Zəlzələ sonrası...
15.02.2023 [11:22]
Hansı xəstəliklər yarana bilər?
MÜŞFİQƏ
Mütəxəssislər zəlzələ kimi böyük fəlakətdən sonra bölgə sakinlərinin yoluxucu xəstəliklərə yoluxma təhlükəsinin yüksək olduğunu deyirlər. Belə ki, gigiyena qaydalarına əməl edilməməsi, eləcə də xəstə insanlarla yaxın təmas qurulması virusun yayılması üçün əsas risk faktorlarıdır. Risk qrupuna isə yaşı 65-dən yuxarı olanlar, yanaşı xroniki xəstəliklərdən əziyyət çəkənlər, uşaqlar, immuniteti zəif olan insanlar daxildir. Bu baxımdan yaralılara erkən və təcili müdaxilələrlə yanaşı, baş verə biləcək infeksiyalar və hətta epidemiyalar üçün də tədbirlər görülməlidir. Çünki zəlzələdən sağ çıxanların üzləşdiyi ağır şərtlər bölgədə COVİD, vəba, dizenteriya və hətta qızdırma kimi epidemiyalara səbəb ola bilər. Ev heyvanlarının küçədə qaldığını nəzərə alsaq, vəziyyət heç də ürəkaçıcı deyil.
Dünya təcrübəsində dəfələrlə bu kimi hallara rast gəlinib. Məsələn, İranda 2003-cü ildə Bam zəlzələsi nəticəsində evlərini tərk etmiş 75.586 əhalinin 14 faizində yuxarı tənəffüs yolları infeksiyası müşahidə olunmuşdu. Habelə 2005-ci ildə Pakistanda baş verən 7,6 bal gücündə zəlzələdən sonra ishal halları 42 faiz artdı. 2010-cu ildə Haiti zəlzələsindən sonra 10 min insan vəba xəstəliyindən ölmüşdü. Bundan başqa, 2011-ci ildə Yaponiyada baş verən 9 bal gücündə zəlzələdən sonra qrip və norovirus epidemiyaları aşkar edilmişdi.
Xəstəliyin qarşısının alınmasında risk qrupuna daxil olan əhalinin həyat şəraitinin yaxşılaşdırılması və əhalinin maarifləndirilməsi mühüm əhəmiyyət kəsb edir.
Yoluxucu xəstəliyin yükünü minimuma endirmək üçün təcili və adekvat profilaktika və nəzarət tədbirləri, eləcə də müvafiq hallarda idarəetmə və nəzarət sistemləri vacibdir. Zərərçəkmişlərin yaşayış yerləri diqqətlə planlaşdırılmalıdır. Mövcud beynəlxalq qaydalara əsasən, 1 nəfərə 3,5 m2 sığınacaq sahəsi verilməlidir. Bir sözlə, əhalinin sağlamlığını qorumaq üçün müvafiq sanitariya, tullantıların utilizasiyası, qida gigiyenası və həşərat-gəmiricilərin qarşısının alınması tədbirləri görülməlidir. Təbii fəlakət baş vermiş bölgələrə səfər edən şəxslər isə mütləq həkim müayinəsindən keçməli, bol vitaminli qida rasionu ilə təmin edilməli və onlara infeksiya əleyhinə iynələr vurulmalıdır.
Xəbər lenti
Hamısına baxİdman
15 İyul 08:46
Dünya
14 İyul 23:29
Dünya
14 İyul 23:10
Dünya
14 İyul 22:45
YAP xəbərləri
14 İyul 22:23
YAP xəbərləri
14 İyul 22:19
Dünya
14 İyul 22:19
Sosial
14 İyul 21:50
İqtisadiyyat
14 İyul 21:24
İqtisadiyyat
14 İyul 21:10
YAP xəbərləri
14 İyul 20:48
Dünya
14 İyul 20:43
Gündəm
14 İyul 20:33
Dünya
14 İyul 20:32
Müsahibə
14 İyul 20:18
Dünya
14 İyul 19:58
Maraqlı
14 İyul 19:22
Dünya
14 İyul 19:09
Dünya
14 İyul 18:26
Sosial
14 İyul 18:12
Dünya
14 İyul 17:33
Dünya
14 İyul 17:19
Dünya
14 İyul 16:57
Dünya
14 İyul 16:19
Dünya
14 İyul 15:31
Gündəm
14 İyul 14:58
İqtisadiyyat
14 İyul 14:41
Sosial
14 İyul 14:40
Sosial
14 İyul 14:40
Elm
14 İyul 14:37
YAP xəbərləri
14 İyul 14:31
YAP xəbərləri
14 İyul 14:28
YAP xəbərləri
14 İyul 14:24
Dünya
14 İyul 14:20
Gündəm
14 İyul 14:18
Dünya
14 İyul 13:53
Dünya
14 İyul 13:47
Dünya
14 İyul 13:25
Dünya
14 İyul 12:38
Gündəm
14 İyul 12:26
Siyasət
14 İyul 12:17
Sosial
14 İyul 12:17
Siyasət
14 İyul 12:12
Dünya
14 İyul 12:10
Gündəm
14 İyul 11:56
Elm
14 İyul 11:38
İqtisadiyyat
14 İyul 11:37
Dünya
14 İyul 11:24
YAP xəbərləri
14 İyul 11:18
Sosial
14 İyul 11:15
Siyasət
14 İyul 11:10
Gündəm
14 İyul 11:06
Gündəm
14 İyul 11:01
Gündəm
14 İyul 10:50
Siyasət
14 İyul 10:35
İqtisadiyyat
14 İyul 10:32
Gündəm
14 İyul 10:15
Analitik
14 İyul 10:11
Gündəm
14 İyul 10:08
MEDİA
14 İyul 10:07
Ədəbiyyat
14 İyul 09:56
Siyasət
14 İyul 09:56
Turizm
14 İyul 09:43
Maraqlı
14 İyul 09:38
Ədəbiyyat
14 İyul 09:34
Dünya
14 İyul 09:23
Dünya
14 İyul 08:47
Dünya
14 İyul 08:12
Dünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38

