Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / “Texnofest 2023”!

“Texnofest 2023”!

01.09.2023 [10:55]

Ankarada başladı...

Bayraqdardan Azərbaycan anonsu

Y.SAHİB

Məlum olduğu kimi avqustun 30-da Türkiyənin paytaxtı Ankarada ilk dəfə dünyanın ən böyük aerokosmik və texnologiya festivalına-“Texnofest 2023”ə start verilib. Tədbir Etimesgut Hava Limanında təşkil olunub və sentyabrın 3-nə qədər davam edəcək. Qeyd edək ki, “Texnofest” milli texnologiyaları inkişaf etdirməyi hədəfləyən, Türkiyə Texnologiya Komandası (“Türkiye Teknoloji Takımı”-T3 Vəqfi) ilə ölkənin Sənaye və Texnologiya Nazirliyinin birgə təşkil etdiyi ilk və yeganə festivaldır.

Tədbirdə ASELSAN, ROKETSAN, “Baykar”, BMC, HAVELSAN, TÜBİTAK, STM, “Türk Aerokosmik Sənayesi”, TUSAŞ, “Türk Hava Yolları”, “Türk Hava Qurumu”, “Türksat” və “Turkcell” kimi qurumlar, Boğaziçi Universiteti, İstanbul Texniki Universiteti, Yıldız Texniki Universiteti, Orta Doğu Texniki Universiteti, Qaradəniz Texniki Universiteti kimi ali təhsil müəssisələri maraqlı tərəf kimi çıxış edir.

Milli texnologiyaların təbliği və inkişafı insanların bu sahədə məlumatlılığının artırılması məqsədi daşıyır. Festivalda seminarlar, mükafatlı texnologiya yarışmaları və yerli texnologiya sərgiləri, Paraşüt, Solo Türk, Türk Ulduzları və bu kimi yerli-beynəlxalq təşkilatların hava şoularının da keçirilməsi nəzərdə tutulub.

“Texnofest”də Azərbaycan guşəsi...

Festivalda Türkiyə Böyük Millət Məclisində (TBMM) hakim Ədalət və İnkişaf Partiyasını (AKP) təmsil edən millət vəkili Rümeysa Kadak da iştirak edib. Deputat Azərbaycana məxsus “Furkanoğlu” firmasının “Dəmir Yumruq” stendini və “Muay Thai” Federasiyasının prezidenti Araz Musayevi ziyarət edib. O, “Furkanoğlu” şirkət rəsmilərini Türkiyə Böyük Millət Məclisinə dəvət edib.

Araz Musayev “Bayraqdar TB2” ilə Azərbaycanda 2-ci Qarabağ müharibəsində göstərdiyi dəstəyə görə “Baykar” şirkətinə təşəkkür edib. Federasiya prezidenti “Bir millət, iki dövlət” şüarı ilə keçirilən “Texnofest”ə dəstək verməyə borclu olduqlarını da qeyd edib: “Dəstəklədiyimiz layihələrdən biri olan “Atlas C1” silahı 55-60 metr hündürlüyə çata bilən müəyyən koordinata bomba ataraq hədəfi və ya terrorçunu məhv edə bilir. “Atlas C1” avtonom şəkildə havaya qalxır, hədəfi məhv edir və yenidən avtonom şəkildə enir. Stendimizdə 4 pilotsuz uçuş aparatı layihəsini sərgilədik”.

Texnologiya insanlığa xidmət etməlidir!

Tədbirdə olan “Baykar” şirkətinin texniki direktoru Səlcuq Bayraqdar bildirib ki, Türkiyədə əl-ələ verərək bütün çətinliklərin öhdəsindən gəlirik. Qardaş coğrafiyalarımızda tam müstəqil milli texnologiyaların da inkişafı üçün hər zaman birlik-bərabərlik içində olacağıq.

Onun fikrincə, sürətlə inkişaf edən texnologiyalardan elə şəkildə istifadə olunmalıdır ki, bu, ilk növbədə, insanlığa xidmət etsin: “Mənəvi dəyərlərimizə söykənib texnologiyanı elə şəkildə irəlilətməliyik ki, əxlaqi dəyərlərimizi unutmayaq, süni intellektin girdabına düşməyək. “Texnofest”də reallaşdıracağımız hər bir layihədə, ilk növbədə, bu amili rəhbər tutmalıyıq”.

Bakı ilə bağlı anons

S.Bayraqdar “Texnofest” sərgisinin yenidən Azərbaycanda keçiriləcəyini deyib: “Qarabağdakı qələbədən sonra biz Azərbaycanda böyük “Texnofest” festivalı keçirdik. Yaxın vaxtlarda bunu təkrarlamağı planlaşdırırıq”.

Bu, böyük gücdür...

Mövzunu “Yeni Azərbaycan”a şərh edən politoloq Turan Rzayevin sözlərinə görə, Bayraqdar Azərbaycanla əməkdaşlığı genişləndirməkdə maraqlıdır: “Onun Ankaradakı tədbirdə söylədikləri Azərbaycan üçün hərbi-sənaye kompleksinin inkişafına təkan verməklə yanaşı, siyasi baxımdan da əhəmiyyətlidir.

Ötən il mayın 26-da Bakıda “Texnofest Azərbaycan” festivalı start götürmüşdü. Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə paytaxt Ankarada “Texnofest” sərgisində Bayraqdarın çıxışını on minlərlə insan dinləyirdi. Onun hər sərgisinə isə milyonlarla insan qatılır. Bu, böyük gücdür. Ona görə də S.Bayraqdarın “Texnofest”in yenidən Azərbaycanda keçiriləcəyi barədə açıqlama verməsi mühüm əhəmiyyəti malikdir”.

Paylaş:
Baxılıb: 596 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Dialoqlar

16 May 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

16 May 08:33  

Ədəbiyyat

Gündəm

Gündəm

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31