Azərbaycan öz tələblərində haqlıdır
11.02.2023 [11:01]
Ceyhun Bayramov Laçın yolunda etiraz aksiyasının legitim olduğunu Karen Donfridin diqqətinə çatdırıb
N.BAYRAMLI
Cənubi Qafqaz regionunda sülh və təhlükəsizliyin təmin olunması, o cümlədən Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması məsələsi beynəlxalq birliyin diqqət mərkəzindədir. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid arasında son telefon danışığında da bu mövzu diqqət mərkəzində olub. Belə ki, Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, fevralın 9-da xarici işlər naziri Ceyhun Bayramovla Amerika Birləşmiş Ştatları Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid arasında telefon danışığı zamanı tərəflər iki ölkə arasında ikitərəfli münasibətlərin cari gündəliyi, regionda vəziyyət və Azərbaycanla Ermənistan arasında sülh prosesi barədə ətraflı müzakirə aparıblar.
Ceyhun Bayramov Laçın yolunda etiraz aksiyasının legitim olduğunu və aksiyanı həyata keçirən şəxslərin tələblərinin yerinə yetirilməsinin zəruri olduğunu vurğulayıb. Bölgədə guya “blokada” və “çətin humanitar vəziyyət” barədə heç bir dəlilin olmadığı barədə faktlar diqqətə çatdırılıb. Azərbaycanın bölgədə sülh və sabitliyin təmin edilməsi istiqamətində təkliflərinə baxmayaraq, Ermənistan tərəfindən sülh sazişi üzrə danışıqlara törədilən maneələr, silahlı qüvvələrini Azərbaycan ərazisindən tam çıxarması, hərbi təxribatları və qeyri-qanuni iqtisadi fəaliyyəti davam etdirməməsi kimi öhdəliklərin kobud şəkildə pozulduğu bir daha xatırlanıb. Nazir Ermənistanın sülh sazişi üzrə danışıqlar prosesi ilə bağlı manipulyasiyalara yol vermək və təxribatçı bəyanatlar səsləndirmək əvəzinə, qısa müddətdə danışıqlar masası arxasında əyləşməsinin vacib olduğunu bildirib.
Tərəflər telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Ümumiyyətlə, son zamanlar ABŞ Cənubi Qafqaz siyasətində fəallığını artırıb. K.Donfridin mütəmadi olaraq regionda təmasları davam etdirməsi ABŞ-ın regionla bağlı mövqeyinin göstəricisidir. Məsələ ilə bağlı qəzetimizə açıqlama verən Milli Məclisin deputatı Kamran Bayramov bildirib ki, Azərbaycan beynəlxalq aləmdə sülhsevər, regionda təhlükəsizlik və əməkdaşlığa önəm verən bir ölkə kimi tanınır. Bu baxımdan, ABŞ rəsmilərinin Azərbaycanla təmaslarını artırması regionda sülhün təmin olunması baxımından əhəmiyyətlidir. Onun sözlərinə görə, ABŞ Cənubi Qafqazda sülh və əməkdaşlıq mühitini dəstəklədiyini dəfələrlə bəyan edib: “Karen Donfridlə Ceyhun Bayramovun telefon danışığı da deməyə əsas verir ki, ABŞ Cənubi Qafqaz regionunu sülh və əməkdaşlıq məkanı kimi görmək istəyir. Xatirinizdədirsə, ABŞ Dövlət katibinin köməkçisi K.Donfridin regiona son səfəri zamanı verdiyi açıqlamalarda nəqliyyat əlaqələrinin açılmasına da dəstək ifadə edilirdi. O, Zəngəzur dəhlizinin açılmasının əhəmiyyətini vurğulamışdı. Bu dəhlizin reallaşması həqiqətən də, nəinki region ölkələri, o cümlədən geniş ticarət əlaqələrinə malik olan qərb ölkələri ilə Asiya dövlətləri üçün də tamamilə sərfəlidir”.
Həmsöhbətimiz deyib ki, budəfəki telefon danışığında Laçın dəhlizi ilə bağlı məsələ xüsusi diqqət mərkəzində olub. Çünki Ermənistan və dünyadakı erməni lobbisi Laçın yolu ilə bağlı mövcud vəziyyəti təhrif edir, guya Qarabağda yaşayan ermənilərin blokadaya alındığını iddia edirlər. Burada məqsəd Azərbaycan haqqında beynəlxaql ictimaiyyətdə mənfi rəy yaratmaqdır. Amma Azərbaycan öz mövqeyində haqlıdır və bunu bütün dünyaya bəyan edir. Ermənistan və Qarabağ separatçılarının təbii sərvətlərimizin qanunsuz istismarına son qoyulmalıdır. Bu baxımdan, ekofəalların Laçın-Xankəndi yolunda keçirdiyi dinc etiraz aksiyası tamamilə düzgündür. Beynəlxalq birlik, o cümlədən ABŞ bu məsələdə obyektiv yanaşma sərgiləməlidir. Təəssüf ki, biz bəzi beynəlxaql təşkilatların və ölkələrin erməni lobbisinin təsiri ilə qeyri-obyektiv yanaşmalar sərgilədiyini görürük. Amma bütün bunlar ölkəmizi haqlı mövqeyindən çəkindirə bilməz.
Millət vəkili qeyd edib ki, qanunsuz erməni silahlı birləşmələrin Qarabağ ərazisindən tam çıxarılması da Azərbaycanın tələbləri sırasındadır: “Bu, o deməkdir ki, 10 noyabr razılaşmalarının tam yerinə yetirilməsində dövlətimiz prinsipiallıq nümayiş etdirir. ABŞ-ın regionda sülh və əməkdaşlığın təmin olunması üçün Ermənistana təsir etmək imkanları var. Birləşmiş Ştatlar rəsmi İrəvana sülh sazişini imzalamaq, razılaşmaları yerinə yetirmək üçün təzyiqlər edə bilər. Çünki regionda baş verən proseslər hər zaman ABŞ-ın diqqətindədir. Əgər rəsmi Vaşinqton bu regionda tezliklə sülh və əməkdaşlıq mühitinin yaradılmasını istəyirsə, Ermənistana təsir imkanlarından istifadə etməlidir”.
Xəbər lenti
Hamısına baxSosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Gündəm
18 May 13:07
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57

