Gəncə terroru beynəlxalq aləmin gözü ilə...
19.10.2022 [11:48]
Nicat Dilqəmli
İki gün öncə Gəncə şəhərində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının, Baş Prokurorluğun və Xarici İşlər Nazirliyinin əməkdaşlarının, 50-ə yaxın ölkənin səfirləri, diplomatik korpusun, ölkəmizdə fəaliyyət göstərən beynəlxalq təşkilatların nümayəndələrinin, eyni zamanda yerli və xarici media təmsilçilərinin iştirakı ilə Vətən Müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş terror hadisələri qurbanlarının anım tədbiri keçirilib.
Anım tədbirində çıxış edən Baş prokurorun birinci müavini Elçin Məmmədov 44 günlük Vətən müharibəsi zamanı cəmiyyətimizlə bərabər səfərbər olan prokurorluq orqanları tərəfindən Ermənistan silahlı qüvvələrinin törətdikləri hər bir cinayət faktı üzrə döyüş əməliyyatlarının aparıldığı şəraitdə mümkün istintaq hərəkətlərinin həyata keçirilməklə zəruri tədbirlərin görüdüyünü qeyd edib.
Bildirilib ki, 27 sentyabr 2020-ci il tarixdən etibarən Ermənistanın hərbi-siyasi rəhbərliyinin göstərişi ilə aparılan təcavüzkar müharibə, onun gedişində törədilən digər xarakterli cinayətlərlə bağlı Baş Prokurorluğun İstintaq idarəsində 87 cinayət işi üzrə ibtidai istintaq aparılmaqla 36 şəxs barəsində təqsirləndirilən şəxs qismində cəlbetmə barədə qərarlar çıxarılaraq “İnterpol”un Milli Mərkəzi Bürosu vasitəsi ilə beynəlxalq axtarış elan edil, 23 ölkəyə hüquqi yardım ilə bağlı sorğular göndərilib.
44 günlük Vətən müharibəsində döyüş meydanında aciz qalan təcavüzkar erməni silahlı birləşmələrinin beynəlxalq qanunvericiliyi, “Silahlı münaqişələr zamanı mülki şəxslərin müdafiəsinə dair” 1949-cu il tarixli Cenevrə Konvensiyasının tələblərini kobud şəkildə pozaraq dinc əhalini böyük dağıdıcı qüvvəyə malik operativ-taktiki təyinatlı balistik və kaset tipli raketlərlə atəşə tutması nəticəsində 93 nəfər, o cümlədən 11 azyaşlı və 27 qadının qətlə yetirildiyi, 454 nəfər, o cümlədən 50 azyaşlı və 101 qadının müxtəlif dərəcəli bədən xəsarətləri almaları diqqətə çatdırılıb.
Qeyd edilib ki, Azərbaycanın 2-ci böyük şəhəri olan Gəncəyə 4, 5, 8, 11 və 17 oktyabr 2020-ci il tarixlərdə xüsusilə gecə saatlarında əhalinin yatdığı vaxt xaincəsinə təşkil olunmuş hücümlar nəticəsində, 10 nəfəri kişi, 10 nəfəri qadın və 6 nəfəri uşaq olmaqla 26 nəfər dinc sakin qəsdən öldürülüb, 6 ailə tamamilə məhv edilib. Xəsarət alanlardan 86 nəfəri kişi, 57 nəfəri qadın, 32 nəfəri uşaq olmaqla cəmi 175 nəfər mülki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb, onlardan 24 nəfəri 60 yaşdan yuxarı, 21 nəfəri 5-18 yaş arası, 11 nəfəri 5 yaşadək olub.
Eyni zamanda, araşdırmalarla 3875 yaşayış evi və ya mənzil, 33 qeyri-yaşayış obyekti, o cümlədən 2 tam orta məktəb, 1 uşaq poliklinikası, 1 uşaq bağçası və 1 kinoteatr binası olmaqla ümumilikdə 863.700 m . təşkil edən sahənin dağıdılması və zədələnməsi nəticəsində milyonlarla məbləğdə maddi ziyan vurulduğu bildirilib.
Bununla yanaşı, müharibədən sonra ölkəmizin Ermənistan silahlı qüvvələrinin növbəti təcavüzü-”mina terroru” ilə qarşı-qarşıya qaldığı bildirilməklə 10 noyabr razılaşması ilə döyüş əməliyyatları dayandırılandan indiyə qədər 44 şəxsin həlak olduğu, 216 şəxsin isə müxtəlif dərəcəli bədən xəsarətləri aldığı xüsusi qeyd edilib.
Tədbirdə çıxış edən Xarici işlər nazirinin müavini Elnur Məmmədov beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc insanların məqsədli şəkildə öldürülməsinin müharibə cinayəti və insanlıq əleyhinə cinayət olduğunu bildirməklə Azərbaycan Respublikasının milli və beynəlxalq hüquq mexanizmlərindən istifadə etməklə cinayətkarların ədalət məhkəməsi qarşısına çıxarılması istiqamətində görülən tədbirlər barədə ətraflı məlumat verib.
Daha sonra Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Cavid Musayev çıxış edərək xarici ölkələrin dövlət və ictimai xadimləri, diplomatlar, eləcə də jurnalistlərin Gəncədə baş verənlərlə tanış olarkən Ermənistanin hərbi-siyasi rəhbərliyinin törətdiyi hərbi cinayətin bir daha şahidi olduqlarını, dünya birliyi ölkələrinin bu faciəyə real qiymət verməsinin önəmini diqqətə çatdırmışdır. Ermənistann hərbi-siyasi rəhbərliyinin törədilən bütün cinayətlərə görə bilavasitə məsuliyyət daşıyır.
Tədbirdə çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin aşçısı Niyazi Bayramov xain hücumlar nəticəsində mülki insanların daşınmaz əmlakına dəymiş ziyanın aradan qaldırılması üçün müharibədən sonra dövlət başçısının müvafiq sərəncamı ilə şəhərdə bərpa işlərinə başlanıldığını, evlərinin bərpası mümkün olmayan ailələrə yeni mənzillərin verildiyini, ev əşyalarının alınmasında onlara maddi kömək göstərildiyini, hadisə qurbanlarının və onların yaxın qohumlarının qayğılarının diqqət mərkəzində saxlandığını bildirib.
Gəncədə səfərdə olan xarici nümayəndələr Ermənistanın törətdiyi vəhşiliklər barədə öz fikirlərini bölüşüblər.
Çexiyalı jurnalist Puyl Mixail: “2020-ci ilin oktyabrında Gəncədə törədilənlə hazırda Ukraynada təkrarlanır. Eyni mənzərəni biz orda görürük. Burada gördüklərim məni çox təəccübləndirdi. Çünki mən müharibənin tək Qarabağda getdiyini düşünürdüm. Hesab edirəm ki, müharibəni yalnız hərbi yerlərdə aparmaq lazımdır. Biz işğaldan azad olunan ərazilərdə də olduq. Orada və Gəncədə gördüklərimizi, öyrənib bildiklərimizi çalışdığımız media sayəsində Çexiyada vətəndaşlarımıza çatdıracağam”.
Cənubi Afrika Respublikasının (CAR) SABC xəbər agentliyinin nümayəndəsi Mudli Pravaşe: “Gəncənin atəşə tutulması tamamilə qeyri-insani və qəbuledilməzdir. Bizim xəbər agentliyimizdə xarici bölməmiz var və müxbirlərimiz bu bölgədə baş verən hadisələri mümkün qədər işıqlandırmağa çalışırlar. Bununla belə, bu gördüklərimdən sonra belə başa düşürəm ki, Qarabağ müharibəsi bizim mediamızda kifayət qədər işıqlandırılmayıb. Bir müxbir kimi mən hadisələrlə bağlı məlumatları tərəfsiz və emosiyalardan kənar şəkildə çatdırmalıyam. Lakin bir insan kimi deməliyəm ki, mülki əhalinin bu cür atəşə tutulması tamamilə qəbuledilməzdir. Uşaqların yerə atılmış oyuncaqlarını gördüm, bu tamamilə qeyri-insanidir. Mənim də övladım var. Burada gördüklərimi heç kəsə arzulamazdım. Burada baş verənləri birbaşa görmək mənim üçün bir təcrübədir”.
Hər iki jurnalist Gəncəə, eləcə də Azərbaycanın azad edilmiş digər ərazilərinə səfərləri zamanı gördüklərini obyektiv şəkildə öz auditoriyalarına çatdıracaqlarını bildiriblər.
“Hesab edirəm ki, belə səfərlərin Azərbaycanın haqq işinin təbliğatı baxımından mühüm əhəmiyyəti var”. Bu fikirləri “Yeni Azərbaycan”a açıqlamasında siyasi şərhçi Tural İsmayılov səsləndirib. O bildirib ki, 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə Azərbaycan informasiya müharibəsində öz mövqelərini kifayət qədər gücləndirib: “Dövlətimiz tərəfindən dəfələrlə beynəlxalq səviyyəli qonaqların işğaldan azad edilmiş ərazilərə səfərləri təşkil olunub. Bu səfərlərdə həm blogerlər, həm media nümayəndələri, həm xarici diplomatlar Ermənistan tərəfindən Azərbaycana qarşı həyata keçirilmiş çoxsaylı cinayət faktları ilə yerindəcə tanış olmaq imkanları qazanıblar. Eyni zamanda, xarici diplomatlar və beynəlxalq media nümayəndələri təkcə işğaldan azad edilmiş Qarabağda deyil, 44 günlük Vətən müharibəsində dəfələrlə terrora məruz qalmış Gəncə şəhərinə də səfərlər həyata keçiriblər və burada Ermənistanın törətdiyi terror-təxribat faktları ilə yerində tanış olublar. Bu səfərlər vasitəsilə Azərbaycan xalqının başına gətirilən bəlalar və ümumiyyətlə, mənfur düşmənin Cənubi Qafqazda sülhü və sabitliyi pozmaq üçün həyata keçirdiyi terror aktları bir daha bütün dünyaya nümayiş etdirilib. Hesab edirəm ki, Ermənistanın özəlliklə modern dövrdə həyata keçirdiyi çağdaş terror hücumlarının gerçək mahiyyətinin bütün dünyaya izah edilməsində bu tip səfərlərin müstəsna əhəmiyyəti var. Məhz bu səfərlərdə iştirak etmiş qonaqların mediada və sosial şəbəkələrdə paylaşımları, eyni zamanda Ermənistan terroru ilə bağlı mövqelərini bildirmələri Ermənistan reallığının qlobal aləmdə növbəti dəfə təcəssüm olunması ilə nəticələnir ki, bunun da bizim üçün xüsusi əhəmiyyəti var”.
Xəbər lenti
Hamısına baxAnalitik
07 May 09:15
Sosial
07 May 08:50
Ədəbiyyat
07 May 08:31
Dünya
07 May 07:20
Siyasət
07 May 07:10
İdman
07 May 07:09
Siyasət
06 May 23:39
Dünya
06 May 23:32
Dünya
06 May 23:19
Dünya
06 May 22:50
Dünya
06 May 22:24
Dünya
06 May 22:09
Sosial
06 May 21:42
Dünya
06 May 21:39
Elanlar
06 May 21:17
Dünya
06 May 21:15
Gündəm
06 May 21:05
Dünya
06 May 20:43
Siyasət
06 May 20:34
YAP xəbərləri
06 May 20:33
İqtisadiyyat
06 May 20:30
Dünya
06 May 20:17
Dünya
06 May 19:52
Dünya
06 May 19:25
Dünya
06 May 19:10
YAP xəbərləri
06 May 18:43
YAP xəbərləri
06 May 18:36
YAP xəbərləri
06 May 18:07
Xəbər lenti
06 May 18:04
Sosial
06 May 17:01
Sosial
06 May 17:00
Sosial
06 May 16:59
Sosial
06 May 16:59
Sosial
06 May 16:58
Sosial
06 May 16:58
İqtisadiyyat
06 May 16:57
YAP xəbərləri
06 May 16:50
Siyasət
06 May 16:42
YAP xəbərləri
06 May 16:27
YAP xəbərləri
06 May 16:26
YAP xəbərləri
06 May 16:12
YAP xəbərləri
06 May 15:16
Dünya
06 May 15:13
Elanlar
06 May 15:03
Hadisə
06 May 14:39
YAP xəbərləri
06 May 14:10
Sosial
06 May 14:05
Dünya
06 May 13:05
Hadisə
06 May 12:40
Sosial
06 May 12:30
Sosial
06 May 12:11
Diaspor
06 May 12:08
Sosial
06 May 12:04
İqtisadiyyat
06 May 12:03
İqtisadiyyat
06 May 12:00
Dünya
06 May 11:57
İqtisadiyyat
06 May 11:43
Analitik
06 May 11:26
YAP xəbərləri
06 May 11:24
Gündəm
06 May 11:10
Xəbər lenti
06 May 10:58
Elm
06 May 10:57
Sosial
06 May 10:56
İqtisadiyyat
06 May 10:55
Gündəm
06 May 10:46
İqtisadiyyat
06 May 10:19
Sosial
06 May 09:50
Gündəm
06 May 09:27
Sosial
06 May 08:51
MEDİA
06 May 08:32

