Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Türkmənistanda 27 dərəcə şaxta qeydə alınıb

Türkmənistanda 27 dərəcə şaxta qeydə alınıb

16.01.2023 [11:47]

Türkmənistanın bəzi şəhərlərində rekord dərəcədə aşağı temperatur qeydə alınıb. Belə ki, Türkmənabadda 1894-cü ildən bəri bütün müşahidə tarixi ərzində minimal hərarət rekord dərəcəyə çatıb. Cümə günü, yanvarın 13-də termometr sütunları mənfi 25,4 dərəcəni göstərib.

Sərhədabadda gecə 27 dərəcədən aşağı şaxta olub. Hazırkı qış bu şəhərdə 1969 və 2008-ci illəri çıxmaq şərtilə havanın bütün müşahidə tarixi ərzində ikinci ən soyuq qışdır. Bundan əvvəlki ən soyuq hava – mənfi 33,8 dərəcə yalnız 1905-ci ildə müşahidə olunub.

Aşqabadda cümə günü minimal temperatur mənfi 16,4 dərəcə təşkil edib. Bu, paytaxt üçün rekord dərəcədə minimal temperaturdur.

Marı vilayətinin böyük hissəsi, Lebap vilayətinin cənub və mərkəzi rayonlarının bir hissəsi və Axalın cənub-şərqi də qeyri-səciyyəvi güclü şaxta zonasındadır.

Paylaş:
Baxılıb: 490 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Gündəm

MEDİA

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Sosial

Ədəbiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31