“Gender əsaslı zorakılıq və ayrı-seçkiliyə qarşı Debat Forumu” kampaniyası başa çatıb
15.12.2022 [14:12]
Avropa İttifaqının maliyyə dəstəyi, BMT-nin Əhali Fondu və BMT-nin Qadınlar Agentliyinin təşkilatçılığı ilə həyata keçirilən “Gender əsaslı zorakılıq və ayrı-seçkiliyə qarşı Debat Forumu” layihəsinə yekun vurulub.
Avropa İttifaqının, BMT-nin Əhali Fondunun, Əmək və Əhalinin Sosial Müdafiəsi, Gənclər və İdman və Elm və Təhsil nazirliklərinin, Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, kampaniyaya cəlb olunmuş təhsil müəssisələrinin və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə layihənin bağlanış mərasimi baş tutub.
Tədbirin rəsmi hissəsindən sonra layihənin gedişatını əks etdirən video-hesabat nümayiş etdirilib, “Qadınlara qarşı zorakılıq və ayrı-seçkiliyin aradan qaldırılmasında kişilərin töhfəsi əvəzedilməzdir” mövzusunda final debat oyunu təşkil olunub. Tədbirin sonunda debat forumunun fərqlənən iştirakçıları mükafatlandırılıb.
Kampaniya çərçivəsində noyabr-dekabr ayları ərzində Bakı, Gəncə, Mingəçevir, Şəki və Şirvan şəhərlərində yerləşən orta məktəb, internat məktəbi, kollec və universitetlərdə debat metodologiyası əsasında “Qadınlara qarşı zorakılıq və ayrı-seçkiliyin aradan qaldırılmasında kişilərin töhfəsi əvəzedilməzdir” mövzusunda 30-dan çox təlim və görüşlər, 5 debat turniri, 220 saat həcmində debatlar keçirilib. Təlim və debatlarda ölkənin 5 regionu üzrə ümumilikdə 1000-dən artıq 13-26 yaş aralığında olan yeniyetmə və gənc qız və oğlan iştirak edib.
Kampaniyanın məqsədi yeniyetmə və gənclərin debat metodologiyası vasitəsilə gender əsaslı zorakılıq və ayrı-seçkilik barədə maariflənməsini təmin etmək, natiqlik, özünüifadə, təhlil və araşdırma bacarıqlarını artırmaqla qeyd olunan mövzuların müzakirəsində fəal iştirakına şərait yaratmaqdan ibarət olub.
“Gender əsaslı zorakılıq və ayrı-seçkiliyə qarşı Debat Forumu” kampaniyası Avropa İttifaqının maliyyə dəstəyi ilə BMT-nin Əhali Fondu və BMT-nin Qadınlar Agentliyi tərəfindən birgə həyata keçirilən “Avropa İttifaqı Gender Bərabərliyi naminə: birlikdə gender stereotiplərinə və gender əsaslı zorakılığa qarşı” proqramı və BMT-nin Əhali Fondunun icra etdiyi “Cənubi Qafqazda gender əsaslı cins seçimi və digər zərərli təcrübələrin aradan qaldırılması” proqramı çərçivəsində həyata keçirilib. Kampaniya 25 noyabr – 10 dekabr tarixlərində həyata keçirilən qadınlara və qızlara qarşı zorakılıqla mübarizəyə həsr olunmuş 16 Günlük Fəallıq tədbirləri çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər və İdman Nazirliyi, Elm və Təhsil Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi tərəfindən icra edilib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

