
Dünya
11 Sentyabr 22:23
Dünya
11 Sentyabr 22:09
Elm
11 Sentyabr 21:45
Hadisə
11 Sentyabr 21:34
İqtisadiyyat
11 Sentyabr 21:19
Formula 1
11 Sentyabr 20:41
Dünya
11 Sentyabr 20:29
Dünya
11 Sentyabr 20:17
Dünya
11 Sentyabr 19:54
İqtisadiyyat
11 Sentyabr 19:20
Müsahibə
11 Sentyabr 19:07
Dünya
11 Sentyabr 18:34
YAP xəbərləri
11 Sentyabr 18:19
YAP xəbərləri
11 Sentyabr 17:44
İqtisadiyyat
11 Sentyabr 17:43
Gündəm
11 Sentyabr 17:40
Siyasət
11 Sentyabr 17:40
Sosial
11 Sentyabr 17:39
YAP xəbərləri
11 Sentyabr 17:36
YAP xəbərləri
11 Sentyabr 17:34
Dünya
11 Sentyabr 17:22
Dünya
11 Sentyabr 16:58
YAP xəbərləri
11 Sentyabr 16:23
Dünya
11 Sentyabr 16:19
Siyasət
11 Sentyabr 16:16
Elm
11 Sentyabr 16:04
Dünya
11 Sentyabr 16:03
YAP xəbərləri
11 Sentyabr 15:59
YAP xəbərləri
11 Sentyabr 15:53
Sosial
11 Sentyabr 15:49
Dünya
11 Sentyabr 15:32
YAP xəbərləri
11 Sentyabr 15:01
Dünya
11 Sentyabr 14:19
YAP xəbərləri
11 Sentyabr 14:18
Elm
11 Sentyabr 14:16
İqtisadiyyat
11 Sentyabr 14:13
İqtisadiyyat
11 Sentyabr 13:25
Sosial
11 Sentyabr 12:42
Hadisə
11 Sentyabr 12:41
Elm
11 Sentyabr 12:41
Sosial
11 Sentyabr 12:30

