İki dəfə Nobel mükafatına namizəd olan türk alim
26.08.2023 [13:20]
Oppenheimer ondan nə istəmişdi?
MÜŞFİQƏ
Feza Gürsey... Əfsuslar olsun ki, bu ad və soyad haqqında çoxlarımızın məlumatı belə yoxdur. O, unudulmuş bir fizika dahisidir.
1921-ci ilin ilıq bir yaz günündə dünyaya gəlmişdi. İlk təhsilinə Parisdə Jeanne d'Arc məktəbində başlamışdı. Özünü o qədər sevdirmişdi ki, müəllimi Madam Denizot belə bir an olsun, yanından ayırmazdı. Bəlkə də ondakı cəvhəri görmüşdü, kim bilir?
Zamanını boş keçirməzdi. Hələ üçüncü sinifdəykən bir küncdə oturar, Marsel Proustun “İtirilmiş zaman axtarışında” fəlsəfi hekayələrini oxuyar, eləcə də Paul Sezannın reproduksiyalarını araşdırarmış. Fizik olacağına elə orta məktəbdə oxuyarkən qərar vermişdi. 1940-cı ildə Qalatasaray Liseyini əlaçı, 1944-cü ildə isə İstanbul Universitetinin Fizika-Riyaziyyat bölməsini birinciliklə bitirdi. Daha sonra prof.Dr.O.H.Consun rəhbərliyi ilə doktorantura təhsilini başa vurdu. İstanbul Universitetində və Orta Doğu Texniki Universitetində çalışdı, məqalələr yazdı. 1952-ci ildə çalışdığı universitetin assistenti Süha Pamirlə ailə həyatı qurdu və bu evlilikdən Yusif ilə övladı dünyaya gəldi.
Oğlu Yusif də atasının izi ilə getdi. Fizik oldu və Yale Universitetində çalışdı. Ölkəsinə qayıtdıqdan sonra maddi çətinlik yaşadı, qalacaq evi belə yox idi. Sonuncu dəfə ondan ötən il xəbər çıxdı, hazırda harada olması ilə bağlı məlumat belə yoxdur.
Feza Gürsey İngiltərədəki İmperial Kollecində doktorantura səviyyəsində təhsil alıb, Princeton, Columbia, Berkeley, Brookhaven kimi önəmli universitet və qurumlarda tədqiqatlar aparıb. Dünyanın qabaqcıl fiziklərindən biri olmağı bacarıb. 1974-cü ilə qədər ODTÜ və Yale Universitetində müəllimlik vəzifəsini davam etdirıb, saysız-hesabsız tələbə yetişdirıb. 1974-cü ildə Yale Universitetində fakültənin sədri vəzifəsinə təyin edilib. Kvant rəng dinamikası nəzəriyyəsi çərçivəsində önəmli işlərə imza atıb. 1960-cı illərdə tətbiq etdiyi “Chiral Symmetry Rule”, yəni Xiral simmetriya qaydası ilə adını dünyaya tanıdıb.
Feza Gürsey adı atom bombasının atası kimi tanınan Robert Oppenheimer ilə tanışlıqdan sonra daha çox hallanmağa başladı. Hər iki alimin tanışlığı 1961-ci ildə ABŞ-da Oppenheimerin rəhbərlik etdiyi Princeton İrəli Araşdırmalar İnstitutunda baş vermişdi. Oppenheimerin Fezanın dahiyanə dünyasına heyran olmuşdu, onu çalışmaq şansını əldən buraxmaq istəmirdi. Bununla bağlı həmkarına bir məktub da yazmışdı. Məktubda belə deyilirdi:
"Hörmətli Feza, öyrəndim ki, gələn il burada işləyə bilərsiniz. Ümid edirəm ki, belədir. Sizdən xəbər alan kimi həmkarlarımla məsləhətləşəcəyəm və müsbət rəylərimizi kağız üzərinə köçürəcəyik. Mənə elə gəlir ki, siz tezliklə yenidən qayıdacaqsınız. Səmimi və xoş arzularla, Robert Oppenheimer".
Hazırda məktub Boğaziçi Universitetinin arxivində qorunub saxlanılır.
Bir müddət sonra - 1977-ci ildə fizika sahəsində verdiyi mühüm töhfələrə görə, Feza Gürsey “Oppenheimer” mükafatına layiq görüldü. Artıq dünya onu tanıyır, qarşısında təzim edirdi. Mükafat üçün onu təbrik edən tələbələrinə "Mükafat Yale və Harvard arasında paylaşıldı. Kaş ODTÜ ilə Harvard arasında paylaşılsaydı" deyimi tarixə düşdü.
Gürsey iki dəfə fizika üzrə Nobel mükafatına da namizəd olub.
Xəbər lenti
Hamısına baxElm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 12:05
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29

