25 milyon dollarlıq Virgin adaları...
18.01.2023 [11:09]
ABŞ bu torpaqlara yalnız 1946-cı ildə tam sahib ola bildi
XVIII əsrin sonunda bərqərar olan Amerika Birləşmiş Ştatları yarandığı dövrdən sonrakı 100 illiklərdə “təşkilatlanma” işinə fokuslandı. Belə ki, daxilindəki parçalanmalara son qoymaq, vətəndaş müharibəsini bitirmək, bütöv, monolit bir dövlət yaratmaq üçün amerikalılara düz 100 il lazım oldu. XIX əsr ABŞ-ın təkmilləşmə dövrü olmaqla yanaşı, həm də birləşmə dövrü sayılır. Məhz iki əsr öncə ABŞ bir sıra torpaqları güclə, bir sıra yerləri “yumşaq güc” - pulla ələ keçirərək öz dövlətinin sərhədlərini genişləndirdi. Buna misal, Alyaska, Luiziana və başqa ştatlardır. Bu genişlənmə XX əsrdə də davam etdi. Bu gün, yanvarın 18-i isə ABŞ tarixinə Virgin adalarının Danimarkadan alınması tarixi kimi düşüb...
Virgin sakinləri ABŞ prezidentini seçmək hüqüqundan məhrumdurlar
Virgin adaları, başqa sözlə ABŞ-ın Virgin Adaları Karib dənizindəki adalar qrupudur. Birləşmiş Ştatların qeyri-korporativ mütəşəkkil ərazisi sayılan Virgin adalarının sahəsi 346,36 kv. km, əhalisi isə son siyahıyaalmaya görə 110 minə yaxındır. Adalar qrupunun ən böyük üç adası isə Müqəddəs Tomas, Sent Con və Santa Kruz adalarıdır. ABŞ-ın Virgin adaları coğrafi cəhətdən Virgin adalarının bir hissəsidir - buraya Britaniya Krallığının da Virgin adaları daxildir. Hazırda ərazinin icraedici rəhbəri ümumxalq səsverməsi ilə 4 il müddətinə seçilən qubernatordur. Ərazinin Senatı da ümumi səsvermə yolu ilə - 15 üzvdən ibarət olmaqla iki il müddətinə seçilir. Bundan əlavə, ərazinin sakinləri səsvermədə ABŞ Nümayəndələr Palatasının bir üzvünü seçirlər. Ərazi sakinləri ABŞ-ın prezident seçkilərində iştirak etmək hüququna malik deyillər, Lakin Demokrat və Respublikaçılar partiyalarından prezidentliyə namizədlərin ilkin seçki marafonunda - praymerizlərində iştirak edə bilərlər.
Ərazinin iqtisadiyyatı isə turizmə əsaslanır - ÜDM-in və işçilərin əməkhaqqlarının 80 faizi məhz turizm sahəsindən gələn gəlirlə tənzimlənir. Adaları hər il iki milyondan çox turist ziyarət edir. Sənayedə isə neft emalı liderlik edir. Belə ki, dünyanın ən böyük neft emalı zavodlarından biri Santa Kruz adasında yerləşir. Həmçinin rom, tekstil, əczaçılıq məhsullarının istehsalı, elektron cihazların və saatların yığılması kimi sahələr Virgin adaları üçün spesifik sahələr sayılır. Adalar qrupunda kənd təsərrüfatı zəif inkişaf edib, ərzaq məhsullarının çoxu xaricdən gətirilir. Şəkər qamışı, sitrus meyvələri və tərəvəzlər becərilir.
İllik büdcənin yarısı qiymətinə 3 ada...
Adaların tarixinə gəldikdə isə, Virgin adalarının ilk sakinləri Sibonlar, Kariblər və Aravaklar idi. 1493-cü ildə adalar Xristafor Kolumb tərəfindən kəşf edilib və onlara müasir adlar verilib. 1625-ci ildə ingilis və fransız kolonistləri kənd təsərrüfatı ilə məşğul olmaq üçün adalarda məskunlaşdılar. Sonrakı dövrdə adalar qrupu ardıcıl olaraq Böyük Britaniya, İspaniya, Fransa və Malta Ordeninə məxsus idi.
1666-cı ildə Danimarka Müqəddəs Tomas adasını ələ keçirdi. Ardından isə tezliklə Müqəddəs Con adası da skandinavların oldu. 1733-cü ildə Danimarka Santa Kruz adasını Fransadan satın aldı. Danimarkalılar Müqəddəs Tomas adasında plantasiya təsərrüfatı qurmağa çalışsalar da, torpağın münbitliyinin aşağı olması səbəbindən bu ideya uğursuzluqla nəticələndi. Tezliklə ada rom və qul ticarətinin mərkəzlərindən birinə çevrildi. Eyni zamanda, Müqəddəs Tomas limanı dəniz quldurlarının bazasına çevrilmişdi.
Fransızlardan satın alınan Santa Kruz adasının isə daha münbit torpaqları var idi. Danimarkaya keçdikdən sonra burada 200-ə yaxın şəkər qamışı plantasiyası yaradıldı. 1848-ci il qullar üsyanı Danimarka Vest-Hind adalarının baş qubernatoru Peter fon Şolten tərəfindən Emansipasiya Aktının elan edilməsinə səbəb oldu. Ancaq sonradan qulların yalnız 20 faizi azadlıq əldə edə bildi. Qalanları çətin şəraitdə plantasiyalarda işləməyə davam etdilər.
20-ci əsrin əvvəllərində isə Santa Kruzda şəkər istehsalı azaldı və Birinci Dünya müharibəsinin çətinlikləri qarşısında Danimarka Krallığı da maliyyə cəhətdən çətin bir vəziyyətlə üz-üzə qaldı. Belə olan halda isə Virgin adalarının satılması ideyası ortaya çıxdı. Müştəri hazır idi - ABŞ yeni əsrdə də torpaqlarını genişləndirmə hədəfindən əl çəkməmişdi. 1917-ci ilin 18 yanvarında Virgin adaları ABŞ-a satıldı. Bütün rəsmiləşdirmələr həmin ilin 31 martında tamamlansa da, proses 1946-cı ilə qədər davam etdi. Adalar ABŞ-a 25.000.000 dollara (87 milyon Danimarka kronu) satıldı ki, bu da Danimarka krallığının illik büdcəsinin yarısına bərabər idi. Sonrakı mərhələdə isə bir çox avropalı mülklərini tərk edərək Danimarkaya getdi. Adaların qalan sakinlərinə 1927-ci ildə ABŞ vətəndaşlığı verildi.
25 milyon dollara Danimarkadan alınan Virgin adaları 1946-cı ilə qədər Danimarka hökumətinin imtina etməməsi səbəbilə ABŞ-ın tam nəzarətinə girə bilmirdi. 1946-cı ildə, 3-cü cəhd təkiddən sonra Danimarka hökuməti məcburi razılaşmaya gətirildi-ərazi ABŞ-ın tərkibinə qatılmış oldu.
SADİQ
Xəbər lenti
Hamısına baxDünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22

