Priqojin Afrikada göründü...
23.08.2023 [11:17]
Qiyamdan sonra ilk videomüraciət
Yeganə BAYRAMOVA
“Vaqner”in rəhbəri Yevgeni Priqojin iyunun sonunda Rusiyada qiyam cəhdindən sonra sükutunu pozub və ilk videosunu paylaşıb. Priqojin çəkdiyi yeni videoda hazırda Afrikada olduğunu və Afrika xalqlarının azadlığı uğrunda mübarizə apardığını iddia edir.
Onun isti və səhra mənzərəsi fonunda lentə aldığı qısa videomesaj Teleqram kanallarında yayılıb: “Biz 50 dərəcədən yüksək temperaturda işləyirik, hər şey istədiyimiz kimidir. “Vaqner” özəl hərbi şirkəti kəşfiyyat-axtarış işləri aparır, Rusiyanı daha da böyüdür, Afrikanı isə daha da azad edir. Afrika xalqları üçün ədalət və xoşbəxtlik, İŞİD, “Əl-Qaidə” və digər dəstələrin isə kabusu oluruq”.
Priqojin, həmçinin könüllüləri Afrikanın azadlığını müdafiə etmək üçün qurumun sıralarına qoşulmağa çağırıb: “Biz əsl qəhrəmanları işə götürürük və qarşımızda qoyulan, həll edilməsinə söz verdiyimiz tapşırıqları yerinə yetirməyə davam edirik”, - deyə o qeyd edib.
Qeyd edək ki, “Vaqner”in rəhbəri iyunun 24-dəki qiyamdan sonra videomüraciət yayımlamayıb. O zaman o, Kremllə razılaşaraq Rusiyadan Belarusa gedib. Ancaq tezliklə yenidən Rusiyada görünüb. Onun iyunun 29-da Kremldə Rusiya prezidenti Vladimir Putinlə görüşdə olduğu bəlli olub. Priqojin iyulun 27-də Rusiya-Afrika sammiti zamanı Sankt-Peterburqa da səfər edib.
“The New York Times” nəşri hələ mart ayında yazırdı ki, “Vaqner” özəl hərbi şirkəti (ÖHŞ) Afrikada 3 500-4 500 döyüşçü saxlayır. Dəstəbaşı özü aprel ayında “Vaqner”in əsas qüvvələri Baxmut uğrunda döyüşərkən Rusiyanın Afrika qitəsinə lazımi şəkildə kömək etmədiyini bildirərək dövlət strukturlarının bu ölkələrdəki ÖHŞ-lərin işinə müdaxilə etdiyini iddia edirdi.
Bundan başqa, Nigerdəki hərbi qiyamdan sonra Qərb KİV-i Niger ordusunun qonşu Malidə uğurla fəaliyyət göstərən “Vaqner” ÖHŞ-nin dəstəyini alacağından çəkindiklərini açıqlayıb. Bu gün “Al Arabiya” telekanalı mənbələrə istinadən məlumat yayıb ki, Qərbi Afrika Ölkələri İqtisadi Birliyinə (ECOWAS) daxil olan ölkələrin hərbi aerodromları Nigerə mümkün müdaxiləyə hazırlaşır.
Hərbi ekspert Aleksey Sukonkin isə “News.ru”ya açıqlamasında bildirib ki, Priqojin terrorçu qruplarla mübarizə aparmaq üçün bir çox dövlətlərlə müqavilə bağlaya bilər. Ekspertin sözlərinə görə, “Vaqner” rəhbərinin hərəkətləri xüsusi hərbi əməliyyat çərçivəsində Rusiya üçün faydalı ola bilər: “Qərb Afrikadakı vaqnerçilərin manevrləri ilə diqqəti yayındırır. Ümumiyyətlə, Qərb “vaqnerçi”lərə və onların rəhbərinə məhəl qoymasa, aktivlərinin bir hissəsini itirə bilər”.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
14 İyul 22:23
YAP xəbərləri
14 İyul 22:19
Dünya
14 İyul 22:19
Sosial
14 İyul 21:50
İqtisadiyyat
14 İyul 21:24
İqtisadiyyat
14 İyul 21:10
YAP xəbərləri
14 İyul 20:48
Dünya
14 İyul 20:43
Dünya
14 İyul 20:32
Müsahibə
14 İyul 20:18
Dünya
14 İyul 19:58
Maraqlı
14 İyul 19:22
Dünya
14 İyul 19:09
Dünya
14 İyul 18:26
Sosial
14 İyul 18:12
Dünya
14 İyul 17:33
Dünya
14 İyul 17:19
Dünya
14 İyul 16:57
Dünya
14 İyul 16:19
Dünya
14 İyul 15:31
Gündəm
14 İyul 14:58
İqtisadiyyat
14 İyul 14:41
Sosial
14 İyul 14:40
Sosial
14 İyul 14:40
Elm
14 İyul 14:37
YAP xəbərləri
14 İyul 14:31
YAP xəbərləri
14 İyul 14:28
YAP xəbərləri
14 İyul 14:24
Dünya
14 İyul 14:20
Gündəm
14 İyul 14:18
Dünya
14 İyul 13:53
Dünya
14 İyul 13:47
Dünya
14 İyul 13:25
Dünya
14 İyul 12:38
Gündəm
14 İyul 12:26
Siyasət
14 İyul 12:17
Sosial
14 İyul 12:17
Siyasət
14 İyul 12:12
Dünya
14 İyul 12:10
Gündəm
14 İyul 11:56
Elm
14 İyul 11:38
İqtisadiyyat
14 İyul 11:37
Dünya
14 İyul 11:24
YAP xəbərləri
14 İyul 11:18
Sosial
14 İyul 11:15
Siyasət
14 İyul 11:10
Gündəm
14 İyul 11:06
Gündəm
14 İyul 11:01
Gündəm
14 İyul 10:50
Siyasət
14 İyul 10:35
İqtisadiyyat
14 İyul 10:32
Gündəm
14 İyul 10:15
Analitik
14 İyul 10:11
Gündəm
14 İyul 10:08
MEDİA
14 İyul 10:07
Ədəbiyyat
14 İyul 09:56
Siyasət
14 İyul 09:56
Turizm
14 İyul 09:43
Maraqlı
14 İyul 09:38
Ədəbiyyat
14 İyul 09:34
Dünya
14 İyul 09:23
Dünya
14 İyul 08:47
Dünya
14 İyul 08:12
Dünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49

