Vardanyan gəldiyi yerə getdi...
08.02.2023 [10:17]
Bundan sonra baş verəcək proseslər böyük maraq doğuracaq
Azərbaycanın Qarabağ iqtisadi bölgəsində, özünü Xankəndidəki qanunsuz rejimin “dövlət naziri” kimi təqdim edən rusiyalı milyader Ruben Vardanyan Moskvaya qaçıb. “Caliber”in bununa bağlı yaydığı məlumatda bildirilir ki, Vardanyan Moskvaya adi qaydada getməyib, o, Rusiya paytaxtına məhz qaçıb. İnformasiyaya əsasən, onu Rusiya hərbçilərinin təkrar emal üçün təhvil verilmiş tərli ayaq dolabları, “ətirli” alt paltarları və çirkli geyimləri ilə birlikdə sülhməramlılara məxsus yük maşınının kuzovunda Ermənistana aparıblar.
Bildirilib ki, Vardanyanın yalnız sülhməramlılara məlum olan bir növ xüsusi fetişi var. Onu Moskvaya köçürdülər, sonra Qarabağa atıblar. Beləliklə, “Vardanyan layihəsi”ni rəsmi olaraq uğursuz hesab etmək olar. Bütün bunlar ilk növbədə Azərbaycan xalqının, şəxsən Ali Baş Komandanın dəmir iradəsi sayəsində reallaşdı. Əgər Ruben Vardanyan Qarabağa başqa formada qayıtmaq qərarına gəlsə, o zaman bu, Bakı tərəfindən ordumuzun müvafiq ildırımsürətli hərəkətləri ilə qarşılanacaq.
Məsələ ilə bağlı fikirlərini “Yeni Azərbaycan”a bölüşən politoloq İlyas Hüseynov bildirib ki, Ruben Vardanyanın Rusiyaya gedişi də ilk növbədə qeyri-qanuni yollarla baş verib. Çünki Vardanyan Rusiya vətəndaşlığından imtina edib. Bununla bağlı da geniş müzakirələr keçirilmişdi: “Onun Rusiyaya bağlılığı vətəndaşlıqdan imtina yolu ilə inkar olunurdu. Burada müxtəlif mülahizələr irəli sürülür. Vardanyanın Rusiya planı olması ilə bağlı çox ciddi iddialar var və düşünürəm ki, o, birbaşa olaraq Kremldə olan qüvvələrə bağlıdır. Bu “səfərin” özü başdan-başa qeyri-qanuni xarakter daşıyır. Eyni zamanda, bundan sonra baş verəcək proseslər də böyük maraq doğuracaq. Onun Xankəndidən hansı yollarla çıxması da ciddi müzakirə mövzusudur. Yayılan məlumatlara görə, o, sülhməramlıların təminat yük maşınında bölgəni tərk edib. Regionda sabitliyə zərər gətirən, təhlükəsizliyə zərbə vuran şəxsin bu bölgəni tərk etməsinə yardımçı olmaq məsələsi də bir qədər müəmmalıdır. Digər tərəfdən, Rusiyanın Cənubi Qafqazda özəl maraqları var. Bu maraqların təmin olunmasında Vardanyan “xidmətlərini” təklif edir və bu planla da razılaşıb. İlin əvvəlindən Rusiyanın region ilə bağlı çox ciddi vasitəçilik təşəbbüslərinin şahidi oluruq. Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında təmasların qurulması, eləcə də Prezident Putinlə Paşinyan arasında telefon danışığının həyata keçirilməsi Rusiyanın vasitəçilik estafetini öz əlinə alması kimi izah olunur”, - deyə İ.Hüseynov bildirib.
Pərviz
Xəbər lenti
Hamısına baxSiyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31

