/ / Ağalar Vəliyev: Bugünkü hadisə molla rejiminin Azərbaycana dekonstruktiv münasibətinin daha bir bariz nümunəsidir
Ağalar Vəliyev: Bugünkü hadisə molla rejiminin Azərbaycana dekonstruktiv münasibətinin daha bir bariz nümunəsidir
27.01.2023 [18:21]
Bu gün Tehranda Azərbaycan səfirliyinə hücum İranın son dövrlər Azərbaycana qarşı nümayiş etdirdiyi dekonstruktiv münasibətin davamı kimi qiymətləndirilməlidir. Bu hadisə molla rejiminin Ermənistana hərtərəfli dəstək verməsinin, Azərbaycan xalqına və dövlətinə nifrət bəsləməsinin daha bir bariz nümunəsidir.
Bu fikirləri KİV-lərə açıqlamasında Milli Məclisin deputatı Ağalar Vəliyev söyləyib.
Deputat qeyd edib ki, İran daim terrora dəstək verən ölkə kimi tanınıb və bu gün də belədir. İran hakimiyyəti isə terrorçuluğun qarşısının alınması üçün heç bir konkret addım atmır. Azərbaycan səfirliyinə edilən silahlı basqın isə əvvəlcədən məqsədli şəkildə planlaşdırılmışdı. Molla rejimi ölkəmizə qarşı bu hücumun qarşısını almaqdan ötrü əvvəlcədən tədbir görməli idi. Çünki bu ölkədə Azərbaycana qarşı təhdidlər son dövrlər daha da artmışdı və bu, hətta dövlət səviyyəsində həyata keçirilirdi, nə vaxtsa belə bir hadisənin baş verəcəyini güman etmək olardı. İran mətbuatının anti-Azərbaycan təbliğatı, sərhədlərimizdəhərbi təlimlərin keçirilməsi, son olaraq bu gün törədilən terror aktı molla rejiminin Azərbaycan dövlətinə və xalqına bəslədiyi düşmənçilik hissindən qaynaqlanır.
A.Vəliyev bildirib ki, baş verən hadisəyə görə bütün məsuliyyət Tehran hakimiyyətinin üzərinə düşür. Çünki Vyana Konvensiyasına əsasən, hər bir dövlət öz ərazisində yerləşən diplomatik nümayəndəliklərintəhlükəsizliyini təmin etməlidir. Görünən odur ki, Azərbaycana olan münasibət İran hökumətinin bu məsələyə laqeyd yanaşmasına gətirib çıxardı. İndi isə baş vermiş cinayət obyektiv araşdırılmalı, terror aktını planlaşdıran, həyata keçirən qüvvələr tam müəyyənləşdirilərək məsuliyyətə cəlb edilməlidir.
“Diplomatik nümayəndəliyimizə qarşı həyata keçirilən bu xain hücumu qətiyyətlə pisləyir və bildirirəm ki, belə mənfur əməllər dövlətimizi tutduğu doğru yoldan döndərə, ədalətli mübarizəsindən çəkindirə bilməyəcək”, - deyə Milli Məclisin deputatı vurğulayıb.
Xəbər lenti
Hamısına baxGündəm
14 İyul 10:50
Siyasət
14 İyul 10:35
İqtisadiyyat
14 İyul 10:32
Gündəm
14 İyul 10:15
Analitik
14 İyul 10:11
Gündəm
14 İyul 10:08
MEDİA
14 İyul 10:07
Ədəbiyyat
14 İyul 09:56
Siyasət
14 İyul 09:56
Turizm
14 İyul 09:43
Maraqlı
14 İyul 09:38
Ədəbiyyat
14 İyul 09:34
Dünya
14 İyul 09:23
Dünya
14 İyul 08:47
Dünya
14 İyul 08:12
Dünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Siyasət
13 İyul 21:39
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:58
Gündəm
13 İyul 19:55
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20

