Qərb Ukraynanı yarı yolda qoyacaq?
25.08.2023 [11:38]
Günel ABBAS
Rusiya Ukrayna müharibəsi başlayandan sonra müxtəlif müzakirələr məhz razılıqların əldə olunması sülh müqaviləsinin imzalanması, yönündədir. Artıq belə görünür ki, müharibədən uzun müddət keçməsinə baxmayaraq hazırda bu iş davam etdirilir. Belə ki, Qərb Ukrayna ilə bağlı sülh sazişləri variantı üzərində işləyir. Lakin məlumdur ki, hazırda hər iki tərəfin də tələbləri çox maksimaldır. Məsələn, Ukrayna Krım da daxil olmaqla öz ərazi bütövlüyünü tələb edir, Rusiya isə əlbəttə ki, tutduğu torpaqlardan, verdiyi itkilərdən sonra bu ərazidən çəkilmək niyyətində deyil. Hətta yeni ərazilər haqqında da fikirlər irəli sürülür. Eyni zamanda, Rusiyanın ərazisinə kütləvi hücumlar olur, dron hücumları həyata keçirilir”.
Bu fikirləri politoloq İlyas Hüseynov “Yeni Azərbaycan”a açıqlamasında bildirib.
İ.Hüseynovun sözlərinə görə, sülhü əldə etmək önəmlidir: “Çünki sonsuza qədər bu müharibə davam edə bilməz. Məsələnin mahiyyəti sülhün hansı formada olmasından, kimləri qane etməsindən, kimlərin şərtlərinin sülh müqaviləsində əks olunmasından və kimlərin buradan qazanclı çıxacağından ibarətdir. Əlbəttə ki, Qərb burada öz maraqlarını güdür. Biz ötən əsrdə baş vermiş böyük müharibələrdə də gördük ki, Amerika Birləşmiş Ştatları hər müharibədən öz istəyi naminə çıxa bilib və yaxud müharibənin yalnız sonunda müdaxilə etməklə öz məqsədlərinə çatıb. Bu önəmli bir məqamdır və düşünürəm ki, burada Qərb öz məqsədlərinə çatmaq üçün bu gün sülh prosesinə qoşulub. Burada Türkiyənin, eləcə də vaxtaşırı Çinin sülh təşəbbüsləri olub. Lakin bu məsələdə Amerika Birləşmiş Ştatlarının niyyəti və marağı bir neçə istiqamətə hədəflənib. Bu istiqamətlərdən biri Ukraynaya yardım etmək, eləcə də Rusiyaya sanksiyalar tətbiq edərək onu zəiflətmək və ən əhəmiyyətlisi Avropada möhkəmlənməkdən ibarətdir”.
Politoloq qeyd edib ki, müharibənin ən qızğın mərhələsində Ukraynanın Avropa Birliyinə üzvlüyünün təsdiq edilməsi, NATO-ya üzvlük proseduruna başlanması kimi amillər onu deməyə əsas verir ki, ABŞ başda olmaqla yaradılmış koalisiya - Avropa Birliyi, NATO və eləcə də ayrı-ayrı dövlətlər Ukraynanı sonadək dəstəkləyəcəklər: “Qərb nə qədər Rusiya ilə üz-üzə gəlməkdən çəkinsə də, Ukraynanın mövqeyi və fəal diplomatiyası Qərb dünyasının Rusiya haqqında təsəvvürlərini dəyişə bildi. Qərb başa düşdü ki, müharibə artıq onun sərhədlərində gedir və bu gün Ukraynaya dəstək göstərilməsə, sabah öz ərazilərində daha ağır müharibələrlə üzləşə bilərlər. Reallıq odur ki, müharibə bölgəsindəki real vəziyyət və bütövlükdə, dünya miqyasında bu müharibəyə qlobal yanaşma tam olaraq formalaşıb”.
Xəbər lenti
Hamısına baxDünya
17 May 11:28
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Dünya
17 May 10:31
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19

