Menendez korrupsiya girdabında...
29.08.2023 [10:51]
400 min dollarlıq qızıl külçə satılıb
Yeganə BAYRAMOVA
“New York Post” nəşri amerikalı senator Bob Menendezin erməni əsilli həyat yoldaşı Nadin Arslanyanın qaranlıq maliyyə fəaliyyətini ifşa edən araşdırma yayıb. N.Arslanyan cəmi üç il əvvəl girovla üzləşməsinə baxmayaraq, 400.000 dollar dəyərində qızıl külçələri nağdlaşdırıb. Nəşrin məlumatına görə, satış keçən yaz, yəni senatorun yeni federal araşdırma ilə üzləşdiyini açıq şəkildə etiraf etməsindən aylar əvvəl baş verib.
Senatorun illik hesabatına görə, 56 yaşlı N.Arslanyan qızılı 7 aprel 2022-ci il və 16 iyun 2022-ci il tarixləri arasında satıb. Bu, 13 funt (təxminən 5.9 kq) xalis qızıla bərabərdir. Nəşr bildirib ki, satış 2020-ci ildə Menendezlə evlənməmişdən əvvəl maliyyə cəhətdən çətinlik çəkən, hətta evinin girovu ilə üzləşdiyi bildirilən Arslanyan üçün əlamətdar maliyyə dönüşü olub.
Məlumatlara görə, Manhetten federal prokurorları senatorun və ya onun həyat yoldaşının siyasi lütflər müqabilində avtomobil və Vaşinqtonda mənzil də daxil olmaqla haqqında məlumat verilməyən lüks hədiyyələr alıb-almadığını bilmək istəyirlər. İkinci dəfədir ki, senatorla bağlı korrupsiya iddialarına görə federal orqanlar tərəfindən tədqiqat aparılır. Uzun müddət davam edən Nyu Cersi ştatında aparılan araşdırma 2011-ci ildə heç bir ittiham irəli sürülmədən başa çatıb.
Qeyd olunub ki, 2015-ci ildə Ədliyyə Departamentinin İctimai Dürüstlük Şöbəsinin prokurorları 69 yaşlı Menendezi “Palm Beach” oftalmoloqu və siyasi mesenat, doktor Salomon Melgendən külli miqdarda rüşvət almaqda ittiham ediblər: “Menendez Senatdakı ofisində altı nəfərə keçmiş xeyriyyəçi Salomon Melgenin sevgililərinə viza almaq üçün göstəriş verib. Onların arasında ukraynalı aktrisa və model Svetlana Buçik də var”.
Qəzetin yazdığına görə, N.Arslanyan 2014-cü ildə indi Menendezlə yaşadığı Bergen qraflığındaki evində aylıq 1897 dollarlıq ipotekanı ödəməkdə çətinlik çəkdikdən sonra o, xərclərini idarə etmək üçün federal proqrama daxil olub: “Lakin 2019-cu ilin ortalarına qədər o, aşağı ödənişləri edə bilmədi və ipoteka şirkəti onun evini girov qoymağa başladı. Girov başlayan kimi Arslanyan öz konsaltinq biznesini - “Strategic İnternational Business Consultants” MMC-ni qurub. Şirkətin müştərilərinin kim olduğu bəlli deyil. Onun qeydiyyatı ilə Menendezin dostu Donald Skarinci məşğul olub”.
Qeyd edək ki, cütlük 2020-ci ilin oktyabrında Baysayd şəhərindəki erməni kilsəsində kiçik bir mərasimlə evlənib. Arslanyan 2020-ci ildə etiraf edib ki, Menendezi 1915-ci il “erməni soyqırımı”nın tanınması üçün təbliğat aparmağa təşviq edib.
Daha da araşdırılmalıdır!
Yeri gəlmişkən, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Menendes və həyat yoldaşı haqqında dərc olunmuş məqaləyə münasibət bildirib. H. Hacıyev “X” sosial şəbəkə hesabında məqalədən çıxarış paylaşaraq ermənipərəst siyasətçilərin fəaliyyətinin ətraflı araşdırılmasının vacibliyini qeyd edib: “Pul hər şeyi həll edir! ABŞ və Avropadakı bütün anti-Azərbaycan ermənipərəst lobbiçilər və siyasətçilər daha da araşdırılmalıdır”.
Menendezin fəaliyyəti legitim deyil...
Mövzu barədə fikirlərini “Yeni Azərbaycan”la bölüşən siyasi şərhçi Turan Rzayevin sözlərinə görə, təsadüfi deyil ki, xarici siyasətdə Amerikaya problemlər yaratdığı üçün Menendez haqqında bir neçə dəfə cinayət işi açılıb: “Onun adının korrupsiyada hallandığını bilirik və bu gün də araşdırmalar davam etməkdədir. Erməni lobbisinin təsirində olan bu şəxsin fəaliyyətləri heç bir halda legitim hesab edilə bilməz.
Menendeslə yanaşı, ABŞ Konqresində erməni lobbisinin qatı müdafiəçisi olan Frank Pellone, Adam Şiff, Robert Dold, Bred Şerman, eləcə də senator Barbara Bokser və digərlərinin adını qeyd edə bilərik. Onların adı zaman-zaman maliyyə fırıldaqlarında, korrupsiya əməllərində, erməni diasporunun müxtəlif fondlarında topalanmış maliyyə vəsaitlərinin mənimsənilməsində hallanıb.
Bu şəxslərin məhz erməni diasporundan aldığı maliyyə qarşılığında Azərbaycan və Türkiyə əleyhinə fəaliyyətlə məşğul olduğu sirr deyil”.
Xəbər lenti
Hamısına baxXəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Gündəm
17 May 11:25
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Gündəm
17 May 10:35
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14

