Söylə! Sənmi xor baxırsan mənim şeir dilimə?
22.10.2022 [11:11]
1946-cı il dekabrın 17-də Azərbaycan Milli Hökumətini qan içində boğandan sonra Tehran hakimiyyəti Azərbaycan türklərinin milli-mənəvi sərvətlərinə basqın etdi.
40 min nəfərədək (sayın daha çox olduğu da deyilir) insan İrandakı hakimiyyət tərəfindən qətlə yetirildi, yüz minlərlə insan mühacirət edildi.
İran mərkəzli fars düşüncə sisteminin daşıyıcıları türkə olan nifrətini, acısını Milli Hökumətin Azərbaycan türkcəsində çap etdirdiyi kitablardan çıxdı. Onları oda tutdu.
Bu gün, həm də 1946-cı il Güney Azərbaycan türklərinə qarşı soyqırımı günüdür.
Səməd Vurğunun 1947-ci il yanvarın 20-də yazdığı şeir bir sıra mətləbləri bir daha yada salır. Bu şeiri oxuduqca, o günlərin tarixini vərəqlədikcə Tehranın Güney Azərbaycan türkünə münasibətinin dəyişmədiyi görünür...
Hazırda 35 milyonluq xalqın doğma Azərbaycan dilində təhsil almağa məktəbi yoxdur...
Səməd Vurğun
(İran irticaçıları Azərbaycan türkcəsində olan kitabları vəhşicəsinə yandırırlar)
Cəllad! Sənin qalaq-qalaq yandırdığın kitablar
Min kamalın şöhrətidir, min ürəyin arzusu...
Biz köçürük bu dünyadan, onlar qalır yadigar,
Min kamalın şöhrətidir, min ürəyin arzusu...
Yandırdığın o kitablar alovlanır... Yaxşı bax!
O alovlar şölə çəkib şəfəq salır zülmətə...
Şairlərin nəcib ruhu məzarından qalxaraq,
Alqış deyir eşqi böyük, bir qəhrəman millətə,
O alovlar şölə çəkib şəfəq salır zülmətə...
Cəllad! Mənim dilimdədir bayatılar, qoşmalar,
De! onları heç duydumu sənin o daş ürəyin?
Hər gəraylı pərdəsində min ananın qəlbi var...
Hər şikəstən ovladıdır bir müqəddəs diləyin,
De! onları heç duydumu sənin o daş ürəyin?
Söylə! sənmi xor baxırsan mənim şeir dilimə?
Qoca şərqin şöhrətidir Füzulinin qəzəli.
Sənmi “Türk-e xər” deyirsən ulusuma, elimə?
Dahilərə süd vermişdir Azərbaycan gözəli...
Qoca şərqin şöhrətidir Füzulinin qəzəli.
Cəllad! Yanıb od olsa da, külə dönməz arzular,
Təbiətin ana qəlbi qul doğmamış insanı.
Hər ürəyin öz dünyası hər səadət arzular,
Qanlar ilə yazılmışdır hər azadlıq dastanı...
Təbiətin ana qəlbi qul doğmamış insanı.
Əzəl başdan düşmənimdir üzü murdar qaranlıq...
Hər torpağın öz eşqi var, hər millətin öz adı.
Kainata dəyişmərəm şöhrətimi bir anlıq,
Mənəm odlar ölkəsinin günəş donlu övladı.
Hər torpağın öz eşqi var, hər millətin öz adı.
Nədir o dar ağacları, de, kimlərdir asılan?
Oyuncaqmı gəlir sənə vətənimin haqq səsi?
Dayan!.. Dayan! Oyaq gəzir hər ürəkdə bir aslan
Boğazından yapışacaq onun qadir pəncəsi,
Oyuncaqmı gəlir sənə vətənimin haqq səsi?
Cəllad! Sənmi, de! qırırsan Fədailər nəslini?
Millətimin saf qanıdır qurd kimi içdiyin qan.
Zaman gəlir... Mən duyuram onun ayaq səsini,
Şəhidlərin qiyam ruhu yapışacaq yaxandan.
Millətimin saf qanıdır qurd kimi içdiyin qan.
Bir varaqla tarixləri, utan mənim qarşımda,
Anam Tomris kəsmədimi Keyxosrovun başını?
Koroğlunun, Səttarxanın çələngi var başımda.
Nəsillərim qoymayacaq daş üstündə daşını,
Anam Tomris kəsmədimi Keyxosrovun başını?
Sür atını, dördnala çap! Meydan sənindir... Ancaq;
Mən görürəm al geyinib gələn bahar fəslini...
Qoca Şərqin günəşidir yarandığım bu torpaq,
Mən yetirdim al bayraqlı inqilablar nəslini,
Mən görürəm al geyinib gələn bahar fəslini...
Xəbər lenti
Hamısına baxİdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25

