Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Azərbaycandakı hərbi attaşelər Edillidə aşkarlanan kütləvi məzarlığa baş çəkiblər

Azərbaycandakı hərbi attaşelər Edillidə aşkarlanan kütləvi məzarlığa baş çəkiblər

06.10.2022 [11:08]

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun hərbi attaşeləri Xocavənd rayonunun Edilli kəndində aşkarlanmış növbəti kütləvi məzarlığa baş çəkiblər.

“Report”un Xocavəndə ezam olunmuş əməkdaşı xəbər verir ki, onlara müvafiq dövlət qurumlarının əməkdaşları kənd ərazisində aparılmış qazıntı işləri, tapılmış qalıqlar və bundan sonra görüləcək işlərlə bağlı ətraflı məlumat veriblər.

Qeyd edilib ki, bir neçə gün öncə aşkarlanmış kütləvi məzarlıqda 12 nəfərə aid qalıqların üzərlərində və ətrafda tapılan əşyalardan onların hərbçi olduğu ehtimal edilir.

Məlumata görə, aşkarlanan qalıqlardan görünür ki, həmin şəxslər ölməzdən əvvəl əlləri və ayaqları məftil və ya kəndirlə bir-birinə bağlanılıb.

Vurğulanıb ki, müvafiq qaydalara uyğun olaraq həmin qalıqlar götürüləndən sonra qazıntı işləri yenə də davam etdiriləcək. Çünki aşkarlanan qalıqların altında yenilərinin də olduğu ehtimal edilir.

Daha sonra bildirilib ki, Edilli kəndinə daxil digər ərazilərdə də qazıntı işləri aparılacaq.

Paylaş:
Baxılıb: 689 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Ədəbiyyat

İRƏVAN ZİYALILARINDAN

12 Sentyabr 09:45  

Sosial

Ədəbiyyat

Kitab sevincləri

12 Sentyabr 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

12 Sentyabr 08:36  

YAP xəbərləri

YAP xəbərləri

Ölkəmiz tərəqqi yolunda

11 Sentyabr 17:36  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30