İrəvanın yeni “oyunu”...
26.08.2023 [14:27]
Sadiq
Rəsmi İrəvan yeni təxribatı ilə gündəmə gəlib. Belə ki, Ermənistan hökuməti Qarabağda Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazilərdə hələ də qalan qondarma və oyuncaq rejimə “müharibədən sonrakı dövrdə yaranmış sosial gərginliyin azaldılmasına yönəlmiş əlavə maliyyələşmə üçün” dövlət büdcəsindən 4 milyard dram məbləğində dövlətlərarası kredit verməyi planlaşdırır. Erməni mediasının xəbərinə görə, müvafiq qərar cümə axşamı hökumətin iclasında qəbul edilib.
Göründüyü kimi, bu qərar bütövlükdə prosesə vurulan böyük bir zərbədir. BMT TŞ məğlubiyyətini “həzm edə bilməyən” ermənilər bu kimi sərsəm addımları ilə özlərini çətin vəziyyətə sürükləyirlər. Son 4 ayda bir neçə dəfə Azərbaycanın ərazi bütövlüyünü detallı şəkildə tanıdığını bəyan edən, Qarabağı suveren Azərbaycan torpağı kimi qəbul edən Ermənistanın bu addımı sözünə dönük çıxmaqdır. Bunun nəticəsi isə ağır ola bilər...
Bəli, Azərbaycanın sülh çağırışına adekvat cavab verməyən, qarşılığında qondarma rejimə “kömək əli uzatmaqla” yenidən prosesləri dalana aparan Ermənistan hələ də müəyyən “qaranlıq məsələlərə” ümid edir. Ermənistan sülh gündəliyini uzatmaq, proseslərin sürətini azaltmaq üçün bütün ünvanların “qapısını döymək”lə yanaşı, Azərbaycana qarşı çirkin oyunlar oynamağa niyyətlənir. Təbii ki, İrəvan bu kimi addımlarında bəzi regionda marağı olan ölkələrin dəstəyinə “ümid” bağlayır. Amma unudur ki, Azərbaycan bütün platformalarda İrəvanın qondarma iddialarının ifşası ilə bağlı situasiya formalaşdırıb - bunun ən real görüntüsü isə BMT TŞ müzakirələri idi. Təbii ki, hər zaman olduğu kimi onların bu cəhdləri də fiasko ilə nəticələnəcək - artıq Ermənistan anlamalıdır ki, başqa çıxış yolu yoxdur və Azərbaycana qarşı təxribatlarını dayandırmalıdır.
Ermənistanın bu kimi qeyri-konstruktiv mövqeyi regionda təhlükəsizliyin təmini ilə yanaşı, bu dövlətin gələcək inkişafını da yubadır. Onsuz da ötən 30 illik işğal dövründə Ermənistan iqtisadi - siyasi müstəvidə çox şey itirib - bu dövlət müstəqil olmaq şansını itirib. Yenidən eyni metodlarla regionda qarışıqlığın davam etməsinə şərait yaratmaqla Ermənistan özünə daha böyük pisliyi etmiş olur. Çünki Azərbaycanın sülhlə bağlı mövqeyi nə qədər humanist olsa da, “qırmızı xəttimiz” bəllidir - Azərbaycanın suveren əraziləri ilə bağlı hər hansı bir iddia mümkünsüzdür. Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və bunu həm Ermənistan, həm onun havadarları, həm də qondarma rejim nümayəndələri birmənalı şəkildə dərk etməlidir. Qarabağda yaşayan ermənilər isə Azərbaycan vətəndaşlarıdır. Onların Azərbaycan cəmiyyətinə inteqrasiyadan başqa çıxış yolları yoxdur. Azərbaycan qanunları, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində yaşamaq istəyənlər vətəndaş olaraq ölkəmizdə yaşaya bilərlər. Digər tərəfdən, Ermənistanın qondarma separatçı quruma “yardımları” da fiaskoya məhkumdur - Azərbaycanın daxili işi olan Qarabağa hər hansı bir dövlətin müdaxiləsi yolverilməz və qəbulolunmazdır.
Xəbər lenti
Hamısına baxSiyasət
14 İyul 12:17
Sosial
14 İyul 12:17
Siyasət
14 İyul 12:12
Dünya
14 İyul 12:10
Gündəm
14 İyul 11:56
Elm
14 İyul 11:38
İqtisadiyyat
14 İyul 11:37
Dünya
14 İyul 11:24
YAP xəbərləri
14 İyul 11:18
Sosial
14 İyul 11:15
Gündəm
14 İyul 11:13
Siyasət
14 İyul 11:10
Gündəm
14 İyul 11:06
Gündəm
14 İyul 11:01
Gündəm
14 İyul 10:50
Siyasət
14 İyul 10:35
İqtisadiyyat
14 İyul 10:32
Gündəm
14 İyul 10:15
Analitik
14 İyul 10:11
Gündəm
14 İyul 10:08
MEDİA
14 İyul 10:07
Ədəbiyyat
14 İyul 09:56
Siyasət
14 İyul 09:56
Turizm
14 İyul 09:43
Maraqlı
14 İyul 09:38
Ədəbiyyat
14 İyul 09:34
Dünya
14 İyul 09:23
Dünya
14 İyul 08:47
Dünya
14 İyul 08:12
Dünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Siyasət
13 İyul 21:39
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:58
Gündəm
13 İyul 19:55
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19

