Dünyanı dəyişən 3 alma...
17.01.2023 [11:17]
Həvvanın alması, Nyutonun alması, Stiv Cobsun alması, yoxsa Nadir babanın alması?
Müşfiqə BAYRAMLI
Fikir vermisinizsə, bir çox mifoloji əsər və nağıllarda alma simvolik mənada işlədilir. İnsanın ağlına suallar gəlir: Niyə məhz alma? Axı bir alma dünyanı necə dəyişə bilər?
“Apple”ın qurucusu Stiv Cobsun fərziyyəsinə görə, dünyanı üç alma dəyişdi. Bunlar Adəmin qadağan olunmuş meyvəni (alma) yedikdən sonra cənnətdən qovulması, başına düşən alma sayəsində Nyutonun yerin cazibə qüvvəsini tapması, habelə “Apple” (alma) markasına məxsus kompüter və telefonların istifadəyə verilməsidir. Əslində, bu fərziyyə çox iddialı səslənsə də, PR üçün möhtəşəm tapıntı idi. Bəlkə də, Stiv yanılmırdı. Amma unutduğu bir məqam vardı. Nadir babanın alması... Bu mövzuya bir qədər sonra qayıdacağıq.
Nyutonun başına alma düşməyibmiş
Dini inanclara görə, Adəmlə Həvvanın cənnətdən qovulmasına səbəb kimi göstərilən alma əslində, iradənin, insan nəfsinin metaforası kimi ifadə edilməli deyilmi?
İddiaya görə, ingilis fiziki və riyaziyyatçısı İ.Nyuton evinin bağçasında oturarkən başına alma düşür və bununla da Nyuton cazibə nəzəriyyəsini inkişaf etdirir. Demək olar ki, bir çox yerli və xarici mənbələrdə həmin rəvayətə rast gəlmək mümkündür. Görəsən, bu, həqiqəti nə qədər əks etdirir? Nyuton bu mövzuya dair heç bir yazılı qeyd də saxlamayıb. Xülasə, almanın düşməsi Nyutonun cazibə nəzəriyyəsini inkişaf etdirmək üçün ilham mənbəyi ola bilərdi, amma almanın onun başına düşməsi hekayəsi mifdən başqa bir şey deyil.
Dünyanın ən bahalı alması
Ən nəhayət, sıra fərziyyəni ortaya çıxaran səbəbkara - Stiv Cobsa gəldi. Əvvəla, “Apple” necə quruldu? Bu suala cavab axtaraq. Əslində kompüter satmaq məqsədilə yaradılan şirkət gözləntiləri doğrulda bilməmişdi. Buna görə də iMac, iPod və iPhone ilə yollarına davam etmək qərarına gəlmişdilər. Bəli, Cobs yanılmamışdı. Onun 2007-ci ildə təqdim etdiyi ilk iPhone-dan sonra smartfon sənayesində inqilab baş verdi. Xüsusilə də loqonun alma şəklində olması insanlarda maraq doğurmuşdu. Beləliklə, bu loqo Stiv Cobsun meyvə bağından evinə qayıdarkən ağlına gəlmişdi. Cobsun da dediyi kimi, əsas məsələ ümumi rəsmi görə bilmək idi. İti zəkaya sahib olan Stiv dünyanın bugünkü rəsmini çox aydın görə bilirdi. Dünyada hər il milyonlarla insanın “Apple” məhsullarından istifadə etməsi bu fikri bir daha qüvvətləndirmiş oldu.
Nadir babanın almasından kim yeyərdisə, xoşbəxtlik tapardı
Qayıdaq Vətənimizə. Materialın əvvəlində qeyd etdiyimiz kimi, Nadir babanın almasına... Sizə “Alma almaya bənzər” filmindəki Nadir babanın almasından danışacağıq.
Rejissor Arif Babayev tərəfindən 1975-ci ildə ekranlaşdırılan lirik kinokomediya filmi bu gün də öz orijinallığı ilə seçilir. Filmi izləyərkən hər dəfə mistikasına qapılmamaq mümkün deyil. Dialoqlar, qəhrəmanların dilindən çıxan replikalar hələ də dillər əzbəridir.
Hər şey kəndin adı - Cənnətməkan və burada bitən alma ilə başlayırdı. Film qoca bağbanın yetişdirdiyi tumsuz almanın insanlara necə xoşbəxtlik gətirməsi haqqında idi. Bu alma onu yeyən hər kəsə xoşbəxtlik gətirir, bir növ, almalar onların həyatında möcüzə yaradırdı. Məsələn, onu yeyən sürücü Qurban Mədinəyə vurulur, müəllimə dəcəl uşaqlarla dostlaşır, kobud poçtalyon mehriban, telefonçu isə diqqətli olur, eləcə də yeddi qız atası Haşımın ailəsində nəhayət oğlan uşağı doğulur.
“Bu filmin mistikası nə idi axı?” sualına məhz müəllim ilə şagirdin dialoqunda cavab verilmişdi:
- Toxumsuz almalar olduğunu eşitmişdim, amma gözümlə görməmişdim.
- Ehh.
- Kərimov, başa düş. Bəxtimiz gətirdi. Biz bu möcüzəni gözümüzlə gördük.
Başqa bir səhnədə isə göstərilir ki, tumsuz alma bazara gələn kimi şişirdilmiş qiymət möcüzəli şəkildə əriyir, bazarda hər şey ədalətlə həll olunmağa başlayırdı.
Bazarın sahibi satıcıların birindən soruşur: “Manat yarımlıq almanı niyə 50 qəpiyə satırsan?” Satıcı cavab verir: “Özüm də bilmirəm bu nə möcüzədir, manat yarım demək istəyirəm, ağzımdan 50 qəpik çıxır”.
Mahiyyət etibarilə film insanları düzlüyə, bir-birinə hörmət etməyə çağırır, xoşbəxtliyin yalnız halal zəhmətdə olduğunu göstərirdi.
Hər nağılın sonunda deyildiyi kimi, göydən üç alma düşdü. Üçü də dünyanı dəyişdirənlərin...
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09

