Zəngəzurda toylar
19.10.2022 [12:01]
Zəngəzuru tanıyaq və tanıdaq
Adətə görə, mühafizəsiz bəyə lap balaca bir uşaq da yaxınlaşsa, bəy onun dediyi yerə getməyə etiraz edə bilməzdi. Bəyi, adətən, bəy evindəki, yaxud qonşudakı tikililərin birində gizlədib qapını bağlayırdılar. Sağdış və soldışdan nəmər aldıqdan sonra özü də səhnələşdirilmiş bir ciddiyyətlə danışıb razılığa gəldikdən sonra, bəyi “azadlığa” buraxardılar.
Şənbə axşamı bəzi hallarda toyda aşıqlar çalıb-oxuyar, pəhləvanlar güləşər, şah, kosa bəzəyərdilər.
Ancaq şənbə toyunun ən əsas bəzəyi cavanların, qız-gəlinlərin müxtəlif havalarda lap yorulana rəqs etmələri idi. Məhz bu şənliklərdə oğlanlar adaxlı, analar gəlin seçərdi.
Gəlinin gətirilməsi
Toyun sonuncu günü, bəy evinin adamları, qohumlar və qonaqlardan bir dəstə çalğıçıların müşayiəti ilə qız evinə gəlin gətirməyə gedrdilər. Qız-gəlinlər əllərində xonça aparardılar. Xonçada gəlin üçün hədiyyələr və müxtəlif cür şirniyyatlar olardı.
Qız evinə çatarkən mütləq “Vağzalı” havası çalınırdı. Oğlan evinin və qız evinin adamları birlikdə 5-10 dəqiqə rəqs etdikdən sonra, bəyin bacısı və digər yaxın qız-gəlinlər evə daxil olaraq gəlini geyindirdilər. Gəlin geyindikdən sonra bəyin qardaşını, yaxud atasını gəlinin belini bağlamaq üçün otağa dəvət edərdilər.
Gəlinin belini bağlayan kəs gəlinin anasına rəmzi olaraq süd pulu (100-200 rubl məbləğində) verərək halallıq aardı. Bundan sonra gəlinin bir qoluna bəy, bir qoluna isə bəyin sağdışı girərək onu evdən çıxarardılar.
Gəlini evdən bayıra çıxaranda qapını kəsərək rəmzi rüsum (hədiyyə, yaxud 10-25 rubl pul) aldıqdan sonra bəyi və gəlini bayıra buraxardı.
Yenə də “Vağzalı” havası çalınar və sədaları altında gəlini ata evindən çıxarardılar. Toy evləri yaxın olduqda piyada, uzaq olduqda isə əvvəllər atla, sonrakı illərdə isə maşınla bəy evinə yola düşərdilər. Gəlinin ata-anası bəy evinə getməzdi.
Yol boyu kənd uşaqları gəlinin qabağını kəsər, onun qarşısında oynayaraq bəydən nəmər istəyərdilər. Nəmər (1-3 rubl) aldıqdan sonra özləri də toy adamlarına qoşularaq bəy evinə gedərdilər.
Gəlin karvanının arxasınca isə cehiz maşını gələrdi. Cehiz yorğan-döşək, gəbə və məişət ləvazimatlarından ibarət olardı. Bəy evində cehiz gətirənlərə mütləq xələt verərdilər.
Bəy evinin həyət qapısında gəlinin ayağı altında qurbanlıq qoç kəsilərdi, evin ağsaqqalı gəlinin alnından öpüb xeyir-dua verərdi, xonçadakı konfetlər göyə atılaraq gəlinin başına səpələnirdi. Bəyin ata-anasının üz-başını isə unlayardılar ki, siz daha qocaldınız, cavanlara meydan vermək lazımdır.
1960-65-ci ilə qədər (yəni pul kənd adamlarının həyatının mühüm atributuna çevrilənə qədər) gəlinin qurbanı kəsildikdən sonra, elə həyətdəcə gələn qonaqlar onun başına toy xələti (parça, yaylıq, dəsmal, kiçik toxuma-işləmə parça, məişət ləvazimatları və s.) atardılar. Bəy evinin yaxın adamlarından biri uca səslə məclis əhlinə kimin nə nəmər gətirdiyini elan edərdi. Sonralar isə toya gələn ailə başçısı ziyafətin sonunda toy xələti olaraq pul yazdırardı.
Toy ziyafəti
Gəlini gətirib bəy evinin həyətində oynadıqdan sonra məclisdə iştirak edənlərin hamısı toy süfrəsinin ətrafında oturardı. Bir çox yerlərdən fərqli olaraq bizim kəndlərimizdə toy ziyafətində elə əzəldən ailəvi oturmaq dəb idi. Qadınlar və kişilər - arzu edənlər uşaqlarını da toy ziyafətinə gətirərdilər - eyni vaxtda süfrə arxasında (4-5 cərgə xeyir-şər üçün xüsusi düzəldilmiş uzun taxta stolların arxasında) oturaraq məclisin tamadasının idarəsi ilə yeyib-içər, şənlənərdilər. Təxminən altmışıncı illərin sonlarından başlayaraq Zəngəzurun toylarında bir qayda olaraq gəlin bəylə yanaşı, məclisin sonuna qədər ziyafətdə əyləşərdi. Ziyafət zamanı musiqi çalınar, əsasən, muğamat oxunardı, rəqs edilməzdi. Yalnız məclisin sonuna yaxın tamada “bəy oynayanda ucuzluq olar”, - deyərək bəyi və gəlini rəqsə dəvət edərdi. Bəy və gəlin rəqs etdikdə, demək olar ki, ziyafətdə iştirak edənlərin hamısı bəyin və gəlinin əlinə pul verərdilər (5 manatdan 25 manata qədər) və hərə bir qol da olsa, təzə evlənənlərə oynamağı özünə borc bilərdi.
Toy süfrəsi o qədər də zəngin olmazdı və toy sahibinin maddi vəziyyətindən asılı olmayaraq bütün toylarda təxminən eyni xörək - bozbaş və kələm dolması verilərdi. İçkilər isə limonad, “Cermuk” mineral suyu və araq olardı (təbii ki, araq yalnız kişilərin süfrəsinə verilərdi).
Məclisin tamadası, adətən, sözü eşidilən ağsaqqallardan biri olardı. Toy ziyafəti 4-5 saat davam edərdi. Ev sahibinin dəvəti ilə hamı bir nəfər kimi süfrə arxasına əyləşər və məclisin sonunda tamada (adətən tamada yemək-içməyi hazırlayanların və qulluq edənlərin sağlığını qeyd etdikdən sonra) musiqiçilərdən “Marş” çalmağı xahiş edərdi və bu marşdan sonra bir daha məclis əhli adından toy yiyələrinə xeyir-dua verərək öz istefasını qəbul etməyi xahiş edərdi. Sonda isə yenə hamı bir nəfər kimi durub gedərdilər. Məclis bitməmiş stoldan durub getmək tamadaya və məclis əhlinə hörmətsizlik sayılardı.
Xonça axşamı
Xonça axşamı toyun son axşamı olmaqla bərabər, həm də bu mərasimin ən şux, məzəli hissəsi sayılardı. Toy ziyafətindən sonra hava qaralana yaxın kənd cavanları məşəl (lopa) hazırlayardılar. Təxminən 25-30 adam (əsasən gənclər və cavan xanımlar) musiqiçilərin müşayiəti ilə piyada qız evinə yollanardılar.
Alışdırılan məşəllərin şöləsi, gənclərin fit səsləri, “ura” nidaları oynaq musiqiyə xüsusi bir ton verərdi.
Qız evində çox ləngiməzdilər. Xonçaları götürüb qız evindən onlara qoşulan təzə qohumlarla birgə geri, bəy evinə qayıdardılar.
Xonçada mütləq bir ədəd bütöv qızardılmış toyuq, bəyə və onun sağdış-soldışna hədiyyələr və şirniyyat olardı.
Toyuq, özü də bişmişi, təbii ki, yeyilmək üçündür. Ancaq Urudda xonça axşamı ortaya qoyulan toyuğun məsələsi çox uzun olardı. Bu toyuğun ətrafında o qədər çək-çevir edərdilər ki, hərdən adama elə gəlirdi ki, onu ancaq lağ edib gülmək üçün diri- bişirib ortaya qoyublar.
Xonça axşamı bəy sağdış-soldış ilə stolun baş tərəfində oturub hədiyyələri qəbul edərdi. Xonçaları isə gəlinin yengəsi tərif vura-vura, qiymətə mindirə-mindirə, hədiyyələri bir-bir nümayiş etdirərək məclisə təqdim edərdi. Bəyin sağdış-soldış isə əsl ekspertlər kimi çıxış edərək, hər hədiyyədə bir nöqsan tapmağa və beləliklə də, qiyməti aşağı salmağa çalışırdılar. Sağdış-soldışın yengə ilə mübahisəsinə tədricən hər iki tərəfin adamları da qoşulardılar.
Saat yarım, iki saatlıq məzhəkədən sonra, nəhayət ki, razılıq əldə olunardı, qiymət kəsilərdi və bəy tərəf gəlin tərəfin xonçalarını qəbul edərdi.
Bəy və sağdış-soldış xonçalara görə yengəyə rəmzi pul (hərəsi 25-50 rubl) verərdilər.
Sonra xonçalar açılardı, yeməliləri yeyərdilər, paylamalıları paylayrdılar. Bəy ilə sağdış-soldış isə yengənin təqdimatı ilə öz hədiyyələrini götürrdülər.
Zəngəzurda xüsusi nikah mərasimi keçirilməzdi. Adətən, qız toyundan (paltar biçdidən) sonra nikahın rəsmiləşdirilməsi ya kənd sovetində, ya da rayon VVAQ şöbəsində qeydiyyata alınardı. Bəzi hallarda isə rəsmi nikahla yanaşı imam nikahı (dini kəbin) da kəsilirdi.
Ailə institutu kifayət qədər möhkəm idi. Boşanmalar çox nadir hallarda rast gəlinirdi.
Hər yerdə olduğu kimi, Zəngəzurda da toylar təkcə iki gəncin vüsalı deyildi, el- obanın şənliyi, ailələrin qohumlaşması, nəsillərin, tayfaların böyüməsi, həyatın davamı idi.
... Zəngəzur toyları min illərdən süzülüb gələn milli yaddaşımızın, mənəvi dəyərlərimizin, məişət əxlaqımızın bir ifadəsi, özünütəsdiqi, ruhumuzun o dağlarda pərvazlanması idi. Mənfur düşmən 30 il ruhumuzu perik saldı...
... Zəngəzur toyları adət-ənənəmizin abidəsi idi. Mənfur düşmən bu abidəni dağıtdı...
...Zəngəzurda toy olan evin darvazasına qırmızı yaylıq bağlayardılar, 3 gün açmazdılar. O qırmızı yaylıq xoş günlərimizin rəmzi kimi qara keşişlərin gözünə qara su endirərdi.
Zəngəzur dağları 30 il toy-busata həsrət qaldı, “ Cəngi” sədasına, “Heyratı” səsinə qəribsədi...
... Şükür Allahın böyüklüyünə ki, qisas qiyamətə qalmadı, Ali Baş Komandanın rəhbərliyi altında yurdlarımızı işğaldan azad etdik. Təkcə torpaqlarımızı deyil, ruhumuzu da azad etdik, diriliyimizi, birliyimizi də geri qaytardıq!
... Zəngəzura qayıdırıq, məskunlaşırıq, yollarımız açılır, kəndlərimiz, şəhərlərimiz salınır, evlərimiz tikilir.
... Zəngəzur dəhlizindən keçən qatarlar, Zəngilan, Laçın hava limanına enib qalxan təyyarələr yenə Zəngəzura ağ donlu gəlinlər gətirəcək, Zəngəzurun ağ günləri başlayacaqdır!
... Zəngəzur Azərbaycandır!!!
MUSA URUD
Millət vəkili
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
05 May 23:54
Dünya
05 May 23:19
YAP xəbərləri
05 May 22:59
İdman
05 May 22:43
Dünya
05 May 22:38
Dünya
05 May 22:16
Dünya
05 May 21:58
İqtisadiyyat
05 May 21:25
Dünya
05 May 21:10
Müsahibə
05 May 20:41
Dünya
05 May 20:32
Dünya
05 May 20:18
Gündəm
05 May 20:06
Dünya
05 May 19:50
Dünya
05 May 19:21
Dünya
05 May 19:08
Gündəm
05 May 19:08
Dünya
05 May 18:45
İdman
05 May 18:22
Analitik
05 May 17:42
Dünya
05 May 17:31
YAP xəbərləri
05 May 17:06
YAP xəbərləri
05 May 16:54
Dünya
05 May 16:51
Elm
05 May 16:47
Gündəm
05 May 16:30
Dünya
05 May 16:29
Mədəniyyət
05 May 16:15
İqtisadiyyat
05 May 16:12
İdman
05 May 16:02
İqtisadiyyat
05 May 16:01
Siyasət
05 May 15:59
Hadisə
05 May 15:58
Dünya
05 May 15:58
YAP xəbərləri
05 May 15:54
İqtisadiyyat
05 May 15:51
Dünya
05 May 15:43
Dünya
05 May 15:19
YAP xəbərləri
05 May 15:13
Dünya
05 May 15:04
Dünya
05 May 14:57
Sosial
05 May 14:49
MEDİA
05 May 14:37
Maraqlı
05 May 14:22
Dünya
05 May 14:21
Mədəniyyət
05 May 14:20
Siyasət
05 May 14:18
Gündəm
05 May 14:06
Elanlar
05 May 13:50
Xəbər lenti
05 May 13:45
Dünya
05 May 13:18
Dünya
05 May 12:51
Dünya
05 May 12:25
Dünya
05 May 12:10
Dünya
05 May 11:42
Dünya
05 May 11:19
İqtisadiyyat
05 May 10:57
Gündəm
05 May 10:23
Sosial
05 May 10:21
Sosial
05 May 10:21
Gündəm
05 May 09:58
Gündəm
05 May 09:32
Sosial
05 May 09:14
Mədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35

