Yaş senzinin bayraqdarı!
19.10.2022 [12:10]
Qürur və mübarizlik tarixi
Həyatının böyük hissəsini ulu öndər Heydər Əliyev ideyalarının həyata keçirilməsi uğrunda həsr edən vətənpərvərlik təcəssümü!
Bir insanın cəmiyyətdə tanınması onun həyat kredosu və əqidəsi ilə bağlıdır. Belə ki, insan uşaqlığından ailəsində, yaxın mühitində gördüyünü alt şüuruna həkk edir, gələcək həyatını da məhz bu şüur üzərində qurur, formalaşdırır. Bu cür insanlar əsl əqidəyə sahib olan şəxsiyyət kimi cəmiyyət arasında özünəməxsus yerlərdən birini tutur. Məhz belə bir insandan - ölkəsi, xalqı, Vətəni uğrunda bütün ömrünü fədakarlıqlara həsr edən Arif Rüstəmovdan bəhs edəcəyik...
Ötən əsrin təlatümlü 90-cı illərində çətin, taleyüklü dövründə Azərbaycanın nicatını, xilas yolunu haqlı olaraq ulu öndər, xalqımızın ümummilli lideri Heydər Əliyev dühasının böyük siyasətə qayıdışında - yenidən hakimiyyət zirvəsinə yüksəlməsində görən və məşhur “91-lər”in sırasında adı daim ehtiramla çəkilən Arif Rüstəmov ləyaqətli və şərəfli ömür yolu, vətənpərvər ictimai-siyasi fəaliyyəti ilə onu tanıyanların qəlbində silinməz iz qoyub.
Belə bir şəraitdə xalqın aparıcı ziyalıları haqlı olaraq çıxış yolunu ulu öndər Heydər Əliyevin fəal siyasi səhnəyə qayıtmasında görürdülər. Arif müəllim Yeni Azərbaycan Partiyasının yaradılmasında ilk təşəbbüskarlardan biri kimi önə çıxanlardan və sinə gərənlərdəndir...
O, 1989-90-cı illərin əvvəllərində “Xalq qəzeti” və “SƏS” qəzeti kimi mətbu orqanlarda (O zamanlar Heydər Əliyevlə bağlı çıxış etmək ölkədə qadağan olunmuşdu) açıq məqalələrlə fikirlərini yazırdı. Arif Rüstəmov eyni zamanda, Ulu Öndərlə teleqramlaşırdı.
Beləliklə, 1990-1993-cü illərdə ulu öndər Heydər Əliyevin ətrafında sıx birləşməklə AXC-Müsavat cütlüyünün səriştəsizliyini ifşa edən A.Rüstəmov həyatının böyük hissəsini Azərbaycanın bütövlüyü uğrunda mübarizəyə həsr etdi. Xalq Heydər Əliyevi hakimiyyətə gələrək ölkəni bu ağır bəladan qurtarmağa səsləyirdi.
Lakin 121-ci maddə ilə yaş senzini tətbiq etmək istəyən mənfur qüvvələr hər vəchlə onun qarşısını almağa cəhd edirdilər. Buna qarşı etiraz edənlər isə həbs edilir, təqib və təzyiqlərə məruz qalırdılar.
Ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyev çıxışlarında bu barədə vurğulayıb ki, ulu öndərin gələcək fəaliyyətini əngəlləmək üçün o vaxtkı partokrat hakimiyyət yaş senzi kimi çox cəfəng bir qaydanı tətbiq edib ki, 65 yaşdan sonra prezident ola bilməz. Lakin mübariz insanlar etiraz aksiyaları təşkil etməklə heç kimdən qorxmadan, hətta repressiya təhlükəsinin olmasına baxmadan öz əqidələrini sona qədər müdafiə etdilər.
Arif Rüstəmovun xatirələrindən: “Dahi öndər Heydər Əliyevin hakimiyyətə gəlməsinə qarşı qoyulan qadağanın - 121-ci maddənin ləğv olunması tələbi ilə Ali Sovetin qarşısında keçirilən mitinqlərdə oğlanlarımla birgə iştirak etmişik, süni qadağanın ləğv olunmasını tələb etmişik.
Mitinqdə azyaşlı övladlarım dahi öndərimiz Heydər Əliyevin portretlərini başları üzərinə qaldırıb “Azərbaycanın xilası Heydər babanın hakimiyyətə gəlməsidir”, “Heydər baba, biz səni dəstəkləyirik” və digər bu kimi şüarlarla çıxış etdilər. Bu gün həmin uşaqlar daxili işlər orqanlarında ulu öndər Heydər Əliyevin qurucusu olduğu, Prezident İlham Əliyevin inkişaf etdirdiyi Azərbaycan dövlətinə şərəflə və qürurla xidmət edirlər” (Mənbə: “Səs” İnformasiya Agentliyi, 27.04.2021-ci il - “35 il kölgədə qalan sirlər” sərlöhvəli məqalədən).
Məqaləni hazırlayarkən Arif müəllimin ömür-gün yoldaşı Havva Həsənova ilə də söhbətləşdik, onun da fikirlərini, düşüncələrini oxucularımızla bölüşmək qərarını verdik. O, bizimlə söhbətində deyir ki, YAP-ın yaradılmasında ciddi təşviş və qorxu keçirən AXC-Müsavat iqtidarı 4 oktyabrda Naxçıvanda dövlət çevrilişinə cəhd etdilər: “Arif müəllim həmin ərəfələrdə çox gərgin və məsuliyyətli idi, xüsusilə ulu öndər Heydər Əliyevə olan təhdidlərin baş verməməsi üçün gecə və gündüz fəaliyyət göstərir, siyasi həmfikirləri ilə yuxusuz gecələr keçirərdi. Çünki xain qüvvələr Naxçıvanda hakimiyyəti zəbt edib, Heydər Əliyev ətrafında birləşən insanları qorxutmaq, mübarizələrindən çəkindirmək istəyirdilər. Məhz bu kimi mübariz, əqidəli insanların davamlı səyləri nəticəsində xain qüvvələrin istəkləri baş tutmadı. Onlar Ulu Öndərin ətrafında daha da sıx birləşərək, təhdid və təzyiqlərin qarşısını almağa nail oldular”.
O, sözlərini belə davam etdirib: “Həyat yoldaşım Birinci Qarabağ veteranı Arif Rüstəmov Yeni Azərbaycan Partiyasının yaradılması təşəbbüsünə və bu barədə təbliğat aparanların sırasında ilk mübarizlərdən biridir. O, 1990-1993-cü illərdə hakimiyyətdə olan bir qrup AXC-Müsavat cütlüyünün səriştəsizliyi, ölkəni idarə edə bilməməsi səbəbindən, Azərbaycan parçalanmaq təhlükəsi ilə üz-üzə qaldığı bir dövrdə öz qəlbinin səsi ilə ulu öndər Heydər Əliyevin xilaskar missiyasına ümid bəsləyən şəxslərdəndir. Eyni zamanda, Arif müəllim 121-ci maddəni əks etdirən yaş senzinin ləğv edilməsi, habelə bu tələblərlə keçiriliən mitinqlərin əsas təşkilatçılarından biridir. O, dəfələrlə Murtuz Ələsgərov, Səfiyar Musayev, Misirxan Vəliyev, mərhum general Rasim Musayevlə birlikdə ulu öndər Heydər Əliyevin müdafiəsi ilə bağlı keçirilən mitinqlərdə o zamankı hakimiyyətin qəzəbinə tuş gəlib. Bir neçə dəfə onu polis bölməsinə apararaq 10-15 gün azadlıqdan məhrum ediblər. Ancaq bu kimi təzyiqlər onu haqq və ədalət uğrunda apardığı mübarizədən çəkindirmədi. Əksinə, daha böyük fəallıqla ulu öndərimiz Heydər Əliyevin Naxçıvandan Bakıya gələrək Azərbaycanın düşdüyü ağır problemlərdən xaos və anarxiyadan xilas etmək işində dəstəyini davam etdirdi”.
Havva xanımın fikirlərindən o da məlum oldu ki, Arif müəllim ulu öndər Heydər Əliyevlə teleqramlaşır, onun tövsiyələrini həyata keçirmək üçün qorxmadan fəaliyyət göstərirdi. Həmin ağır dövrlərdə hətta onu tanıyanlar, o cümlədən iş yoldaşları Arif müəllimdən yan gəzirdilər. Onlar AXC-Müsavat hakimiyyətinin təqib və təzyiqlərindən çəkinr və qorxurdular.
Havva Rüstəmova Azərbaycan Ordusunun uğurlu hərbi qələbələrindən də danışaraq bildirir ki, Azərbaycan xalqının bir yumruq kimi birləşərək 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında birləşməsi bu gün ölkəmizin inkişaf təzahüründə özünü göstərməkdədir. “Mən Onunla da qürur duyuram və Allahıma şükür edirəm ki, bu Zəfərimizi Arif müəllim də gördü. Bu gün övladlarımız da qalib Vətənin övladları olaraq yaşamaqda, fəaliyyətlərini davam etdirməkdədirlər”.
Xəbər lenti
Hamısına baxSosial
06 May 12:11
Diaspor
06 May 12:08
Sosial
06 May 12:04
İqtisadiyyat
06 May 12:03
İqtisadiyyat
06 May 12:00
Dünya
06 May 11:57
İqtisadiyyat
06 May 11:43
Analitik
06 May 11:26
YAP xəbərləri
06 May 11:24
Gündəm
06 May 11:10
Xəbər lenti
06 May 10:58
Elm
06 May 10:57
Sosial
06 May 10:56
İqtisadiyyat
06 May 10:55
Gündəm
06 May 10:46
İqtisadiyyat
06 May 10:19
Sosial
06 May 09:50
Gündəm
06 May 09:27
Sosial
06 May 08:51
MEDİA
06 May 08:32
YAP xəbərləri
05 May 23:54
Dünya
05 May 23:19
YAP xəbərləri
05 May 22:59
İdman
05 May 22:43
Dünya
05 May 22:38
Dünya
05 May 22:16
Dünya
05 May 21:58
İqtisadiyyat
05 May 21:25
Dünya
05 May 21:10
Müsahibə
05 May 20:41
Dünya
05 May 20:32
Dünya
05 May 20:18
Gündəm
05 May 20:06
Dünya
05 May 19:50
Dünya
05 May 19:21
Dünya
05 May 19:08
Gündəm
05 May 19:08
Dünya
05 May 18:45
İdman
05 May 18:22
Analitik
05 May 17:42
Dünya
05 May 17:31
Sosial
05 May 17:14
YAP xəbərləri
05 May 17:06
YAP xəbərləri
05 May 16:54
Dünya
05 May 16:51
Elm
05 May 16:47
Gündəm
05 May 16:30
Dünya
05 May 16:29
Mədəniyyət
05 May 16:15
İqtisadiyyat
05 May 16:12
İdman
05 May 16:02
İqtisadiyyat
05 May 16:01
Siyasət
05 May 15:59
Hadisə
05 May 15:58
Dünya
05 May 15:58
YAP xəbərləri
05 May 15:54
İqtisadiyyat
05 May 15:51
Dünya
05 May 15:43
Dünya
05 May 15:19
YAP xəbərləri
05 May 15:13
Dünya
05 May 15:04
Dünya
05 May 14:57
Sosial
05 May 14:49
MEDİA
05 May 14:37
Maraqlı
05 May 14:22
Dünya
05 May 14:21
Mədəniyyət
05 May 14:20
Siyasət
05 May 14:18
Gündəm
05 May 14:06
Elanlar
05 May 13:50

