Bir vaxt həsrətini, indi işıqlarını çəkdiyimiz Füzuli
10.10.2022 [15:38]
Günel ABBASOVA
Qaranlıq otaqda işıq yandırana aydınlığa çıxasan deyib böyüklərimiz. 30 il qapısı bağlı qalan otağımızı aydınladanlara gözaydınlığı verməyə gedirik. Yolumuz Füzuli-Hadrut-Şuşa istiqamətinədir.
Həm uzun, həm də işıqlı səfərdir. İçimdə ərkyana bir səs mənə gecikmisən deyə tənə edir. Hara?! Azadlıq bayrağını sancmağa daş üstə bir daşı qalmayan Füzuliyə. Daşları üst-üstə olmasa da, yanakı qalan, onillərlə nakam uyuyan Füzuliyə. Sinəsindən Araz keçən Füzuliyə. Ya da bir vaxt həsrətini, indi işıqlarını çəkdiyimiz Füzuliyə.
Saata baxıram, tezdir axı. Onda nədir bunca təşvişin səbəbi? Heç özüm də bilmirəm, saat erkən olsa da, günlər, aylar, illər qədər gecikmişəm mən. Nə az, nə çox, iki il keçib bu şəhərin azad olunmasından. Düzdür, gecikmişəm, bəlkə cəsarətim çatmayıb, bəlkə ürəyim gəlməyib. Ürəyim gəlməsə də, indi ayaqlarım gəlib. Ürəyimdən cəsarətli olan ayaqlarım bir il əvvəl Cıdır düzünə necə getmişdisə, indi də Füzulidədir.
Erməni vandalizminin qurbanına çevrilən evlərin yanından asta-asta keçirik. Ruhlar inciməsin deyə xəfifcə tərpənirik, heç yay aylarında Aranda yarpaqlar belə tərpənmir. Aran demişkən, uşaq vaxtı rayonda olanda qonşuluqda ev tikilirdi, onda bilmişdim, evin müəyyən hissələrindən əvvəlcədən qapı, pəncərə yeri üçün boşluq qoyurlar. Füzulidə evlərə bu boşluğu ya raketlər açmışdı, ya da elə təkcə pəncərə boşluğu qalmışdı. Boşluq içində boşluq qalmışdı Füzulidə.
Avtobusdan düşər-düşməz dərin bir nəfəs alıram. Burada yalnız göy üzündə dağıntılar yoxdur. 27 il dərdini çəkib, bəhrəsini görmədiyimiz, Vətən, nə yaxşı, göylərin bizə qalıb. Göy üzünün naləyə, gecələrin gündüzə qarışdığı Füzuliyə doyunca sarılıram. Hələ gedə bilmədiyim Ağdamın dağıntıları qədər ağrılı bağrıma basıram. Bəlkə məlhəm olar deyə Şuşanın doğmalığı qədər əzizləyirəm onu.
Dağıntılar içində dağıntı var Füzulidə. Görəsən, tanrı bu zilləti, bu faciəni necə götürdü?! Görəsən, kimin evidir, kimlərin ruhu hələ də burada uyuyur. Daşlara toxunanda daha dərindən hiss edirsən yoxluq içindəki varlığı. Dünya da yoxdan var olmayıbmı elə? Yenidən var olacaq Füzuli, mən buna inanıram, inanmalıyam, əgər elə olmasa, indi, elə bu saat adamın başına hava gələr.
Evlərin hər yanı mərmilərlə deşilib. Dədə-babadan belə görmüşük, qapı-pəncərəni bağlayarıq, yatan adamın üstünə soyuq olmasın deyə. Dünyası alt üst olarkən dünyadan xəbərsiz halda boş beşiklərdə yellənən körpələr, onların başında gözləyən analar, divanda dirsəklənib dincələn atalar üçün soyuq deyilmi? Hələ bu harasıdır, bunun qarlı, boranlı qışları da var.
Bir ev var uzaqda, ağ işıqlar yanan yerdə. Uzun saçlı, bəyaz əlbisəli balaca bir qız var içəridə. Yanağında illər öncədən qalan göz yaşı izləriylə gülümsəyərək çağırır bizi.
Birinin cənnəti, başqasına cəhənnəm kimi görünür deyirlər. Ötən il “Ria Novosti”nin Füzulidən hazırladığı reportajda bu yerləri “kabus şəhər” adlandırmışdılar. Yadlara kabus kimi görünən bu mənzərə əslində Füzulinin naləsi, bizim isə az qala yaşı bir qərinəyə çatan nisgilimizdir.
İndi payızdır. Füzulidə yarpaqlar saralıb. Sarı həm ayrılıq, həm də vüsal rəngidir. Biz Füzulidən payızda ayrıldıq, payızda qovuşmuşuq.
Artıq Füzuli sözün həqiqi mənasında küllərindən doğulur. Hər addımbaşı yeni obyektlər tikilir, infrastruktur qurulur. Salınan yollar boyu işıqlar çəkilir, biz də o yollarla üzüyuxarı qalxırıq, Hadrutdan keçib, Şuşaya gedirik. Füzulidən Vaqifin məqbərəsinə qədər bütün küçələr aydınlıqdır.
İndi payızdır, Füzulidə yarpaqlar saralıb. Sarı həm də gözləməyin rəngidir. Füzuli öz sahiblərinin bu yerlərə əbədi ayaq basacağı günü gözləyir. Bəlkə o gün sabahdan da yaxındır. Füzuli Hava Limanına ard-arda eniş edən təyyarələr Bakıya sərnişinsiz qayıdacaq...
Xəbər lenti
Hamısına baxGündəm
04 İyul 10:57
İqtisadiyyat
04 İyul 10:31
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16

