Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Hacıqabul-Horadiz yolundakı qəzada 5 nəfər yaralanıb

Hacıqabul-Horadiz yolundakı qəzada 5 nəfər yaralanıb

30.09.2022 [13:37]

Hacıqabul-Horadiz avtomobil yolunda baş verən qəza ilə bağlı TƏBİB-in tabeliyindəki Şirvan Rayon Mərkəzi Xəstəxanasına 5 nəfər yerləşdirilib.

TƏBİB-dən bildirilib ki, tibb müəssisəsinin Reanimasiya şöbəsinə yerləşdirilən şəxslərə zəruri tibbi yardımlar göstərilib. Hazırda 4 nəfərin vəziyyəti orta ağır, 1 nəfərin vəziyyəti isə ağır olaraq qiymətləndirilir.

Qeyd edək ki, xəstəxanaya yerləşdirilən şəxslərin diaqnozları sol qamış sümüyünün yerdəyişməsi sınığı, qabırğaların sınığı, döş qəfəsinin əzilməsi, sağ bud sümüyünün sınığı, qarnın küt travması, sol mil sümüyünün sınığı, qapalı kəllə-beyin travması və sağ bazu sümüyünün sınığı olub.

Paylaş:
Baxılıb: 522 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31