Mən partiyadan çıxmaq qərarına gəldim...
18.07.2023 [10:45]
Ulu öndər Heydər Əliyevin bioqrafiyası Azərbaycanın dövlətçilik tarixinin ən əhəmiyyətli səhifələridir. Başqa sözlə, Azərbaycanın müasir dövlətçilik tarixi ilə tanış olmaq istəyən hər bir şəxs Ümummilli Liderin bioqrafiyası ilə yaxından tanış olmalı, xalqa, dövlətə həsr edilən ömrün ən mühüm və həlledici anlarını dərindən öyrənməlidir. Heydər Əliyevin bioqrafiyası siyasətlə məşğul olan hər kəs üçün mühüm bir məktəbdir. 1991-ci ilin iyulunda Heydər Əliyev Kommunist Partiyasının sıralarından çıxdığını bəyan etdi. Bu tarix xüsusi bir əhəmiyyət daşıyır - Heydər Əliyevin partiyadan ayrılması ilə bağlı yazdığı ərizə isə tarixi bir sənəddir.
“Heydər Əliyev İli” çərçivəsində “Yeni Azərbaycan” qəzeti olaraq bu tarixi faktı da geniş auditoriyaya təqdim etmək qərarına gəldik. Tanınmış rusiyalı müəllif Nikolay Zenkoviçin “Heydər Əliyev. Tale yolları” kitabından seçmələri oxucularımıza təqdim edirik...
Əvvəli ötən saylarımızda...
Səbəb üçdür.
Birinci səbəb. “Hələ 1990-cı il yanvarın 20-də Mərkəzin və Azərbaycan KP MK-nın siyasi rəhbərliyi altında Azərbaycan xalqına qarşı edilmiş hərbi təcavüzdən sonra məndə Sov.İKP sıralarından çıxmaq fikri yarandı. Yanvar hadisələrində yüzlərcə günahsız dinc sakin öldürüldü və şikəst edildi, onların arasında qocalar, qadınlar və uşaqlar da var idi”.
20 Yanvar hadisələri haqqında irəlidə, sonrakı fəsillərin birində ətraflı söhbət gedəcəkdir. Bu mövzu ilə əlaqədar Azərbaycanda yetərincə çox danışılıb-yazılsa da, mən xeyli yeni fakt aşkara çıxara bilmişəm. Ümidvaram ki, bunlar Heydər Əliyevin işlətdiyi kəskin, bir sıra hallarda isə qəti hökmlərin mənasını başa düşməyə kömək edəcəkdir. İndilikdə isə başlıca bir məqamı qeyd etməklə kifayətlənəcəyəm - bu hökmlər zamanın sınağından çıxmış, bu günədək təkzib olunmamış və yumşaldılmamışdır.
“Bu antihumanist, konstitusiyaya və hüquqa zidd hərəkəti ittiham edərkən Sov.İKP MK və Azərbaycan KP MK-nın bu cinayətin üstünü açacağına və günahkarları üzə çıxaracağına ümid bağlayırdım. Özümü ələ alıb səbirlə gözlədim. Çıxışlarıma cavab əvəzinə çox çəkmədi ki, “Pravda”0ap başlayaraq partiyanın mətbu orqanlarında mənə qarşı hücumlar təşkil edildi. Mənə qarşı yönəlmiş uydurma faktları əsaslandırılmış şəkildə elə həmin kütləvi informasiya vasitələrinin özlərindəcə təkzib etmək cəhdlərim boşa çıxdı. Yenidənqurmanın əsas nailiyyəti olan aşkarlıq özünü birtərəfli göstərirdi”.
Mərkəzi və respublika KİV-lərində Heydər Əliyevə və onun yaxın qohumlarına qarşı təqibin konkret sifarişçiləri və icraçıları vardı. İcraçılar məlumdur - onların adları “Pravda”, “İzvestiə”, “Nedelə”, “Literaturnaə qazeta”, “Soüialistiçeskaə industriə”, “Selğskaə jiznğ” qəzetlərində, “Smena” jurnalında... - nəşrlərin hamısını sadalamaq mümkün deyil, - dərc edilmiş məqalələrin altında göstərilib.
Əlbəttə, bu məqalələrin müəllifləri dürüst və vicdanla hərəkət edərək, aşkar yalan məlumatları ittiham kimi yozmaqdan imtina edə bilərdilər. Axı, qələm heç də həvəskarların, jurnalistikaya dünən-srağagün gəlmiş naşıların əlində deyildi. Adətən, belə tapşırıqlar xüsusilə inanılmış, bel bağlanıla bilən, yüksək peşəkarlıq səviyyəsinə malik şəxslərə verilirdi.
Təəssüf ki, onların heç biri bu nalayiq missiyadan boyun qaçırmadı. Heç kəs redaktorun kabinetinə gedib demədi ki, əslində yazmalı bir şey yoxdur. Sənədli əsaslar mövcud deyil, ittihamların hamısı şayiələr, gümanlar, bəzən də aşkar surətdə çirkin iftiralar və yalan üzərində qurulub. Bu hələ azmış kimi, bir çox ələbaxan “partiya publisistləri” qürrələnirdilər ki, bu qədər incə məsələni məhz onlara tapşırıblar. Əyalətdə sadəlövh həmkarları onlara qəhrəman kimi baxır, səmimi olaraq qibtə edir, redaksiyada keçirilən operativ müşavirələrdə həsədlə içlərini çəkirdilər: “Bax belə yazmaq lazımdır!”
Bu həcvləri oxumaq dözülməz dərəcədə ağır olsa da, Heydər Əliyev onların müəlliflərinə çox acıqlanmırdı. Zəngin siyasi və həyat təcrübəsi ona deyirdi ki, “ifşaedici” məqalələrin altında imzaları göstərilmiş adamlar, olsa-olsa, Kremlin fitnə-fəsad mətbəxində aciz və itaətkar qara fəhlələrdir. Onlar heç qaynar qazanları qarışdıran aşpazlar da deyillər. Ağ papaqlı aşpazlar, yəqin, qəzet rəhbərləridir. Başlıca iştirakçılar isə menyunu tərtib edənlərdir.
Partiya mətbəxində ağır xörəklərin seçilməsi ilə məşğul olmuş adamların bir çoxu ötən on beş ildə xatirə kitabları yazmağa girişiblər. Xörəklərin baş sifarişçisi Qorbaçovun, ideoloqlardan Liqaçovun, Medvedevin, Dzasoxovun, Yakovlevin memuarları, onlardan aşağı səviyyəli müəlliflərin iyirmiyə qədər kitabı buraxılıb. Hamısı da tarix qarşısında özünü təmizə çıxarmağa çalışır.
Özü də elə bil, sözləşiblər, heç biri Əliyevin nüfuzdan salınması mövzusuna toxunmur. Hamısı bu mövzudan yan keçir. Belə çıxır ki, MK-nın keçmiş rəhbərlərindən heç kəsə bu məsələnin aidiyyəti yoxdur. Elədir, bəzən haradasa kiçik bir top durduğu yerdə sarsaqlıqdan lüləsini göyə çevirə və ...bilmədən bir atəş aça bilər. Hələ buna inanmaq olar. Amma əmr verilmədən yaylım atəşinin, özü də müxtəlif mövqelərdən və ən iriçaplı toplardan bir hədəfə atılmasına inanmaq çəlindir. Hər halda, topçular mərmilərin eyni hədəfə dəyməsi üçün nə etmək lazım olduğunu yaxşı bilirlər. Əliyevlə döyüşə öz işlərinin mahir bilicilərinin, müharibə tanrılarının - ideoloji cəbhənin topçularının girdiyinə heç bir şübhə yox idi.
“Yanvar faciəsinin günahkarlarını üzə çıxarmaq və cəzalandırmaq haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, ayrı-ayrı vətəndaşların, görkəmli ziyalıların müraciətlərini Azərbaycanın kommunist rəhbərliyi qətiyyətlə rədd edirdi.
Artıq il yarım keçib. Nəinki bu dəhşətli cinayətlərin hamıya çoxdan məlum olan günahkarları üzə çıxarılmayıb, əksinə, bunları ört-basdır etmək üçün əllərindən gələni edirlər. Ümid edirlər ki, zaman keçdikcə bu faciə unudulacaq. Ancaq tarix dəfələrlə sübut etmişdir ki, doğma xalqa qarşı yönəldilmiş qanlı cinayətləri on illər keçsə də, unutmaq və bağışlamaq mümkün deyil”.
Nə qədər müdrik insanmış, elə bil, gələcəyi görürmüş! Həmin sətirlərin yazılmasından cəmi on beş il keçəcək və 2006-cı ildə Moskvada M.S.Qorbaçovun yenidənqurma haqqında növbəli kitabı çıxacaqdır. Kitabda Sov.İKP-nin sabiq sonuncu rəhbəri belə bir sensasiyalı etiraf edəcəkdir ki, kommunist rejimi xalqa zorla qəbul etdirilmişdi. Bu özü sübut edir ki, bolşeviklərin Rusiyada törətdikləri də çətin ki nə vaxtsa unudulsun.
İkinci səbəb. “Üç ildən artıqdır ki, Mərkəzin ikiüzlü siyasəti nəticəsində Sov. İKP MK-in havadarlıq etdiyi erməni millətçilərinin səyi ilə Azərbaycanın Dağlıq Qarabağ vilayətində yaranmış kəskin münaqişəli vəziyyət saxlanmaqdadır. Vilayət əslində tamamilə Azərbaycanın dövlət idarəçiliyindən çıxıbdır.
Azərbaycanın dövlət suverenliyi, ərazi bütövlüyü konstitusiyaya zidd olaraq kobud şəkildə pozulubdur. Ermənistan və Azərbaycan arasında elan edilməmiş müharibə gedir, demək olar, hər gün iki tərəfdən də adamlar ölür. Bütün bunlar “humanist ideologiyalı” sovet dövləti üçün adi haldır.
Əminəm ki, partiya rəhbərliyi istəsəydi, 1987-1988-ci illərdə üzdəniraq Qarabağ problemi ətrafında milli münaqişə təzə başlayanda onun qarşısını ala bilərdi, getdikcə güclənən qarşıdurmaya və həm Azərbaycan, həm də erməni xalqına ağır fəlakət və müsibətlər gətirmiş bu qırğınlara imkan verməzdi. Deməli, siyasi Mərkəzə bu münaqişə lazımdır”.
Diqqət yetirin: Ermənistanın və erməni xalqının ünvanına bir kəlmə də ittiham yoxdur. Halbuki Azərbaycanla Ermənistan arasında bir neçə il idi ki, müharibə gedirdi. İfadələr dəqiq, səlis və sərrastdır: Heydər Əliyev qeyd edir ki, təkcə Azərbaycan xalqı deyil, həm də erməni xalqı əzab çəkir.
Bununla bağlı ibrətamiz bir hekayət yada düşür. Bir müdrikdən soruşurlar:
- Deyin görək, vətənpərvər kimdir?
- Vətənpərvər o adamdır ki, öz Vətənini sevir.
- Bəs millətçi kimdir?
- Millətçi o adamdır ki, yalnız öz Vətənini sevir.
Fərqi sezirsinizmi?
Heydər Əliyev öz doğma Azərbaycanını hər kəsdən fərqli şəkildə sevirdi. Amma başqa xalqlara düşmənçilik hesabına sevmirdi.
Davamı növbəti sayımızda...
Xəbər lenti
Hamısına baxSosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22

