Buzovna: “Bərli-bəzəkli”
01.09.2023 [11:45]
Abşeron kəndləri...
Sonaxanım
Bakının digər tarixi olan kəndlərindən biri də Buzovnadır. Buzovna Maştağa ilə qonşu kənddir. Burada yaşayanlar əsasən əkinçilik və bostançılıqla məşğul olan yerli əhali vaxtilə balıqçılıqla da məşğul olublar. Yerlilər öskürəyə qarşı burada buzovna adlı otdan istifadə etdikləri üçün kəndin adı da Buzovna qalıb. 1861-ci ildə çap olunmuş «Qafqaz şöbəsinin qeydləri» kitabında Buzovna kəndi «Bezouqnan» adlanır. Başqa bir versiyada isə “Buzovna” sözünün “Bəzanə” yəni, “bərli-bəzəkli” sözündən götürüldüyü qeyd olunub. Bildiyiniz kimi “Əli ayağı” adlı məşhur yer də bu kənddədir. Buzovna toponimini tat dilinin araşdırmaçıları fars dilinin məhəlli ləhcələrindən olan tatca “buzov” sözü ilə mənalandırırlar. Suya girən burun mənasını ifadə edir. Bəzi mənbələrdə kəndin adını “buzov ovlanan yer” kimi də mənalandırırlar. Araşdırmaçıların bəziləri “Buzovna” sözünü boz oğuzlarla da əlaqələndirir. Bakı kəndləri içərisində Buzovna kəndi qədimliyinə, spesifik xüsusiyyətlərinə görə digərindən fərqlənir. Mənbələrdə Buzovnada əhalinin məskunlaşmasının miladdan əvvəl III əsrə təsadüf etdiyi bildirilir.
Buzovnada IX əsrə aid alban məbədi, Qarapaltar piri (1306), Bürc-qala (XV-XVI əsrlər), Xəlifə Əli və Məhəmməd Mömin türbəsi (XVII), Sahib-əz-zaman məscidi (XVII), XIX əsr İmam Həsən və Məşədi Qərib məscidi, Seyid Qasım, Şeyx Cavad, Seyid Gülşan pirləri, Həzrət Əli qədəmgahı (Əli ayağı piri), Hun qəbiristanlığı və “Təhməzov”, “Capayev”, “Hacı Nurəli” və “Məşədi Veysəl” adlı hamam binaları var.
1842-ci ildə kəndin əhalisi 1300 nəfərdən çox olub. Deyilənə görə böyük Pişəvəri də Buzovna torpağında dəfn olunub. Sonradan nəşi Fəxri Xiyabana köçürülüb.
Azərbaycan teatr sənəti haqqında ilk elmi əsər yazan, dəyərli sənətkar Sidqi Ruhulla da Buzovna kəndinin yetirməsidir. O həm də dövrünün böyük aktyoru olub. Aktyor demişkən, Azərbaycan teatr və kino sənətinin ən böyük aktrisalarından biri Nəsibə Zeynalovanın adını mütləq çəkməliyik.
Onu da qeyd edək ki, Müşfiqin məşhur “Yenə o bağ olaydı” şeirində Buzovna bağları təsvir olunub.
Xəbər lenti
Hamısına baxDünya
14 İyul 23:29
Dünya
14 İyul 23:10
Dünya
14 İyul 22:45
YAP xəbərləri
14 İyul 22:23
YAP xəbərləri
14 İyul 22:19
Dünya
14 İyul 22:19
Sosial
14 İyul 21:50
İqtisadiyyat
14 İyul 21:24
İqtisadiyyat
14 İyul 21:10
YAP xəbərləri
14 İyul 20:48
Dünya
14 İyul 20:43
Gündəm
14 İyul 20:33
Dünya
14 İyul 20:32
Müsahibə
14 İyul 20:18
Dünya
14 İyul 19:58
Maraqlı
14 İyul 19:22
Dünya
14 İyul 19:09
Dünya
14 İyul 18:26
Sosial
14 İyul 18:12
Dünya
14 İyul 17:33
Dünya
14 İyul 17:19
Dünya
14 İyul 16:57
Dünya
14 İyul 16:19
Dünya
14 İyul 15:31
Gündəm
14 İyul 14:58
İqtisadiyyat
14 İyul 14:41
Sosial
14 İyul 14:40
Sosial
14 İyul 14:40
Elm
14 İyul 14:37
YAP xəbərləri
14 İyul 14:31
YAP xəbərləri
14 İyul 14:28
YAP xəbərləri
14 İyul 14:24
Dünya
14 İyul 14:20
Gündəm
14 İyul 14:18
Dünya
14 İyul 13:53
Dünya
14 İyul 13:47
Dünya
14 İyul 13:25
Dünya
14 İyul 12:38
Gündəm
14 İyul 12:26
Siyasət
14 İyul 12:17
Sosial
14 İyul 12:17
Siyasət
14 İyul 12:12
Dünya
14 İyul 12:10
Gündəm
14 İyul 11:56
Elm
14 İyul 11:38
İqtisadiyyat
14 İyul 11:37
Dünya
14 İyul 11:24
YAP xəbərləri
14 İyul 11:18
Sosial
14 İyul 11:15
Siyasət
14 İyul 11:10
Gündəm
14 İyul 11:06
Gündəm
14 İyul 11:01
Gündəm
14 İyul 10:50
Siyasət
14 İyul 10:35
İqtisadiyyat
14 İyul 10:32
Gündəm
14 İyul 10:15
Analitik
14 İyul 10:11
Gündəm
14 İyul 10:08
MEDİA
14 İyul 10:07
Ədəbiyyat
14 İyul 09:56
Siyasət
14 İyul 09:56
Turizm
14 İyul 09:43
Maraqlı
14 İyul 09:38
Ədəbiyyat
14 İyul 09:34
Dünya
14 İyul 09:23
Dünya
14 İyul 08:47
Dünya
14 İyul 08:12
Dünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31

