Qərb müharibənin bitməsini istəyir
26.08.2023 [12:26]
Yeganə
"Rusiya-Ukrayna müharibəsinin başlanğıcında Ukraynanın ən böyük çətinlik çəkdiyi sahə hava hücumundan müdafiə sistemləri idi. Ukraynanın demək olar ki, bütün hava məkanları hücumlara məruz qalırdı və eləcə də Rusiya qırıcılarını, helikopterlərini vurub salmaq mümkün olmurdu. Bu maneə və təhlükəsizliyə təhdid törədən çətinlik aradan qaldırılandan sonra İran istehsalı olan PUA-lar dövriyəyə keçdi və bu PUA-lar Ukrayna ordusu üçün bir əngəl olmuşdu. Hazırda görürük ki, həmin PUA-ların da qarşısı uğurla alınır, bəziləri hədəfə çatsa da, çox az faiz təşkil edir. Lakin “F-16”-ların Ukraynaya verilməsi onların məhz hava məkanında üstünlüklərini təmin edəcək. Çünki “F-16”-lar bir sıra güclü özəlliklərə malikdir və şübhəsiz ki, həm Ukrayna ordusunu gücləndirəcək, həm hava məkanında üstünlük qazandıracaq, həm də ola bilsin ki, müharibənin aqibətini də həll etsin”.
Bu fikirləri yeniazerbaycan.com-a politoloq İlyas Hüseynov bildirib.
Ekspertin qənaətincə, ukraynalı pilotların hazırlığı müəyyən müddət tələb edəcək və bu hazırlıq uğurla başa çatdıqdan sonra Ukrayna-Rusiya cəbhəsində Kiyev üçün müəyyən irəliləyişlər müşahidə olunacaq: “ “F-16”-ların verilməsi Ukraynanın səmadan düşmənə qarşı müqavimət potensialını artıracaq və daha uzaq məsafələrdə yerləşən hədəflərə dəqiq zərbələr endirməyə imkan verəcək”.
Politoloqun fikrincə, Qərb artıq “F-16”-larla bağlı qərarı təsdiqlədikdən sonra müharibənin sürətlə bitməsində maraqlıdır: “Ukrayna öz maksimalist və prinsipial mövqeyindən geri çəkilmir. Onlar üçün Krım da daxil olmaqla ərazi bütövlüyünün bərpası önəmli prioritetdir. Rusiyanın da prinsipial fikirləri, “qırmızı cizgi”ləri mövcuddur. Onlar bəzi ərazilərdən heç çıxmaq istəmirlər. Ona görə də ən aktiv fazanı müşahidə etməkdəyik. Rusiyanın daxilində olan fikir ayrı-seçkilikləri, “Vaqner”lə bağlı məsələlər artıq geridə qalır, Rusiya da bütün fikrini məhz hərbi əməliyyatlara cəmləşdirəcək, bir sözlə, intriqalar arxada qaldı. Ona görə Qərbin də birbaşa olaraq bu amili nəzərə alaraq güclü hərbi dəstəyi müşahidə olunmaqdadır. Eləcə də NATO öz sərhədlərini qorumaq niyyətini ifadə edir. Çünki Ukrayna-Polşa sərhədinə güclü bir qruplaşma göndərilib. NATO sərhədlərinə hər hansısa müdaxilə olacağı təqdirdə, bu qruplaşma çevik reaksiya göstərəcək”.
Xəbər lenti
Hamısına baxElm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 12:05
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29

