Pelosilər, milonovlar, zatulinlər 30 il susdular...
01.10.2022 [10:45]
Onları danışmağa nə vadar edir?
Azərbaycan 30 ilə yaxın erməni təcavüzünə və işğalına məruz qalıb. Hələ 1990-cı illərin əvvəlindən başlayaraq ölkəmizin haqlı, beynəlxalq konvensiyalara və beynəlxalq hüququn prinsiplərinə söykənən mövqeyi ikili standartlarla qarşılanırdı. Düzdür, BMT Təhlükəsizlik Şurası müstəvisində bu işğal faktı ilə bağlı məlum 4 qətnamə qəbul olunsa da, qətnamələrin icrası həyata keçirilmirdi. Maraqlıdır ki, həmin qətnamələrə “səs verən” ölkələrin və həmin ölkələrin siyasilərinin əksəriyyətinin də bu sənədlərin icrası istiqamətində hər hansı bir qətiyyətini görmürdük. Ötən dövrdə isə ermənilər nəinki torpaqlarımızı işğal altında saxladılar, eləcə də milli-mədəni abidələrimizə qarşı vandal hərəkətlər etdilər, özününküləşdirməyə çalışdılar.
Nəhayət, 44 günlük müharibə bütün haqsızlıqlara və ədalətsizliyə son qoydu. Bu gün işğaldan azad edilmiş torpaqlarımız özünün yeni inkişaf mərhələsini yaşayır. Ən əsası regionda yeni reallıqlar yaradan Azərbaycan bölgənin lider dövlətinə, əsas güc mərkəzinə çevrilib. Bu gün bütün proseslərə Azərbaycan nəzarət və diktə edir. Bu isə...
Bəzi ermənipərəstlərin aktivləşməsinə səbəb olub. Dünyanın bir çox nöqtələrində “basdırılmış ermənipərəst minalar” artıq “partlamağa” başlayıb. Rusiyada milonovlar, zatulinlər, ABŞ-da pelosilər və digərləri artıq haray salıb “ermənilərə yardım dilənirlər”. Maraqlıdır ki, ötən 30 il ərzində bir dəfə də olsun Azərbaycanın məruz qaldığı təcavüzü, işğal faktını dilə gətirməyənlər bu gün bütün dünyaya “müraciətlər” ünvanlayır, “timsah göz yaşları” tökürlər. Vaxtilə “baranesso Koks” kimi tanınan Britaniyanın Lordlar Palatasının vitse-spikeri Karolina Enn Koksu da bu sıraya qatmaq olar. 85 yaşlı ermənipərəst baronesso dünyada ermənilərin ən qatı tərəfdarı kimi tanınırdı.
Bütün bu haray-həşirə səbəblər çoxdur:
Birincisi, Azərbaycanın öz gücü ilə regionun reallığını, siyasi proseslərin axarını dəyişməsidir. Ermənipərəstlər prosesin hansı istiqamətdə inkişaf etdiyini görür. Bu mənada da, onlar aktivləşir və ya aktivləşdirilir. Aktivləşdirilməsini vurğulamağımız isə təsadüfən deyil. Erməni lobbisi, ermənipərəst dairələr tərəfindən stimullaşdırılan bu kimi şəxslər illərlə Qərbdən gələn çirkli pulların yuyulmasında da bir mexanizm kimi istifadə olunublar. Onların fəallış(dırıl)masında ən böyük səbəblərdən biri və bəlkə də ən birincisi məhz budur.
İkincisi, Azərbaycan 44 günlük müharibədə qalib gəlməklə, bir çox qaranlıq məsələlərin gün işığına çıxmasını təmin etdi. Erməni sevgisinə bürünən şəxslərin əsl simaları üzə çıxdı. ABŞ Konqresinin nümayəndələr palatasının sədrinin İrəvanda axıtdığı göz yaşlarının 25 milyon dollar olması məlum oldu. Bu kimi faktlar isə yüzlərlədir.
Məsələ ilə bağlı fikirlərini bölüşən politoloq İbrahim Babayev də bildirib ki, 44 günlük müharibə bir sıra seqmentlər üzrə erməni lobbisinin illərdir yaratdığı mexanizmi sıradan çıxardı. İlk növbədə, indiyə qədər aparılan ədalətsiz təbliğatın yalan olması tam şəkildə ifşa olundu. Ermənilərin “məzlum xalq” obrazı tamamilə darmadağın edildi. Beynəlxalq aləm, dünya ictimaiyyəti 30 ilə yaxın davam etmiş təcavüz və işğal faktının detallarını yaxından gördü: “Təbii ki, dünya erməniliyinə ən böyük zərbə torpaqların işğaldan azad edilməsi idi. Beləliklə, Azərbaycan onların 30 illik “əziyyətini” puça çıxardı. Erməni lobbisi milonovlardan, zatulinlərdən, pelosilərdən istifadə edərək 30 il ərzində bir şəbəkə formalaşdırmışdı. Əgər bu adını çəkdiyimiz və çəkmədiyimiz şəxslər bu gün iddia etdikləri kimi, sadəcə, “haqqın-ədalətin” yanında idilərsə, niyə 30 il susurdular? Bu gün Azərbaycanın üçtərəfli bəyanatın müddəalarına söykənən hərəkətlərini fərqli istiqamətlərdə yozmağa çalışan, yenə də min bir yalanla dünyada fərqli rəy formalaşdırmağa niyyətlənən ermənipərəstlərin həmin dövrlərdə susmasının əsas səbəbi isə bəllidir - bu, maddi cəhətdən stimullaşdırılmadan irəli gəlirdi. Bunu hər kəs bilir ki, erməni lobbisi bu və ya digər şəkildə özünə tərəf çəkdiyi şəxslərdən fərqli müstəvilərdə istifadə edir. Hətta həmin adamlardan çirkli pulların yuyulmasında belə yararlanır. Adi bir faktı dilə gətirək ki, Nensi Pelosinin son səfəri erməni lobbisinə 75 milyon dollara “başa gəlmişdi”. Bu pulun sırf 25 milyonu onun səfəri üçün nəzərdə tutulmuşdu. Belə olan halda, həmin şəxslər hansı ədalətdən və ya beynəlxalq hüquqdan danışa bilərlər?”.
İ.Babayev erməniləri dəstəkləyənlərin haray salmasının bir səbəbini də hazırki durumda onların maliyyəsinin zəifləməsi, bəzi hallarda, hətta kəsilməsi ilə əlaqələndirib. Onun fikrincə, Azərbaycanın yaratdığı yeni hərbi, siyasi, iqtisadi reallıqlar bunu reallaşdırıb. Başqa sözlə, erməni lobbisinin mühüm bir gəlir mənbəyi əldən çıxıb. “Azərbaycan işğal altındakı torpaqları azad etməklə həm də həmin ərazilər vasitəsilə daşınan nəzarətsiz yüklərin, narkotik vasitələrin dövriyyəsinin qarşısını alıb. Bəllidir ki, həmin ərazilər illərlə bu vasitələrə xidmət edib. Bundan yararlananlar arasında isə ermənipərəstlər, erməni lobbisi çoxluq təşkil edib. Təbii ki, bu nəzarətin təmini, tranzit xətlərdən fərqli maraqlar üçün istifadə olunması faktlarının sona çatması kimlərinsə də “xoşuna gəlməyib”. Ermənipərəstlərin fəallaşdırılmasının bir səbəbi də budur. Onların gəlir mənbələri əllərindən çıxıb. Beləliklə də, haray salmaqdan başqa yolları qalmayıb”, - deyə politoloq əlavə edib.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
13 Sentyabr 14:33
Dünya
13 Sentyabr 13:17
Analitik
13 Sentyabr 13:02
Dünya
13 Sentyabr 12:31
Dünya
13 Sentyabr 11:29
Dünya
13 Sentyabr 10:32
Dünya
13 Sentyabr 09:18
Hadisə
13 Sentyabr 08:25
Dünya
12 Sentyabr 23:20
Dünya
12 Sentyabr 22:35
Siyasət
12 Sentyabr 21:18
Sosial
12 Sentyabr 20:47
Dünya
12 Sentyabr 20:23
Dünya
12 Sentyabr 19:35
Dünya
12 Sentyabr 18:16
Dünya
12 Sentyabr 17:28
Dünya
12 Sentyabr 16:34
Elm
12 Sentyabr 15:57
Dünya
12 Sentyabr 15:52
Dünya
12 Sentyabr 15:19
Dünya
12 Sentyabr 14:45
Dünya
12 Sentyabr 14:30
Dünya
12 Sentyabr 13:59
Dünya
12 Sentyabr 13:25
Dünya
12 Sentyabr 12:46
Gündəm
12 Sentyabr 12:18
Gündəm
12 Sentyabr 11:50
İqtisadiyyat
12 Sentyabr 11:25
İqtisadiyyat
12 Sentyabr 10:49
İqtisadiyyat
12 Sentyabr 10:21
Ədəbiyyat
12 Sentyabr 09:45
Sosial
12 Sentyabr 09:17
Ədəbiyyat
12 Sentyabr 08:50
Ədəbiyyat
12 Sentyabr 08:36
Dünya
11 Sentyabr 23:30
Dünya
11 Sentyabr 23:17
Xəbər lenti
11 Sentyabr 22:51
Dünya
11 Sentyabr 22:23
Dünya
11 Sentyabr 22:09
Elm
11 Sentyabr 21:45
Hadisə
11 Sentyabr 21:34
İqtisadiyyat
11 Sentyabr 21:19
Formula 1
11 Sentyabr 20:41
Dünya
11 Sentyabr 20:29
Dünya
11 Sentyabr 20:17
Dünya
11 Sentyabr 19:54
İqtisadiyyat
11 Sentyabr 19:20
Müsahibə
11 Sentyabr 19:07
Dünya
11 Sentyabr 18:34
YAP xəbərləri
11 Sentyabr 18:19
YAP xəbərləri
11 Sentyabr 17:44
İqtisadiyyat
11 Sentyabr 17:43
Gündəm
11 Sentyabr 17:40
Siyasət
11 Sentyabr 17:40
Sosial
11 Sentyabr 17:39
YAP xəbərləri
11 Sentyabr 17:36
YAP xəbərləri
11 Sentyabr 17:34
Dünya
11 Sentyabr 17:22
Dünya
11 Sentyabr 16:58
YAP xəbərləri
11 Sentyabr 16:23
Dünya
11 Sentyabr 16:19
Siyasət
11 Sentyabr 16:16
Elm
11 Sentyabr 16:04
Dünya
11 Sentyabr 16:03
YAP xəbərləri
11 Sentyabr 15:59
YAP xəbərləri
11 Sentyabr 15:53
Sosial
11 Sentyabr 15:49
Dünya
11 Sentyabr 15:32
YAP xəbərləri
11 Sentyabr 15:01
Dünya
11 Sentyabr 14:19

