Edilli məzarlığı dünya mediasında...
07.10.2022 [10:22]
Nardar BAYRAMLI
Bir neçə gün öncə Xocavənd rayonunun Edilli kəndində daha bir kütləvi məzarlığın aşkar edilməsi Ermənistanın xalqımıza qarşı hərbi cinayətlərinin növbəti bir nümunəsidir. Edilli kəndində aparılan qazıntı işləri zamanı aşkarlanan kütləvi məzarlıqla bağlı məlumatlar artıq dünya mətbuatının da diqqət mərkəzindədir.
Belə ki, Türkiyənin Anadolu və DHA xəbər agentlikləri, “TRT Haber”, “TGRT”, “TRT Avaz”, “CNN Türk”, “TRT Haber” və başqa telekanallar, “Milliyet”, “Yeni akıt”, “Star”, “Vatan” və digər qəzetlər, ölkənin digər aparıcı media qurumları erməni vandalizminin daha bir nişanəsi olan, işğaldan azad edilən Azərbaycan torpaqlarında üzə çıxarılan növbəti insanlıq əleyhinə cinayətdən bəhs ediblər. Qeyd olunub ki, kütləvi məzarlıqda aşkar olunan insan sümüklərinin 12 azərbaycanlı hərbçiyə aid olduğu ehtimal edilir. Türkiyə mətbuatı ermənilərin bu amansızlığını bəşəri cinayət kimi dəyərləndirib. Qardaş ölkənin mediası yazır ki, məzarlıqda aşkar edilən geyimlər və əşyalar onların Azərbaycan hərbçiləri olduğunu təsdiqləyir. Diqqətə çatdırılır ki, skeletlərin əksəriyyətinin baş sümüklərində güllə deşikləri aşkarlanıb. Bu fakt əsir azərbaycanlı hərbçilərin erməni cəlladlar tərəfindən yaxın məsafədən vurulduqlarını təsdiqləyir. KİV-lərdə o da vurğulanır ki, Ermənistanın əsassız iddiaları nəticəsində başlayan Birinci Qarabağ savaşında 4 minə yaxın azərbaycanlı itkin düşüb.
Qətərin “Əl-Cəzirə” agentliyi də Qarabağda 1990-cı illərdə ermənilər tərəfindən işgəncə verilərək qətlə yetirilən azərbaycanlı hərbçilərin olduğu kütləvi məzarlıq barədə məlumat yayıb. Bildirilib ki, Birinci Qarabağ müharibəsi zamanı azərbaycanlı hərbçilər işgəncələrə məruz qalaraq qətlə yetiriliblər. Ümumilikdə isə, həmin müharibə zamanı itkin düşmüş 4 minə yaxın azərbaycanlının taleyindən hələ də xəbər yoxdur.
“Thesundaily” nəşri, “news7d.com”, “barrons.com”, “move-artistic.com”, “inversezone.com” portalları isə Xocavənd rayonunun Edilli kəndində aşkarlanan kütləvi məzarlıqla bağlı informasiyaları “Azərbaycan 1990-cı ilə aid kütləvi məzarlıq aşkarladığını deyir” sərlövhəsi ilə təqdim ediblər. Yazılarda Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin məsələ ilə bağlı tviter hesabında edilən paylaşıma istinadla qeyd olunub ki, Birinci Qarabağ müharibəsi zamanı azərbaycanlı hərbçilər işgəncə verilərək qətlə yetirilib. Vurğulanıb ki, Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 4 minə yaxın azərbaycanlı hərbçi və mülki şəxsin taleyi barədə məlumat yoxdur və Ermənistan kütləvi məzarlıqların yerini bildirməkdən yayınır.
Fransa KİV-ləri də Edillidə aşkarlanan kütləvi məzarlıq barədə məlumatları geniş işıqlandırıb. “Frans-Press” agentliyi, “20 Minutes”, “Le Progres”, “Durabull-products” və digər portallar Xocavəndin Edilli kəndində aşkarlanmış ikinci kütləvi məzarlıqla bağlı məqalələr dərc ediblər. Yazılarda bildirilir ki, Azərbaycanın Xocavənd rayonunun Edilli kəndində 1990-cı illərin əvvəlinə aid yeni kütləvi məzarlıq aşkarlanıb. Diqqətə çatdırılıb ki, hələ bu ilin fevralında Edilli kəndində işgəncə verilmiş 25 cəsəd olan kütləvi məzarlıq tapılıb. Eyni zamanda, Birinci Qarabağ müharibəsindən itkin düşmüş 4000 azərbaycanlı haqqında hələ də məlumat yoxdur və Ermənistan kütləvi məzarlıqların yerini açıqlamaqdan imtina edir. İnformasiyalarda Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin tviter səhifəsində paylaşımına da istinad edilib.
İspaniyanın EFE informasiya agentliyi, “SWI swissinfo.ch” xəbər və informasiya onlayn-xidmətinin ispandili versiyası (İsveçrə İctimai Yayım Korporasiyasının (SRG SSR) beynəlxalq onlayn platforması, MSN xəbər portalı “Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş insanlar - sağalmayan yara” sərlövhəli məqalələr dərc ediblər. Məqalələrdə Azərbaycanın 2020-ci ildə işğaldan azad olunmuş Xocavənd rayonunun Edilli kəndində bu yaxınlarda üç kütləvi məzarlığın aşkar edilməsinin Qarabağda birinci müharibə zamanı itkin düşmüş insanların taleyinin müəyyənləşdirilməsi ilə bağlı uzunmüddətli prosesdə daha bir addım olduğu qeyd edilib.
Azərbaycanın Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin Tibbi məhkəmə ekspertizası şöbəsinin müdiri Nuranə Hüseynova EFE-nin jurnalisti ilə söhbətində deyib ki, üç kütləvi məzarlıqda hərbçilərə aid olduğu ehtimal edilən 18 cəsəd aşkar edilib. İnformasiyalarda N.Hüseynovanın fikirlərinə istinadla qeyd olunur: “Ekspertizanın rəyindən sonra bu insanların taleyi ilə bağlı daha dəqiq təsəvvürümüz olacaq”. İspandilli nəşrlər, eyni zamanda, yazırlar ki, Xocavənd rayonunun Edilli kəndi Vətən müharibəsində demək olar 30 ildən sonra erməni işğalından azad edilib.
EFE agentliyinin materialında diqqətə çatdırılır ki, Azərbaycan ilə Ermənistan arasında münaqişənin yekun həlli çərçivəsində, o cümlədən itkin düşmüş insanların taleyinin müəyyən edilməsi də daxil olmaqla, humanitar məsələlərin həlli mexanizmləri müəyyənləşdirilməlidir. Qeyd olunur ki, əsir düşmüş, girov götürülmüş və itkin hesab edilmiş insanların siyahısına daxil olunan vətəndaşların axtarışı Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) dəstəyi ilə aparılır. EFE agentliyinə müsahibəsində Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının işçi qrupunun üzvü Namiq Əfəndiyev bildirib ki, itkin düşmüş insanların axtarışı - Birinci Qarabağ müharibəsindən geri dönməyi bacaran azərbaycanlı hərbi əsirlər və girovların ifadələrinə əsaslanır və bu, çətin işdir.
“Şahid ifadələri və digər məlumat əsasında müəyyən olunub ki, Birinci Qarabağ müharibəsi zamanı əsirlər və girovlar ətraf ərazilərdən Edilliyə gətirilmişdi. Burada yerləşən bölüşdürücü məntəqədən onlar daha sonra Qarabağın digər rayonlarına və Ermənistana göndərilirdi. Ermənilər şəhərdə qalan hərbi əsirləri yol təmirində işləməyə məcbur edirdilər. Təmir işlərində isə münaqişə zamanı dağılmış azərbaycanlı evlərinin daşlarından istifadə olunurdu”, - deyə N.Əfəndiyev qeyd edib.
Moldovanın xəbər portalları da Xocavənd rayonunun Edilli kəndi ərazisində Azərbaycan Ordusunun hərbi qulluqçularının kütləvi dəfn edildiyi məzarlıqla bağlı mövzuya geniş yer ayırıb. Bu ölkənin “Noi”, “Dosarmedia” və digər xəbər portallarında dərc olunan məqalələrdə faktla bağlı Azərbaycanın Hərbi Prokurorluğunda müvafiq maddələr üzrə cinayət işinin açıldığı qeyd olunub. Diqqətə çatdırılıb ki, istintaqla Birinci Qarabağ müharibəsi zamanı Azərbaycan ərazilərində qanunsuz fəaliyyət göstərmiş erməni separatçı rejimin silahlı hərbi birləşmələri və Ermənistan silahlı qüvvələri tərəfindən 1993-cü ildə milli zəmində Azərbaycan Ordusunun hərbi qulluqçuları olması ehtimal edilən əsir düşmüş 25 şəxsin öldürülməsi və Xocavənd rayonunun Edilli kəndi ərazisində kütləvi dəfn edilməsi müəyyən edilib. İstintaq zamanı Xocavənd rayonunun Edilli kəndi ərazisinə bu il fevralın 23-26-da baxış keçirilərkən kütləvi məzarlıqdan 7 şəxsə aid, sentyabrın 14-30-da isə 18 şəxsə aid insan sümük qalıqları aşkar edilərək götürülüb. İş üzrə zəruri ekspertizalar təyin edilməklə sümük qalıqlarından nümunələr götürülüb və məhkəmə molekulyar-genetik tədqiqatına təqdim edilib.
Xəbər lenti
Hamısına baxAnalitik
05 May 17:42
Dünya
05 May 17:31
YAP xəbərləri
05 May 17:06
YAP xəbərləri
05 May 16:54
Dünya
05 May 16:51
Dünya
05 May 16:29
Mədəniyyət
05 May 16:15
İqtisadiyyat
05 May 16:12
İdman
05 May 16:02
İqtisadiyyat
05 May 16:01
Siyasət
05 May 15:59
Hadisə
05 May 15:58
Dünya
05 May 15:58
YAP xəbərləri
05 May 15:54
İqtisadiyyat
05 May 15:51
Dünya
05 May 15:43
Gündəm
05 May 15:28
Dünya
05 May 15:19
YAP xəbərləri
05 May 15:13
Dünya
05 May 15:04
Dünya
05 May 14:57
Sosial
05 May 14:49
MEDİA
05 May 14:37
Maraqlı
05 May 14:22
Dünya
05 May 14:21
Mədəniyyət
05 May 14:20
Siyasət
05 May 14:18
Gündəm
05 May 14:06
Elanlar
05 May 13:50
Xəbər lenti
05 May 13:45
Dünya
05 May 13:18
Dünya
05 May 12:51
Dünya
05 May 12:25
Dünya
05 May 12:10
Dünya
05 May 11:42
Dünya
05 May 11:19
İqtisadiyyat
05 May 10:57
Gündəm
05 May 10:23
Sosial
05 May 10:21
Sosial
05 May 10:21
Gündəm
05 May 09:58
Gündəm
05 May 09:32
Sosial
05 May 09:14
Mədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:34
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Dünya
04 May 21:44
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Siyasət
04 May 20:44
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11

