Milli soyadları ilə imza atmaq qadağan idi...
15.02.2023 [10:13]
Heydər Əliyev əsrinin 23-cü ili
“Mən sizi Heydər Əliyevin tapşırığı ilə yığmışam. Onun dediklərini sizə çatdırmaq istəyirəm. O, sizə qayğı göstərməyi və problemlərinizi həll etməyi mənə tapşırıb. Sizin haqqınızda “Yaxşı uşaqlardır” dedi
...Başa düşürdük ki, yeni ab-hava yeni ədəbi təfəkkür, düşüncə tərzi, yeni üslub və yanaşma tələb edir”
“70-ci illərin sonunda Bərdədə Heydər Əliyevin iştirakı ilə zona müşavirəsi keçirilirdi. Yazıçılar İttifaqından da başda birinci katib İmran Qasımov olmaqla, bir dəstə rayona yollandı. Mən də onların arasında idim.
Hər yerdə qayda-qanun, işgüzar ab-hava, səliqə-sahman duyulurdu. Heydər Əliyev o qədər qayğının içində bizi də yaddan çıxarmırdı. Günün axırında o, Bərdə rayon partiya komitəsinin birinci katibinə müraciətlə dedi:
- Səfərəliyev, yazıçılarla özün məşğul ol!
Hazırda yaşları 60-ı ötmüş və Azərbaycanın ədəbi ictimaiyyətində layiqli yer tutmuş həmkarlarımın çoxusu ürəklərində o günlərin xoş xatirələrini yaşadırlar.
- İmran müəllim, məni gənc yazıçılarla tanış elə!
Kimin yadından çıxıbsa, bu o vaxtlar idi ki, qeyri-rəsmi də olsa, əsərlərin altında milli soyadları və ya ləqəblərlə imza atmaq qadağan olunmuşdu. Partiya senzorları altında “oğlu”, “xanlı”, “lı-li” ilə bitən soyadları olan şeiri və ya hekayəni çapa buraxmamağa çalışırdılar.
Aramızdan biri durub özünü təqdim etdi:
- Nüsrət Kəsəmənli.
Onu da deyim ki, qabaqcadan hazırlanmamış həmin görüşdə başqa respublikalardan olan qonaqlar, jurnalistlər, televiziya işçiləri də iştirak edirdilər. Onlar gözlərini maraqla Nüsrətə dikmişdilər. Bir neçə dəqiqəlik sükutdan sonra Heydər Əliyev şairin soyadını təkrarladı:
-Deməli, Kəsəmənli... Kəsəmənli nə deməkdir?
- Kəndimizin adıdır.
- Yaxşı, Kəsəmənli...
Biz bir sırada oturmuşduq. Ondan sonra Sabir Rüstəmxanlı ayağa qalxdı.
- Sabir Rüstəmxanlı!
Heydər Əliyev onun da soyadını təkrar etdi.
- Deməli, Rüstəmxanlı.
Görüşdə bizim milli soyadlarını və ya ləqəbləri qanuniləşdirmək cəhdlərimizə var qüvvələri ilə müqavimət göstərən partiya kahinləri də iştirak edirdi. Çoxlarını üzdən tanıyırdıq. Hiss olunurdu ki, baş verənlər onların ürəyincədir. Onlar açıq-aşkar gözləyirdilər ki, birinci katib bu azadfikirliliyə son qoyacaq və yazıçılara mətbuatda bu cür soyadlarından istifadə etməmək barədə xəbərdarlıq edəcək. Hamı gərginliklə qulaqburması gözləyirdi.
- Siyavuş Sərxanlı.
Heydər Əliyev gülümsündü:
- Belə. Sərxanlı - xanlı!
Mənim də növbəm çatdı:
- Mövlud Süleymanlı.
- Sağ ol. Əyləş!
***
Bu səfərdən bir qədər keçəndən sonra İmran Qasımov bizi öz kabinetinə yığdı.
- Mən sizi Heydər Əliyevin tapşırığı ilə yığmışam. Onun dediklərini sizə çatdırmaq istəyirəm. O, sizə qayğı göstərməyi və problemlərinizi həll etməyi mənə tapşırıb. Sizin haqqınızda “Yaxşı uşaqlardır” dedi.
Həqiqətən də, o dövrdə gənc, istedadlı şair və yazıçıların çoxusu öz məişət problemlərini həll etdilər: kiməsə mənzil, kiməsə maşın verildi, bəzilərini də işlə təmin etdilər. Təkcə yaradıcılıqla məşğul olmaq qalırdı...
Biz böyük ruh yüksəkliyi və məmnunluq hissi ilə yazıb-yaradırdıq. Həm də başa düşürdük ki, yeni ab-hava yeni ədəbi təfəkkür, düşüncə tərzi, yeni üslub və yanaşma tələb edir”.
Xalq yazıçısı Elmira Axundovanın “Şəxsiyyət və zaman” kitabından Mövlud Süleymanlının xatirələri...
Xəbər lenti
Hamısına baxDünya
14 İyul 19:58
Maraqlı
14 İyul 19:22
Dünya
14 İyul 19:09
Dünya
14 İyul 18:26
Sosial
14 İyul 18:12
Dünya
14 İyul 17:33
Dünya
14 İyul 17:19
Dünya
14 İyul 16:57
Dünya
14 İyul 16:19
Dünya
14 İyul 15:31
Gündəm
14 İyul 14:58
İqtisadiyyat
14 İyul 14:41
Sosial
14 İyul 14:40
Sosial
14 İyul 14:40
Elm
14 İyul 14:37
YAP xəbərləri
14 İyul 14:31
YAP xəbərləri
14 İyul 14:28
YAP xəbərləri
14 İyul 14:24
Dünya
14 İyul 14:20
Gündəm
14 İyul 14:18
Dünya
14 İyul 13:53
Dünya
14 İyul 13:47
Dünya
14 İyul 13:25
Dünya
14 İyul 12:38
Gündəm
14 İyul 12:26
Siyasət
14 İyul 12:17
Sosial
14 İyul 12:17
Siyasət
14 İyul 12:12
Dünya
14 İyul 12:10
Gündəm
14 İyul 11:56
Elm
14 İyul 11:38
İqtisadiyyat
14 İyul 11:37
Dünya
14 İyul 11:24
YAP xəbərləri
14 İyul 11:18
Sosial
14 İyul 11:15
Siyasət
14 İyul 11:10
Gündəm
14 İyul 11:06
Gündəm
14 İyul 11:01
Gündəm
14 İyul 10:50
Siyasət
14 İyul 10:35
İqtisadiyyat
14 İyul 10:32
Gündəm
14 İyul 10:15
Analitik
14 İyul 10:11
Gündəm
14 İyul 10:08
MEDİA
14 İyul 10:07
Ədəbiyyat
14 İyul 09:56
Siyasət
14 İyul 09:56
Turizm
14 İyul 09:43
Maraqlı
14 İyul 09:38
Ədəbiyyat
14 İyul 09:34
Dünya
14 İyul 09:23
Dünya
14 İyul 08:47
Dünya
14 İyul 08:12
Dünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Siyasət
13 İyul 21:39
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:58
Gündəm
13 İyul 19:55
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10

