Şəhid ailələrinə və qazilərə 13 mindən çox mənzil!
04.01.2023 [10:53]
Ölkəmiz dünyaya nümunə göstərir
Sosial dövlət olan Azərbaycanda şəhid ailələrinə və qazilərə hərtərəfli qayğı göstərilir. Bu günlərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən növbəti kollegiya iclasında nazir Sahil Babayev ölkəmizdə Prezident İlham Əliyevin tapşırığına əsasən şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərlə bağlı geniş miqyaslı sosial dəstək tədbirlərinin həyata keçirildiyini, bu tədbirlərin əhatə dairəsinin yeni layihələrlə getdikcə genişlənməkdə olduğunu bildirib.
Mənzillə təminat proqramı
Azərbaycanın şəhid ailələrinə və qazilərə qayğı siyasətinin mühüm bir istiqamətini onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması təşkil edir. Dünyada hansısa bir səbəbdən müharibəyə cəlb olunan ölkələrin sayı çoxdur. Ancaq onların heç də hamısında döyüşlərdə həlak olanların ailələrinə və yaxud əlillik qazanan hərbçlərə dövlət tərəfindən inşa olunan mənzillər verilmir. Götürək elə məğlub Ermənistanı. Bu ölkədə bəlli kateqoriyadan olan insanların mənzil-məişət şəraitinin yaxşılaşdırılması yada da düşmür, onlara Prezident İlham Əliyevin təbirincə desək, heç daxma da verilmir. Respublikamız isə dünya üzrə müharibədə həlak olan hərbçlərin ailələrini və qaziləri dövlət vəsaiti ilə tikilən mənzillərlə təmin edən azsaylı ölkələr sırasında yer alır. Ölkəmizdə şəhid ailələrinin və müharibə əlillərinin mənzillərlə təmin olunması proqramı uğurla həyata keçirilir. Xatırladaq ki, Prezident İlham Əliyev 25 yanvar 2021-ci il tarixində “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncam imzalayıb. Bu sənəd 2020-ci ildə Ordumuzun həyata keçirdiyi hərbi əməliyyatlar zamanı şəhidlik zirvəsinə yüksələn hərbçlərimizin ailələrinin və bu müharibə ilə əlaqədar əlilliyi müəyyən edilən şəxslərin mənzil və ya fərdi evlərlə təminatını nəzərdə tutur.
Müvafiq proqrama uyğun olaraq ölkəmizdə 2025-ci ilədək 11 min şəhid ailəsinin və qazinin mənzillərlə təmin edilməsi planlaşdırılır. Bu proqramın əhatə dairəsi getdikcə genişlənir. Prezident İlham Əliyevin 25 avqust 2021-ci il tarixdə imzaladığı növbəti Sərəncama əsasən Vətən müharibəsi Qəhrəmanlarına və onlardan şəhid olanların ailələrinə də mənzillər verilir.
Bu il daha 1500 mənzil veriləcək
Müzəffər Ordumuzun şanlı Zəfəri ilə başa çatan Vətən müharibəsindən sonra ölkəmizdə bəlli kateqoriyadan olan insanların mənzillə təminatı proqramı beş dəfə genişlənib. Onlara postmüharibə dövründə 4500, keçən il 1500, ümumilikdə ötən dövrdə 13 mindən çox mənzil və fərdi ev təqdim edilib. Dövlət başçısının göstərişinə əsasən bu il də şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə azı 1500 mənzil və fərdi evin verilməsi təmin olunacaq. Yaxın günlərdə həmin mənzil və fərdi evlərin verilməsinə başlanılacaq.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən, həmçinin ms.sosial.gov.az portalı üzərindən onlayn satışı həyata keçirilən 1662 mənzildən artıq bir hissəsi onları ilk bron etmiş şəxslərə satılıb. Hazırda portal üzərindən mənzillərin bron edilməsi və bron etmiş şəxslərə mənzillərin satışı davam edir. Bu satışdan əldə olunan vəsait də bölgələrdə şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatına sərf olunacaq. Bəhs olunan mənzillərin bron edilməsinin və satışının elektron tətbiqlər üzərindən həyata keçirilməsi sayəsində vətəndaş-məmur təmasları aradan qalxıb və prosesin tam şəffaf şəkildə həyata keçirilməsi təmin olunur.
Respublikamızda gözəl ənənə formalaşıb. Belə ki, şəhid ailələrinə və qazilərə yeni mənzillərin təqdim olunması mərasimlərinə bir qayda olaraq Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da qatılırlar. Belə tədbirlər səmimilik şəraitində keçir. Şəhid ailələrinin üzvləri və qazilər yeni mənzillərinin ilk qonaqlarını qarşlamağın sevincini yaşayırlar. Dövlət başçısının və birinci xanımın çay süfrəsi arxasında onların sevincini bölüşmələri şəhid ailələrinin üzvlərinə və qazilərə sonsuz qürur və xoşbəxtlik hissi bəxş edir. Budur, dövlətin, Prezidentin öz vətəndaşına qayğı göstərməsinin, daim onun yanında olmasının gözəl, ibrətamiz nümunəsi. Bu, həm də gənc nəsil üçün yaxşı bir tərbiyə vasitəsidir. Prezident İlham Əliyev həmişə qürur hissi ilə vurğulayır ki, Vətən müharibəsinin əsas ağırlığı gənclərimizin üzərinə düşüb. Həmin gənclər isə ölkəmizdə son 20-30 ildə yetişiblər.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

