Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Fərqli baxışlar, xüsusi anlar...

Fərqli baxışlar, xüsusi anlar...

19.08.2023 [13:30]

Bəzən sözlər yox, şəkillər danışır!

“Dünyaya hədiyyə”

Şahanə

İstər peşəkar, istərsə də həvəskar insanlar foto çəkməyə meyillidirlər. Aldığımız mobil telefonların belə ilk olaraq keyfiyyətli foto çəkib-çəkmədiyini yoxlayırıq. Bu gün - 19 avqust həyatımızın ən gözəl anlarını əbədiləşdirdiyimiz fotoqrafiyanın və bu sahənin peşəkarları olan fotoqrafların günüdür. Fotonu sevən hər kəsin qeyd etdiyi Beynəlxalq Fotoqrafiya Günü avstraliyalı fotoqraf Korske Aranın təşəbbüsü ilə təsis edilib. Fotoqrafiyanın prototipi olan üsulu ictimaiyyətə 1839-cu ilin məhz avqust ayının 19-da təqdim olunduğu üçün bu gün əlamətdar tarix kimi seçilib. Ancaq tarixin 19 avqust seçilməsinin başqa bir səbəbi daha var. Belə ki, 19 avqust  1839-cu il Fransa höküməti kimyaçı və ixtiraçı Lui Jak Mande Daqerin daqerrotipin (iz) alınması metodu haqqındakı patentini alaraq, daqerrotipin kəşfini dünya ictimaiyyətinin sərvəti elan etmişdi. Bu tarixə əsasən bir çox ölkələrdə 19 avqust Ümumdünya fotoqrafiya günü kimi qeyd edilir. İlk dəfə 2010-cu ildə qeyd olunan bu gün insanlara özlərini fotolarla ifadə etməyə imkan verən və ictimaiyyətin diqqətini çəkən fotoqrafiya elminin və sənətinin qlobal bayramıdır. Bir-birindən gözəl fotolar çəkmək, ən əsası da lazımi məqamı tutmağı heç də hər kəs bacarmır.

Fotoqrafiyanın ilk tarixi görünüşü ağ-qara formatda olub. Optik cihaz vasitəsilə rəsmin kimyəvi prosesə çevrilməsi rus kimyaçısı A.P.Bestujev və alman tibb alimi, cərrah İ.Q.Şulsenin  səyləri ilə ərsəyə gəlib. Fotoaparatın icad olunması sahəsində ən uğurlu işi fransız Yozef Nisefor Niyepsi, Lui-Jak Mande Daqer və ingilis Uilyam Foks Henri Talbot  görüblər. Onlar fotoqrafiyanın yaradıcısı kimi tarixə düşüblər.

Azərbaycanda  foto işi hələ XIX əsrin sonlarında inkişafa etməyə başlayıb. 20-ci əsrin əvvəllərində Bakı istedadlı fotoqrafları və fərqli fotoları ilə diqqət mərkəzində olub.

1998-ci il noyabrın 20-də Azərbaycan Fotoqraflar Birliyi (AFB) Respublika Ədliyyə Nazirliyinin qeydiyyatından keçərək fotoqrafların ilk cəmiyyətini yaradıb.

Hər il avqustun 19-da dünyanın hər yerindən peşəkar və həvəskar fotoqraflar müxtəlif şəkillər çəkərək #worldphotoday (dünya foto günü) həştəqi vasitəsilə izləyiciləri ilə paylaşırlar.

Paylaş:
Baxılıb: 524 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Dialoqlar

16 May 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

16 May 08:33  

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31