Prezidentin çağırışları zəminində reallaşan “Azərbaycan dili və ədəbiyyatı” Forumu
12.09.2023 [10:37]
Sentyabrın 1-3 tarixlərində Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının dəstəyi ilə keçirilən “Azərbaycan dili və ədəbiyyatı” forumunu hansı tərəfləri ilə mütərəqqi addım hesab etmək olar? İlk növbədə, otuz il müstəqillik, üç il isə Zəfər təntənəsi ilə yaşayan ölkənin ədəbiyyat və dil siyasətinin bütün gücü və parametrləri ilə meydana çıxarılan mənzərəsini görükdürməyə müvəffəq olması ilə. Əlbəttə, son otuz ildə biz hər iki sahəyə dair məsələləri demək olar ki, mütəmadi olaraq aktuallaşdırmış, məqalə və kitablarımızın predmetinə çevirmişik. Amma forumda bu məsələlər daha sistemli və bitkin şəkildə, bütün yönləri ilə müzakirə müstəvisinə çıxarıldı. Biz nəinki gələcək üçün strateji hədəflər müəyyənləşdirdik, həm də son otuz ilin reallıqlarına nəzər yetirdik. Hansı sınaq və çətinliklərdən keçdiyimizi unutmayaraq keçdiyimiz tarixi yola nəzər saldıq. 1990-cı illərin fəci və dramatik prosesləri və bütün bu xaosun içində mədəniyyəti, elm və ədəbiyyatı güdaza vermədən qoruyan, Diri saxlamağı bacaran ümummilli lider Heydər Əliyevin əziz ruhunu qədirşünaslıqla yad eləməyi mənəvi borca çevirməklə. Elə forum da məhz “Heydər Əliyev İli” çərvivəsində keçirilirdi. Bundan əvvəl bu ilin aprel ayında reallaşan “Azərbaycan teatrı - 150: inkşaf perspektivləri” mövzusunda Teatr Forumu”, “Azərbaycan Kinosu - 125: Reallıq, Çağırışlar və Hədəflər” mövzusuna həsr olunmuş Kino Forumu və nəhayət, “Azərbaycan dili və ədəbiyyatı” forumu. Mənə elə gəlir ki, bütün bu mədəni gedişatlarda ən çox sevinən də elə Heydər Əliyevin ruhu oldu. Onun çox sevdiyim bir fikrini xatırlayıram. Müstəqillik illərinin əvvəllərində - həmin o qarışıqlıq və xaos dövründə Heydər Əliyevin söylədiyi bu ibrətamiz fikir onun bütün fəaliyyət xəttini dəqiq xarakterizə edir: “Elmimizlə, mədəniyyətimizlə, mənəviyyatımızla çox ehtiyatlı, çox diqqətli davranmaq lazımdır. Bu işləri bazar iqtisadiyyatının ixtiyarına vermək olmaz”. Heydər Əliyev yalnız milli müstəqilliyi qazandığımız 1990-cı illərdə deyil, eləcə də hakimiyyətdə olduğu 1969-1982-ci illərdə - sovet epoxası daxilində ədəbiyyatı nəinki iqtisadiyyatın, eləcə də siyasətin, gücün ayağına vermədi. Bütün fəaliyyəti dövründə mədəniyyət və ədəbiyyata, onun müxtəlif dövrlərində yaşayıb-yaratmış ədiblərinə qədirşünas mövqedən yanaşan Heydər Əliyevin rəhbər kimi özəlliyi bəlkə də elə buradan başlayır. Milli düşüncənin intibahı, milli ruhu diri saxlamaq meyli onun tərcümeyi-halının ən işıqlı tərəfini təşkil edir. Bu kontekstdə onun obrazını necə xarakterizə etmək olar? Həm azərbaycançılıq ruhunu bütün siyasi-mənəvi aşamalardan bütöv və zədəsiz çıxaran böyük azərbaycanlı, həm də bütün dünya mədəniyyət və dəyərlərinə tolerant və multikultural aspektdən yanaşmağı bacaran dünya insanı! Heydər Əliyev üçün hər zaman əsas amal milli birlik, milli vəhdət olmuşdur. Onun azərbaycançılıq təliminin ana yapısında dayanan başlıca məqam elə bundan qaynaqlanırdı. İqtisadi coğrafiyanı böyük quruculuq işləriylə, mənəvi coğrafiyanı isə milli-mənəvi dəyərlərin Azərbaycana qaytarılmasıyla gerçəkləşdirən Heydər Əliyevin atdığı bütün addımlar milli məfkurənin gəlişməsinə imkan yaratmaq məqsədi güdürdü.
Sentyabrın 1-3 tarixlərində keçirilən “Azərbaycan dili və ədəbiyyatı” forumu görülən bu böyük, taleyüklü əhəmiyyət kəsb edən işlərin məntiqi nəticəsi idi. Zamanı gəlmiş, XX əsr dahisinin gördüyü misilsiz xidmətlər öz sözünü deməkdə idi. Forumu bu mənada, həmin qorunan dəyərlərdən zəmin alaraq, meydanda olan ədəbi-mədəni arsenalı daha qüvvətli şəkildə irəli aparmaq yönündə hansı işlər görmək olar niyyəti ilə hazırlanan dövlət proqramının bir hissəsi da adlandırmaq mümkündür. Bunu Mədəniyyət naziri Adil Kərimli də tədbirin Şamaxıda baş tutan açılış mərasimində xüsusi vurğuladı. Nazir bildirdi ki, Forumun təşkili Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən silsilə layihənin tərkib hissəsidir: “Belə forumların keçirilməsi cəmiyyətin inkişafı, mədəniyyətimizin zənginləşdirilməsi, gələcəkdə daha geniş üfüqlər açılması baxımından olduqca əhəmiyyətlidir. Azərbaycan Dili və Ədəbiyyatı Forumu mühüm mövzuların mütəxəssislərin iştirakı ilə müzakirəsi və əldə edilən nəticələri həyata keçirmək məqsədi daşıyır. Azərbaycan dili çox vacib sahələrdən biridir. Ümummilli Lider hər zaman ana dilimizi yüksək qiymətləndirib, onun qorunmasına, saflığının təmin edilməsinə, inkişaf etdirilməsinə önəm verib. Bu səbəbdən Azərbaycan Dili və Ədəbiyyatı Forumunun Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində keçirilməsi önəmlidir. Hazırda isə dövlətimizin başçısı İlham Əliyev tərəfindən Azərbaycan dilinin inkişaf etdirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü davamlı tədbirlər, xüsusilə Azərbaycan dilinin saflığının qorunması, onun kənar təsirlərdən mühafizə olunması, dilin tərkibinin inkişaf etdirilməsi istiqamətində çoxşaxəli siyasət həyata keçirilir. Ulu öndər Heydər Əliyev hər zaman ana dilimizin - Azərbaycan dilinin inkişafına və təmizliyinə xüsusi diqqət yetirib. Bu gün bu siyasəti Prezident İlham Əliyev uğurla davam etdirir. Forumdan əsas gözləntilər problemləri ortaya çıxarmaq, onları müzakirə etmək və nəhayət, bu problemləri dövlət strategiyasında gələcək üçün nəzərə almaqdır”.
Bəli, məhz problemləri meydana çıxarmaq, müzakirə etmək və onların gələcək həlli üçün ən optimal şəkildə həllinə nail olmaq. Forumun əsas qayəsi bu məqsəd ətrafında birləşməyi təklif edirdi. İlk dəfə idi ki, forumda alternativ fikrə tribuna verilmişdir. Hər kəs fikir səsləndirməkdə, təklif irəli sürməkdə azad idi. Qeyd edim ki, forum öncəsi, avqustun 30-da Mədəniyyət Nazirliyində təşkil olunan toplantıda nazir Adil Kərimli keçiriləcək forumun dövlətin üzərində işlədiyi strateji bir mədəniyyət konsepsiyasının tərkib hissəsi olduğunu qeyd etdi və “sovet ənənələri ilə vidalaşmaq və mədəniyyətə yeni anlayışlar gətirmək” kimi ali məqsəd daşıdığını nəzərə çatdırdı. Burada əsas güc ölkənin elmi-intellektual potensialının üzərinə düşürdü, ya da hansı mənəvi-intellektual potensialdan yararlanmaq sualına cavab tapmaq üçün forum sadəcə təfəkkür aydınlarına verilən meydan idi.
Bu sırada bir məqamı qeyd etməyə ehtiyac var. Azərbaycan dili və Ədəbiyyatı Forumunun keçirilməsi “Azərbaycan mədəniyyəti 2020-2040-cı illərdə dövlət strategiyası”nın tərkib hissəsi kimi gerçəkləşdi. Forum dövlətin mədəniyyətimizə, ədəbiyyatımıza diqqət və qayğısının təzahürüdür. Son üç ildə Şuşada keçirilən Vaqif Poeziya günləri, bu təntənəli hadisə münasibətilə ədəbiyyat adamlarının bir araya gəlməsi, müxtəlif mədəni tədbirləri bölüşmələri ədəbiyyatın canlanması baxımından mütərəqqi addım sayılmalıdır. Əslində, burada mütərəqqi sayılan digər əsas amil Azərbaycan Pespublikasının Prezidenti İlham Əliyevin gerçəkləşdirdiyi müstəsna işlər, imza atdığı misilsiz qərarlardır. “Multikulturalizm İli”, “İslam həmrəyliyi İli”, “Azərbaycan Xalq Cümhuriyyəti İli”, “İmadəddin Nəsimi İli”, “Nizami Gəncəvi İli”, “Şuşa İli”, “Heydər Əliyev İli” - özündə böyük bir tarixi keçmişin ən dəyərli səhifələrini ehtiva edən bu qərarlarla ölkə başçısı mədəniyyətin inkişafına, tarixi yaddaşın bərpasına xidmət etdi. Elə son tarix - 2022-ci ildə ədəbiyyatla bağlı görülən əksər işlər daha çox verilən dörd sərəncamın icrasına köklənməklə gerçəkləşdi: Şuşanın 270, Xurşidbanu Natəvanın 190, Hüseyn Cavidin 140, Əhməd Cavadın 130 illiyi ilə bağlı müxtəlif humanitar instansiyalarda tədbirlər keçirildi. Şuşada “Natəvan günləri” (8-9 sentyabr 2022) tədbirindən tutmuş VIII Bakı Beynəlxalq Kitab Sərgisindəki təqdimatlara qədər hər kiçik nüansda belə adı keçən mövzular daha aparıcı sırada qərarlaşdılar. Danılmaz faktdır ki, onların yubileyləri ilə bağlı hazırlanan təqdimatlar, səslənən fikirlər istər-istəməz bu klassiklərin yaradıcılığına ayıq bir münasibət formalaşdırır, onları yeni nəslə tanıdır və ilk növbədə, klassikanı müasir ədəbiyyatla birləşdirməyə və həmin ədiblərin yaradıcılığına müasirlik prizmasından yanaşmada prinsipial mövqe ortaya qoyur. Bəli, Prezidentin verdiyi son qərarlar Qarabağla bağlı aparılan quruculuq işlərinə həm də mənəvi planda yanaşmaq, onun dəyərlərinin ehtiva olunduğu ən kiçik nüansı belə bədii-estetik yaddaşın məxəzinə çevirmək baxımından müstəsna missiya daşıyıcısıdır.
“Heydər Əliyev İli” çərçivəsində təşkil olunan “Azərbaycan dili və ədəbiyyatı” forumu da Prezidentin çağırışlarından zəmin alan böyük mədəni hadisədir. Bu forumun mahiyyətində ehtiva olunan sakral məna nə ilə bağlıdır?! Mədəni iqlimə köklənməyə gözəl bir vəsilə olmaqla bərabər, həm də maraq dairəsində olduğumuz indiki zamanda öz milli-mənəvi dəyərlərimizin ehtiva olunduğu məqamların tədqiqinə diqqət çəkmək, onların qorunmasına, sivil istiqamətlərdə inkişafını reallaşdırmağa çalışmaq. Bu forum bizim bir xalq, dövlət kimi varlığımızın siması - sənətin, kitabın və mədəniyyətin çağırışçısı statusunda tanıdılmağımız üçün unikal dəyər kəsb edir. Bunu reallaşdırmaq milli-mədəni və tarixi irsimizin qorunması və təbliğ olunması istiqamətində estetik bir dönəmin başlanması deməkdir. Bu forum ədəbiyyatımızın müxtəlif sahələri ilə bağlı bir sıra məqamlara geniş kontekstdə nəzər yetirməni yenidən gündəmə gətirdi. Priorotet istiqamətin ana dilimizin inkişafı, zənginləşməsi, saflığının qorunması olması isə mühüm simvolik çalar kəsb edir.
Aydındır ki, yeni dəyərlər sisteminə inteqrasiya edirik. Çətinlik və ağırlıqların olması təbiidir. Amma bütün hallarda bir məsələ mədəni siyasətimizin qayəsində dayanan prioritet məqam kimi nəzərə alınmalıdır. Etnomədəni sistemi qorumaq! Etnomədəni sistemi qoruyan amil, təbii ki, ana dilidir. Bura etnomədəni yaddaş amilini də əlavə etməliyik. Onu zədələmək millətin bütövlüyünü, milli kimliyini zədələyə bilər. Etnomədəni sistemi qorumaq qloballaşmanın xüsusən milli dil üzərindəki təhdidlərini dəf etməkdə də yardımçı olar. “Azərbaycan dili və ədəbiyyatı” forumu bu baxımdan böyük əhəmiyyət daşıyan, bəlkə də lazımlığı zaman keçdikcə aydınacaq bir hadisədir.
Beş panel iclasından ibarət olan forumda məsələlər “Qloballaşmanın Azərbaycan dilinə təsiri və Ana dilimizin saflığının qorunması mexanizmləri”; “Azərbaycan dili və ədəbiyyatı zaman kontekstində: klassik ənənələr və müasir trendlər”; “Teatr və kinonun inkişafında ədəbiyyat faktoru: əsərdən səhnəyə, səhnədən ekrana”; “Uşaq və yeniyetmələr arasında mütaliənin təbliği. Azərbaycan uşaq ədəbiyyatının vəziyyəti” və “Dəyərlər və etik davranış kodeksləri: kitabın fərdi və sosial həyatda əhəmiyyəti və funksiyaları” mövzuları ətrafında çıxış, müzakirəyə çıxarılan mövzular üzrə sual-cavabla davam etdi. Hər panel iclasının mövzusu ilə bağlı maraqlı təkliflər səsləndirildi: Azərbaycan dilinin təsir dairəsini daha da genişləndirmək üçün mexanizm işlənib hazırlanmasının vacibliyi, inteqrasiya zamanı dilimizə keçən sözlərin elmi əsasını tapmaq zərurəti, dilimizin elmi, fəlsəfi və intellektual ərazidə olan problemlərinin aradan qalxması üçün xarici ölkələrin elmi-kütləvi ədəbiyyatını dilimizə tərcümə edilməsinin əhəmiyyəti, nəşr olunan yeni ədəbiyyatın regionlara çatdırılmasında ciddi problemlərin aradan qalxmasının həlli yollarını axtarmaq, kitab sənayesi, yayım sahəsindəki problemlərin mövcudluğu, Azərbaycanın beynəlxalq ədəbi konvensiyalara qoşulmasının vacibliyi, Güney Azərbaycanda dilimizin və ədəbiyyatımızın problemləri, Azərbaycan tarixinin son dərəcə qiymətli dövrləri, şəxsiyyətləri haqqında sənədli dram əsərlərinin yazılmasının zəruriliyi, böyük fikir adamı Əli bəy Hüseynzadənin “Siyasəti-fürusət” əsərinin səhnələşdirilməsinin əhəmiyyəti, azyaşlıların mütaliəyə cəlb edilməsi yollarınının axtarılması, dərsliklərdəki ədəbi materialların uşaqların zövqünə və oxucu marağına yetərincə cavab verməməsi və s. Əlbəttə, bütün bu problemlər zamanla həllini tapacaq məsələlərdir. Forumun təşkili də bunları üzə çıxarmaq, qüsurların ehtiva olunduğu nöqtələri həssas bir şəkildə incələyib obyektivin fokusuna gətirmək niyyəti daşıyır. Əsas odur ki, meydanda azad fikir və ideyalar var. Azad fikirlərdən sonra isə mütləq azad əməllər gəlir.
Bütün bunlarla bərabər, forumun ən gözəl tərəflərindən biri fikir azadlığı və polemik ab-havaya malik olması idi. Əks halda, italyan yazıçısı Umberto Ekonun bir fikrini yada salmalı olacaqdıq: “Hamının eyni düşündüyü yerdə heç kəs düşünmür”. Əlbəttə, istisna etmirik ki, bu mübahisələrin içində “mən” davasının gətirdiyi şəxsi maraq və qərəz də var idi. Amma hər zaman dediyim bir fikir var. Bütün sahələrdə o zaman uğur qazanacağıq ki, “mən”dən “biz”ə keçməyi bacaracağıq. Çünki məhz, “biz”ə xidmət edilən məqamda ondan hər kəs öz nəsibini alacaq. Bu mənada, düşünürəm ki, forum mədəniyyətimizin gələcəyi üçün cızdığı strateji yol xəritəsində bu amili nəzərə alacaq və məhz, ədəbiyyatın, sənətin sabahını düşünənlərin təklif və tələbləri üzərindən yola çıxmaqla gerçəkləşən böyük mədəni hadisəyə çevriləcəkdir.
Elnarə Akimova ,
YAP İdarə Heyətinin üzvü,
filologiya elmləri doktoru,
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda şöbə müdiri
Xəbər lenti
Hamısına baxİdman
17 May 10:45
Dünya
17 May 10:31
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05

