Zabux sakinlərinin ən xoşbəxt günü
26.08.2023 [11:10]
İlk köç başladı
Günel ABBASOVA
Azərbaycan 44 günlük Vətən müharibəsində qələbə əldə etdikdən sonra qarşıda duran əsas məsələlərdən biri işğaldan azad edilən əraziləri bərpa etmək, dağılmış iqtisadiyyatı Azərbaycanın ümumi iqtisadiyyatına çevirməkdir. Hazırda həm Şərqi Zəngəzur iqtisadi rayonunda, həm də Qarabağda sürətli infrastuktur layihələri həyata keçirilir. Hətta bəzi ərazilərdə gedən tikinti prosesi artıq başa çatmaq üzrədir. Hazırda bu ərazilərdən məcburi köçkün düşmüş insanların yenidən öz ata-baba yurdlarına qaytarılması istiqamətində real addımlar atılır. Məhz bu məqsədlə cənab Prezident İlham Əliyev tərəfindən 2022-2026-cı illəri əhatə edən “Böyük Qayıdış”ı təmin etməklə bağlı Dövlət Proqramı qəbul olunub. Həmin proqramın müxtəlif müddəalarında müxtəlif nazirliklərə konkret tapşırıqlar verilərək həm tapşırıqların yerinə yetirilməsi ilə bağlı maliyyə mənbələri göstərilib, həm də qarşıya qoyulan məqsədlərin, işlərin nə qədər vacib olduğu bir daha ortaya qoyulub.
Yeri gəlmişkən, ötən gün - avqustun 25-də Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Laçın rayonunun yenidən salınan Zabux kəndinə ilk köç karvanı yola salınıb.
Qeyd edək ki, Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola düşən köç karvanına Bərdədən, Şirvandan və Mingəçevirdən Zabuxa qayıdan ailələr qoşulub. İlk mərhələdə kəndə 20 ailə - 88 nəfər köçürülür. Onların arasında I Qarabağ müharibəsi şəhidinin ailəsi də var.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Doğma yurda qayıdan zabuxlular hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham
Əliyevə və birinci xanım Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi (QMKİDK) sədrinin müavini Fuad Hüseynov bildirib ki, bu gün biz Azərbaycan xalqı olaraq daha bir əlamətdar, möhtəşəm gün yaşayırıq: “Laçın rayonunun ilk kəndi Zabuxa 20 ailə 88 nəfərdən ibarət köç karvanını yola salırıq. Prezident İlham Əliyevin 2022-ci il sentyabrın 20-də müvafiq sərəncamı ilə Laçın rayonunun Zabux və Sus kəndlərinin layihələndirilməsi və inşası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə həvalə olunub. Bununla, 2022-ci il dövlət büdcəsindən işğaldan azad edilmiş ərazilərin yenidənqurma və bərpa vəsaitindən ilkin olaraq 800 min manat vəsait ayrılıb. Həmin yaşayış məntəqələri, minalardan və digər partlamamış hərbi sursatlardan təmizləndikdən sonra bu ilin fevral ayından etibarən inşa işlərinə başlanılıb və avqust ayından Zabux kəndində tamamilə tikinti işləri yekunlaşdırılıb.
İlkin mərhələdə Zabuxda 223 fərdi evdən ibarət gözəl, ən müasir standartlara uyğun tərzdə yeni bir kənd inşa olunub. Bütün zəruri olan sosial infrastruktur ilə təchiz edilib, kənddə orta məktəb, uşaq bağçası, tibb məntəqəsi yaradılıb, abadlıq işləri aparılıb, gözəl park salınıb, evlər tam olaraq təmir olunub. Enerji, qaz, su təchizatı, telekommunikasiya xətləri, həmçinin yüksək səviyyədə internet, fiber optik şəbəkəsi yaradılıb”, - deyə Fuad Hüseynov əlavə edib.
Zabuxdan ilk təəssüratlar...
Ata-baba yurduna qayıdan Zabux kənd sakini Zeynəb Hüseynova bildirib ki, 30 ildən sonra öz doğma yurdlarına sevinc, fərəh hissi ilə qayıdırlar: “Bu illəri çox səbirsizliklə gözləmişik. Ən xoşbəxt günümüzü yaşayırıq. Bizə bu gözəl günləri bəxş edən Prezident İlham Əliyevə minnətdarlığımı bildirir, şəhidlərimizə rəhmət diləyir, qazilərimizə cansağlığı arzulayıram”, - deyə Zabux kənd sakini qeyd edib.
Zabux kənd sakini Tahir Hüseynovun sözlərinə görə, bu gün Azərbaycan xalqının bayramıdır: “Doğma kəndimizə - Zabuxa qayıdırıq. Biz çox sevinirik ki, belə gözəl günlərin şahidi olduq. Laçında və Zabux kəndində bərpa-quruculuq işlərinin yüksək səviyyədə həyata keçirildiyini deyən T.Hüseynov bildirib: “Kəndimizə qayıdandan sonra çalışacağıq ki, görülən abadlıq işlərində müəyyən dərəcədə bizim də payımız olsun”. Zabux kənd sakini öz doğma yurduna köçdüyü üçün Prezident İlham Əliyevə və Vətən müharibəsində iştirak edən hər bir kəsə minnətdarlığını bildirib.
Sevinc təəssüratlarını bölüşən Zabux kənd sakini Səbinə Fərəcova qeyd edib ki, bu hissləri sözlərlə ifadə etmək çətindir: “Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə cansağlığı arzulayıram. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz tarixi Qələbə qazandı. Bu gözəl, sevincli günləri bizə yaşatdığı üçün dövlətimizin başçısına və Vətən müharibəsində iştirak edənlərə təşəkkürümü bildirirəm”, - deyə S.Fərəcova qeyd edib.
Xəbər lenti
Hamısına baxDünya
14 İyul 23:29
Dünya
14 İyul 23:10
Dünya
14 İyul 22:45
YAP xəbərləri
14 İyul 22:23
YAP xəbərləri
14 İyul 22:19
Dünya
14 İyul 22:19
Sosial
14 İyul 21:50
İqtisadiyyat
14 İyul 21:24
İqtisadiyyat
14 İyul 21:10
YAP xəbərləri
14 İyul 20:48
Dünya
14 İyul 20:43
Gündəm
14 İyul 20:33
Dünya
14 İyul 20:32
Müsahibə
14 İyul 20:18
Dünya
14 İyul 19:58
Maraqlı
14 İyul 19:22
Dünya
14 İyul 19:09
Dünya
14 İyul 18:26
Sosial
14 İyul 18:12
Dünya
14 İyul 17:33
Dünya
14 İyul 17:19
Dünya
14 İyul 16:57
Dünya
14 İyul 16:19
Dünya
14 İyul 15:31
Gündəm
14 İyul 14:58
İqtisadiyyat
14 İyul 14:41
Sosial
14 İyul 14:40
Sosial
14 İyul 14:40
Elm
14 İyul 14:37
YAP xəbərləri
14 İyul 14:31
YAP xəbərləri
14 İyul 14:28
YAP xəbərləri
14 İyul 14:24
Dünya
14 İyul 14:20
Gündəm
14 İyul 14:18
Dünya
14 İyul 13:53
Dünya
14 İyul 13:47
Dünya
14 İyul 13:25
Dünya
14 İyul 12:38
Gündəm
14 İyul 12:26
Siyasət
14 İyul 12:17
Sosial
14 İyul 12:17
Siyasət
14 İyul 12:12
Dünya
14 İyul 12:10
Gündəm
14 İyul 11:56
Elm
14 İyul 11:38
İqtisadiyyat
14 İyul 11:37
Dünya
14 İyul 11:24
YAP xəbərləri
14 İyul 11:18
Sosial
14 İyul 11:15
Siyasət
14 İyul 11:10
Gündəm
14 İyul 11:06
Gündəm
14 İyul 11:01
Gündəm
14 İyul 10:50
Siyasət
14 İyul 10:35
İqtisadiyyat
14 İyul 10:32
Gündəm
14 İyul 10:15
Analitik
14 İyul 10:11
Gündəm
14 İyul 10:08
MEDİA
14 İyul 10:07
Ədəbiyyat
14 İyul 09:56
Siyasət
14 İyul 09:56
Turizm
14 İyul 09:43
Maraqlı
14 İyul 09:38
Ədəbiyyat
14 İyul 09:34
Dünya
14 İyul 09:23
Dünya
14 İyul 08:47
Dünya
14 İyul 08:12
Dünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31

