BMT İrana qarşı qətnamə qəbul edib
23.11.2022 [10:46]
Sənəddə İran hökumətinin addımları qətiyyətlə pislənir
İranın daxilində baş verən etiraz aksiyaları beynəlxalq arenada da diqqətlə izlənilir. Bunun nəticəsidir ki, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası İran hökumətinin insan haqları pozuntularını pisləyən qətnamə qəbul edib. Qeyd edək ki, Ermənistan və Rusiya qətnamənin əleyhinə çıxıb. Gürcüstan səsvermədə ümumiyyətlə iştirak etməyib. Azərbaycan və Türkiyə isə səsvermədə bitərəf mövqe nümayiş etdiriblər.
Bununla yanaşı, BMT Tehrandan bütün etirazçıları dərhal buraxmağı tələb edir. Belə bir tələblə BMT-nin insan haqları üzrə ali komissarı Ceremi Lourens çıxış edib. O bildirib ki, İran hakimiyyəti əhali ilə açıq dialoq aparmaq əvəzinə etirazlara getdikcə daha sərt reaksiya verir. Lourens BMT-nin İnsan Hüquqları Şurasının İran hökumətini etirazlarda iştirak etdiklərinə görə saxlanılan minlərlə insanı dərhal azad etməyə çağırdığını diqqətə çatdırıb. BMT rəsmisi deyib ki, təşkilat etirazçıların ölüm cəzası ilə üzləşə biləcəyindən narahatdır. Onun sözlərinə görə, ən azı on etirazçı ağır cinayətlərdə ittiham olunub: “Həbs edilən bir iranlının dövlət əmlakına ziyan vurmaqda və “Allaha qarşı çıxmaqda” təqsirli bilindiyi bildirilir. Ölüm hökmü yalnız beynəlxalq hüquq baxımından ən ağır cinayətlərlə bağlı çıxarıla bilər”.
Bu, İranın öz ətrafında formalaşdırdığı çəmbəri daraltdığını göstərir. Beynəlxalq aləmin səsləndirdiyi etirazlara məhəl qoymayan Tehran daha ağır nəticələrlə üzləşə bilər. Hətta İran hakimiyyətinin Haaqa Tribunalına verilmə ehtimalı da yaranır. Proses hansı istiqamətdə davam edə bilər?
Məsələ il bağlı açıqlama verən politoloq İlyas Hüseynov bildirib ki, BMT-nin İnsan Hüquqları Şurasında İrana qarşı qətnamənin qəbul ediləcəyi gözlənilirdi. Politoloq vurğulayıb ki, müzakirələrin hansı səpkidə olması əsas ehtimalları da gücləndirirdi: “İranın daxili ictimai-siyasi vəziyyətində böyük gərginlik müşahidə olunmaqdadır. Xüsusilə, insan hüquq və azadlıqları pozulur və rejim çox sərt, repressiv siyasət yürüdür. Bu baxımdan məhz BMT çərçivəsində insan haqlarının pozulmasına dair qətnamənin qəbulu mühüm bir addımdır. Eyni zamanda, İranda etnik azərbaycanlıların da hüquqları pozulur. Onların ana dilində oxumaq, yazmaq, təhsil almaq hüquqları məhdudlaşdırılır. Eləcə də, insanlar fundamental azadlıqlar və hüquqlardan da məhrumdurlar. Hətta uşaqlara türk kökənli adların belə qoyulması yasaqlanıb. Bu, onu deməyə əsas verir ki, İran hökuməti ciddi şəkildə assimilyasiya siyasətini davam etdirir. Eyni zamanda, təbii sərvətlərin talanması, Urmiya gölünün qurudulması da buna bir nümunədir”.
İ.Hüseynov adıçəkilən qətnamənin son dövrlər İranın daxildə baş verən proseslərlə də sıx bağlı olduğunu dilə gətirib. Onun sözlərinə görə, qətnamənin mühüm hissəsi İrandakı etirazların şiddətli şəkildə yatırılmağa çalışılması, etirazçılara qarşı silahdan istifadə edilməsi, atəş açılması hallarının geniş yayılmasına həsr edilib. “Bu qətnamə təsirli gücə malikdir. Lakin son dövrlər biz BMT-nin yalnız tövsiyə xarakterli təşkilat olduğunu görürük. Bununla belə istənilən halda BMT baş verən hüquq pozuntularına qarşı susqun durmamalı idi. Bir sözlə, İran ətrafında beynəlxalq vəziyyət getdikcə gərginləşir. Etirazlar artıq bütün ölkə boyunca yayılıb. Artıq bu etirazların qarşısını almaqda İran hökuməti çətinlik çəkir”, - deyə İ.Hüseynov əlavə edib.
PƏRVİZ
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29

