Müxalifət xalqı niyə “günahkar” çıxarır?
01.09.2023 [10:50]
Son illərdə siyasi palitranın “epizodik qəhrəmanları”na çevrilən müxalifət düşərgəsi üzvləri bacarıqsızlıqlarını, savadsızlıqlarını və satqınlıqlarını kompensasiya etmək üçün yollar arayırlar. Hər zaman ermənipərəst mərkəzlərin, anti-azərbaycançı dairələrin sifarişlərini yerinə yetirən anti-milli ünsürlər aldıqları direktivlər əsasında tez-tez “aktivləşmə, passivləşmə fazası”na qədəm qoysalar da, artıq özlərinin xain fikirlərini cəmiyyətə “rəy” adı ilə sırıya bilmirlər. Sosial şəbəkələrdə lokal dəstə şəklində, şər-böhtan, yalan və dezoinformasiya maşını kimi “işlədlən” belələri milli maraq, mənafe, dövlətçilik kimi anlayışları nəinki ikinci plana keçirir, ümumiyytlə, leksikonlarından çıxarır - əksinə, xidmət etdikləri dairələrin maraqlarını müdafiə etmək onların “ən müqəddəs işi”nə çevrilir. Məsələn, AXCP və onun “yan”daşları kimi...
Tofiq Yaqublu “zehniyyəti”
Artıq qohum-əqrəba “birliyi” görüntüsü belə yarada bilməyən AXCP öz yalanlarnı tirajlamaq imkanını itirib. Daha doğrusu, bu təşkilatın əsl siması cəmiyyət tərəfindən yaxşı tanındığı üçün Əli Kərimli və şərikləri xalqı pafoslu fikirləri ilə aldada bilmir. Vaxtilə özünü ermənipərəst mərkəzlərin qarşısında “aktiv elektorata malik qüvvə” kimi tanıtmağa çalışan dağıdıcı ünsürlərin bütün kartları açılıb. Bu səbəbdəndir ki, Əli Kərimlinin pul şəriki Tofiq Yaqublu indi də bacarıqsızlıqlarını, xəyanətkarlıqlarını ört-basdır etmək üçün xalqı hədəfə alıb. Ermənipərəst mərkəzlərin “siyasi eksperti” “vəzifəsini” daşıyan Yaqublunun “düşüncəsinə” görə “bütün variantlarda məsuliyyət xalqın üzərindədir”. Yəni AXCP və Tofiq Yaqublu ermənilərlə sövdələşməyə gedir, “müxalifətçilik” adı altında erməni pulu yeyir, dövlətə və xalqa qarşı aparılan erməni təbliğatının tərkib hissəsi kimi çıxış edir - nəticədə xalq günahkardır. Bu qədər məntiqsiz birisinin “siyasi ekspert” kimi “vacibliyi” də bir başqa məsələdir...
Çirkin kampaniyaların tərkib hissələri...
T.Yaqublu hələ də anlamır ki, özlərini “milli təəssübkeş”, “demokratiya carçıları” kimi qələmə verərək gənc nəsli çaşdırmağa çalışan radikal ünsürlərin bütün maskası yırtılıb - onlar hətta vaxtilə törətdikləri əməllərin unudulduğunu zənn etsələr də, bu belə deyil. Azərbaycan xalqı 1992-ci ildə hakimiyyətə yiyələndikləri dövrdə belə dağıdıcı ünsürlərin ölkədə hansı anti-demokratik rejim qurduğunu, xalqın sərvətlərini taladıqlarını, Qarabağın işğalına rəvac verdiklərini unutmayıb. İndiki məqamda isə ölkəmizin uğurlarına, Qarabağın azadlığına, iqtisadi inkişafa qara yaxmağa çalışan tofiqyaqublular, əlikərimlilər, gültəkinhacıbəylilər, cəmilhəsənlilər yalnız və yalnız qınaq obyektinə çevrilirlər. Xarici dairələrin sifarişlərini yerinə yetirən müxalifət azlığı ölkəmizdəki sabitliyi pozmağa cəhd göstərir, xaos yaratmaq istəyir, Azərbaycana qarşı aparılan çirkin kampaniyalarda yer alır, ermənipərəst mövqedən çıxış edir.
Yaqublunun “yan”daşlığı...
Yaqublunun zehniyyətinə görə, xalq AXCP-nin və ya Əli Kərimlinin normal siyasi mübarizə apara bilməməsində, onların dərrakəsinin buna çatmamasına görə günahkardır - halbuki Əli Kərimlinin bütün fikirləri göstərir ki, o, cəmiyyətə yeni, faydalı, konstruktiv heç nə təklif edə bilmir. 30 ildir ki, dəyişməyən “şüarlar”, eyni populist və mənasız çağırışlar, əsassız ittihamlar, yalan vədlər davam etməkdədir. AXC-nin şinelindən çıxmış və bu gün də müxalifət “post”unu zəbt etmiş Əli Kərimli kimi marginallaşmış, milli maraqları tapdaq altına atan, xəyanətkar şəxslər “siyasətçi” obrazına girməyə çalışır, özünü ictimai rəyə sırımağa niyyətlənir. Xalq isə onu və onun kimilərini qəbul etmir - burada xalqı günahkar çıxaran Tofiq Yaqublu isə sadəcə “yan” daş funksiyasını daşıyır...
MƏNSUR
Xəbər lenti
Hamısına baxSiyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31

