G20-nin Hindistan sammitində...
05.09.2023 [11:20]
Rusiya və Çin liderləri sammitdə iştirak etməyəcək
N.BAYRAMLI
9-10 sentyabrda Hindistanda “Böyük İyirmilik” (G20) sammiti keçiriləcək. Hindistan hökuməti Rusiya Prezidenti Vladimir Putinin Yeni Dehlidə keçiriləcək G20 sammitində iştirak etməyəcəyini təsdiqləyib. Hindistanın Baş naziri Narendra Modinin ofisi V.Putinin bu ölkədə keçiriləcək G20 sammitinə qatılmayacağını və onu xarici işlər naziri Sergey Lavrovun əvəzləyəcəyini açıqlayıb. Bildirilib ki, Hindistan Baş naziri V.Putinlə telefonla danışıb. Hökumət başçısı deyib ki, Rusiya liderinin sammitdə iştirak etməmək qərarı anlaşılandır.
Qeyd edək ki, 2023-cü ilin martında Beynəlxalq Cinayət Məhkəməsi Vladimir Putinin həbsinə order verib. Bu baxımdan Hindistan Rusiya liderini ölkəyə gələn kimi dərhal həbs etməlidir. Bundan əvvəl Kremlin sözçüsü Dmitri Peskov da bildirib ki, V.Putin Yeni Dehlidə keçiriləcək sammitdə şəxsən iştirak etməyi planlaşdırmır. Xatırladaq ki, daha əvvəl Rusiya Prezidenti CAR-da keçirilən BRİKS sammitində şəxsən iştirakdan imtina etmişdi.
Rusiya Prezidenti ilə yanaşı, Çin Xalq Respublikasının lideri Si Cinpin də G20 sammitində iştirak etməyəcək. Sammitdə bu ölkəni Çin Dövlət Şurasının Baş naziri Li Cyan təmsil edəcək. Bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Nin məlumat verib. ABŞ Prezidenti Cozef Bayden isə Çin lideri Si Cinpinin bu həftə Hindistanda keçiriləcək G20 sammitində iştirak etməməsindən məyusluğunu bildirib. Bununla belə, ABŞ Prezidenti Çinin dövlət başçısı ilə görüşmək niyyətində olduğunu qeyd edib.
Onu da qeyd edək ki, Hindistan Ukrayna Prezidenti Volodimir Zelenskini G20 sammitinə dəvət etməyib. Bu barədə Hindistanın xarici işlər naziri Subramanyam Cayşankara bildirib. “Bizim fikrimizcə, sammitdə G20-yə üzv dövlətlər və dəvət etdiyimiz ölkələr və təşkilatlar iştirak edir”, - deyən nazir vurğulayıb ki, Hindistan dəvətlilərin siyahısını hələ dekabr ayında G20-nin sədri olanda açıqlayıb və məsələni yenidən nəzərdən keçirməyib.
Xatırladaq ki, G20-nin ötən ilin noyabrında İndoneziyanın Bali adasında keçirilən sonuncu sammitində də V.Zelenski iştirak etməmişdi, amma o sammitdə videoformatda çıxış etmişdi. Həmin sammitdə əsas müzakirə mövzusu məhz Rusiya-Ukrayna münaqişəsi olmuşdu. Ukrayna prezidenti Volodimir Zelenski sammit çərçivəsində videoçıxışı zamanı demişdi ki, Rusiyanın Ukraynada apardığı müharibə dayandırılmalıdır. “Biz Rusiyaya imkan verməyəcəyik ki, öz hərbi gücünü artırsın”, - deyən Zelenski, həmçinin qeyd edib ki, müharibənin dayandırılması üçün “Rusiya öz işğalçı hərbi qüvvələrini ərazilərdən çıxarmalı”, Ukrayna dövlətinə dəymiş ziyana görə təzminat ödəməli və Ukraynanın ərazi bütövlüyünü tanımalıdır.
İndoneziyada keçirilən G20 sammiti iştirakçı ölkələrin liderləri tərəfindən bəyannamənin qəbulu ilə başa çatmışdı. Sənəddə üzv ölkələrin əksəriyyətinin Ukraynadakı müharibəni kəskin şəkildə pislədiyi əksini tapıb. Bununla yanaşı, o da qeyd olunub ki, yaranmış vəziyyət və sanksiyalarla bağlı başqa fikirlər və müxtəlif qiymətləndirmələr də olub. Bəyannamədə vurğulanıb ki, Ukraynadakı müharibə insanların ölçüyəgəlməz iztirablarına səbəb olub və qlobal iqtisadiyyatda mövcud problemləri daha da gücləndirib. Sənəddə Rusiyaya qarşı iqtisadi sanksiyalar tətbiq etməyən bir sıra ölkələrin mövqeyi də qeyd olunub. Eyni zamanda, bəyannamədə Rusiyaya qarşı çıxan ölkələrin istəyi ilə qeyd edilib ki, nüvə silahından istifadə və ya istifadə hədəsi qəbuledilməzdir. Sənəddə, həmçinin bildirilib ki, münaqişələrin sülh yolu ilə həlli, böhranların aradan qaldırılması üçün səylər, o cümlədən diplomatiya və dialoq həyati əhəmiyyət kəsb edir.
Nəzərə alaq ki, G20-nin sammitlərində əsasən iqlim dəyişikliyindən, dayanıqlı enerjiyə, beynəlxalq borc amnistiyasından tutmuş, transmilli şirkətlərin vergilərinə qədər daha geniş məsələlər müzakirə olunur. Lakin son illər geosiyasi məsələlər də bu platformada əsas müzakirə mövzusuna çevrilib. Bu baxımdan, Hindistanın rəsmi Moskva ilə isti münasibətlərinə rəğmən Yeni Dehli şəhərində keçiriləcək sammitdə də Ukrayna məsələsinin xüsusi olaraq gündəmə gətiriləcəyi istisna deyil.
Xəbər lenti
Hamısına baxSiyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31

