Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Şimali Koreya “zərərsizləşdirilməlidir”...

Şimali Koreya “zərərsizləşdirilməlidir”...

22.08.2023 [11:13]

SADİQ

ABŞ ilə yeni nüvəsizləşdirmə proqramına başlanılması ehtimalı isə olduqca aşağı qiymətləndirilir. Belə ki, Vaşinqton ilə Pxenyan arasındakı son gərginlik bunun əsas səbəbi sayılır. Xatırladaq ki, ötən ay icazəsiz şəkildə hərbisizləşdirilmiş bölgəyə daxil olaraq Şimali Koreyaya keçən ABŞ əsgəri saxlanılmışdı. 23 yaşlı Travis Kinq Şimali Koreya sərhədini keçərək iki dövlət arasında gərginliyə səbəb olmuşdu. Travis Kinqin sərhədi keçməzdən bir neçə həftə əvvəl Cənubi Koreyada gecə klubunda əlbəyaxa mübahisəyə qarışdığı üçün həbs edildiyi üzə çıxmışdı. 2 ay həbsdə qalan Travis iyulun 10-da ABŞ-a təhvil verilmişdi. Sərbəst buraxıldıqdan sonra ABŞ-da hərbi məhkəməyə çıxarılmaq üçün “İncheon” hava limanına aparılan Kinq hərbi polisin onu təyyarəyə qədər müşayiət edə bilməməsini fürsət bilərək hava limanından qaçmağı bacarmışdı. O, daha sonra Cənubi Koreya ilə Şimali Koreya arasında silahsızlaşdırılmış müştərək təhlükəsizlik zonasını əhatə edən tura qatılmışdı. Qeyd edək ki, ABŞ hökuməti 2017-ci ildə öz vətəndaşlarına Şimali Koreyaya getməyi qadağan edib və bu qadağa hələ də qüvvədədir.

Bu arada Şimali Koreya ilə bəzi Qərb dövlətləri arasında danışıqlar barədə də informasiyalar yayılır. Xarici mətbuatın yazdığına görə, Qərb KXDR-i “yanında görmək” üçün bəzi güzəştlərə də hazırdır. Bu güzəştlər isə iqtisadi sanksiyalarla bağlıdır. Qərbin aparıcı analitikləri Şərq sularına hakim olmaq üçün KXDR ilə əməkdaşlığın zərurətini vurğulayıblar. Onlar düşünür ki, Yaponiya və Cənubi Koreyanın daima təhlükə altında yaşamaması üçün Pxenyanın “zərərsizləşdirilməsi” vacib şərtdir. Bunun üçün isə əsas vasitə yalnız danışıqlar ola bilər. Hərbi gücdən istifadə cəhdi Yaponiya, Cənubi Koreya və digər müttəfiqlərin timsalında yarana biləcək birliyi “doğulmamış məhvə sürükləyər”...

Paylaş:
Baxılıb: 491 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Dialoqlar

16 May 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

16 May 08:33  

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31