Azərbaycan icazə verərsə...
02.09.2023 [12:00]
“Sputnik Armeniya” radiostansiyası Qarabağda yayımı dayandırıb
“Sputnik Armeniya” radiostansiyasının yayımı Qarabağ ərazisində, eyni zamanda, Xankəndi və ermənilər yaşayan bölgələrdə dayandırılıb. Məsələ ilə bağlı mediaholdinqə sorğu göndərən Rusiya Dövlət Dumasının ermənipərəst deputatı Konstantin Zatulinə “Rossiya seqodnya” mediaqrupunun baş direktoru Dmitri Kiselyov cavab verib.
Yayımın dayandırılmasının səbəbi...
Kiselyov bildirib ki, “Sputnik” radiosunun Qarabağda yayımının davam etdirilməsi üçün Azərbaycanın icazəsi lazımdır. “Bir müddət əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, sülhə nail olmaq üçün İrəvan Azərbaycanın ərazi bütövlüyünü tanımağa və Ermənistanın ərazisini 1991-ci ilin sərhədlərində qeyd etməyə hazırdır. Biz bu bəyanata əsasən güman edirik ki, Azərbaycanın tənzimləyici orqanlarının razılığı olmadan efirimizin retranslyasiyasının davam etdirilməsi Moskva tərəfindən münasibətlərin səmimiliyini şübhə altına qoyur və ölkələrimiz arasında dövlətlərarası əlaqələrin mürəkkəbləşməsinə səbəb ola bilər”, - məktubda deyilir.
“Rəsmi Bakıdan yayımı davam etdirmək üçün bütün aktual hüquqi normalara uyğun icazə alınarsa, regionda yayımı davam etməyə hazırıq”, - deyə D.Kiselyov əlavə edib.
Fəallaşdırılmış ermənipərəstlər narahatdır
Bu fakt Azərbaycanın ədalətli mövqeyinin dünya miqyasında dəstəkləndiyini və apardığımız siyasi kursun beynəlxalq hüquqa söykəndiyinin növbəti bariz təsdiqidir. Ölkəmiz 44 günlük müharibədə qazandığı qələbə nəticəsində bütün haqsızlıqlara və ədalətsizliyə son qoydu. Bu gün işğaldan azad edilmiş torpaqlarımız üzərində suveren hüquqlarımız bərpa olunur və bu fakt bütün ölkələr və təşkilatlar, hətta vaxtilə erməniləri dəstəkləyənlər tərəfindən də etiraf edilir.
Son dövrlərdə bəzi ermənipərəst mərkəzlərin məqsədli şəkildə aktivləşdirilməsinin şahidi oluruq - bunun ən əsas səbəbi Azərbaycanın öz gücü ilə regionun reallığını, siyasi proseslərin axarını dəyişməsidir. Ermənipərəstlər prosesin hansı istiqamətdə inkişaf etdiyini görür. Bu mənada da, onlar aktivləşir və ya aktivləşdirilir. Aktivləşdirilməsini vurğulamağımız isə təsadüf deyil. Erməni lobbisi, ermənipərəst dairələr tərəfindən stimullaşdırılan bu kimi şəxslər illərlə onlara xərclənən çirkli pulların yuyulmasında da bir mexanizm kimi istifadə olunublar. Onların fəallış(dırıl)masında ən böyük səbəblərdən biri və bəlkə də ən birincisi məhz budur.
Bütün dünya etiraf edir...
Bu gün Azərbaycanın haqq səsi dünyada eşidilməkdədir - BMT TŞ-dakı son müzakirələr bu həqiqətin üzərinə növbəti dəfə işıq saldı. Hətta Ermənistanın “ümidlə” baxdığı bəzi dövlətlər belə Azərbaycanın haqq işini, ədalətli təkliflərini müdafiə etdi. Artıq dünya güclü Azərbaycanın iradəsini tanıyır, onunla hesablaşır. Heç kimə sirr deyil ki, rəhbərliyində Marqarita Simonyanın təmsil olunduğu bir media holdinqin belə bir addım atması da təsadüfi deyil - bu, Azərbaycanın apardığı uğurlu siyasətin nəticəsidir. Azərbaycana qarşı informasiya müharibəsində daima erməniləri dəstəkləyən bu kimi mediaqruplar artıq “tərk-silah” olunurlar. Bunun səbəbləri, eyni zamanda Azərbaycanın artan nüfuzu, reallıqları dünyaya təqdim etmək imkanlarının artması ilə də əlaqədardır. Məsələn, 44 günlük müharibə dövründə Prezident İlham Əliyevin 30-dan artıq xarici media orqanına müsahibə verməsi dünyada görünməyən bir hadisə kimi hələ də xatırlanır - Azərbaycanın bu informasiya müharibəsində əldə etdiyi qələbənin böyüklüyü isə bu günün reallığı ilə miqyassızdır. Artıq bütün dünya Azərbaycan həqiqətlərini, proseslərə nəzarət etdiyimizi etiraf edir. Bu, növbəti böyük qələbədir...
SADİQ
Xəbər lenti
Hamısına baxElm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 12:05
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29

