Parlamentin komitə iclasında
15.09.2023 [10:50]
Miqrasiya orqanları işçiləri üçün yeni qaydalar tətbiq ediləcək
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin payız sessiyası üçün iş planı təsdiqlənib
Sentyabrın 14-də Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin 2023-cü ilin payız sessiyasında ilk iclası keçirilib.
Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli gündəliyin ilk iki məsələsinin 2023-cü ilin yaz və növbədənkənar sessiyaları dövründə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində görülən işlər barədə hesabat və komitənin 2023-cü il payız sessiyası üçün iş planı olduğunu bildirib. Hesabat dövründə komitədə görülən işlərlə bağlı qısa məlumat verən birinci vitse-spiker bildirib ki, qarşıdakı sessiya ilə bağlı iş planında komitəyə daxil olacaq qanun layihələrinin və digər sənədlərin müzakirəsi, onlara rəy və təkliflərin hazırlanması nəzərdə tutulub.
Gündəliyin 3-cü məsələsi ilə bağlı komitə üzvü Nizami Səfərov məlumat verib. O, bildirib ki, “Hava gəmilərində törədilmiş cinayətlər və bəzi digər aktlar haqqında” Konvensiyada dəyişiklik edilməsinə dair Protokol”a qoşulmaq barədə qanun layihəsi hava gəmilərində nizam-intizamın təmin edilməsi, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi və yurisdiksiyanın tənzimlənməsi məqsədinə xidmət edir.
Gündəlikdə 4-cü məsələ olan Mülki Prosessual Məcəllədə, İnzibati Xətalar Məcəlləsində, “Notariat haqqında” və “İnzibati icraat haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş)ilə bağlı Əli Hüseynli bildirib ki, sənəd “İcra haqqında”Qanunda dəyişiklik edilməsi barədə 2022-ci il 2 dekabr tarixli Qanunun icrası ilə əlaqədar hazırlanıb və uyğunlaşdırma xarakteri daşıyır.
5-ci və 6-cı məsələlər barədə komitə üzvü Bəhruz Məhərrəmov məlumat verib. O, bildirib ki, birinci oxunuşda olan “Polis haqqında” Qanunda dəyişiklik edilməsi barədə və Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanun layihələrində daxili işlər orqanları üçün kadr hazırlayan təhsil müəssisələrində təhsil alan şəxslərin digər xüsusi təyinatlı təhsil müəssisələrində təhsil alan şəxslər kimi “kursant” adlandırılması təklif olunub. Həmçinin “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”yə daxili işlər orqanları üçün kadr hazırlığı sahəsinin hüquqi tənzimlənməsi məqsədi ilə bir sıra yeniliklər, o cümlədən “Daxili işlər orqanları üçün kadr hazırlığı” adlanan I-I Fəslin əlavə olunması təklif olunur.
Komitə sədri növbəti 5 məsələ - Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında (birinci oxunuş), “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə (birinci oxunuş), “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə (birinci oxunuş), “Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahılarının təsdiq edilməsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə (birinci oxunuş) və “Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında prekursorlardan istifadə məqsədi ilə törədilən əməllərlə əlaqədar həmin prekursorların xeyli və külli miqdarının Siyahısı”nın təsdiq edilməsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihələri ilə bağlı bildirib ki, sənədlər “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsinı haqqında” Qanuna uyğunlaşdırma, habelə “İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” və “Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” 26 aprel 2022-ci il tarixli qanunların icrasını təmin etmək məqsədi ilə hazırlanıb.
12-ci məsələ olan “Dövlət qulluğu haqqında” Qanunda və Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş)barədə komitənin üzvü Kamal Cəfərov məlumat verib. O, bildirib ki, “Dövlət qulluğu haqqında” Qanuna təklif olunan dəyişikliklər dövlət qulluğunun xüsusi növündə qulluq keçən şəxslərin xüsusi, hərbi, diplomatik rütbələrininuyğunlaşdırılması qaydalarını tənzimləmək məqsədi ilə hazırlanıb. “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”yə təklif olunan dəyişikliklər isə miqrasiya orqanlarında qulluq edənlərin hüquqi vəziyyətinin və iş şəraitinin yaxşılaşdırılmasına yönələn dəyişikliklərdir.
13-cü məsələ İnzibati Prosessual Məcəllədə dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) barədə komitənin üzvü Nizami Səfərov bildirib ki, dəyişikliklər dəqiqləşdirmə və texniki xarakter daşıyır.
Müzakirə olunan sonuncu məsələ - Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) isə böyük, orta və kiçik xüsusi rütbələrin müvafiq təqdimatlar əsasında müvafiq icra hakimiyyəti orqanının rəhbəri tərəfindən verilməsini təsbit edir.
Gündəlikdəki məsələlərlə bağlı Hüquq siyasəti və dövlət quruculuğu komitəsi sədrinin müavini Qüdrət Həsənquliyev, deputatlar Əminə Ağazadə, Azay Quliyev, Erkin Qədirli çıxış ediblər, rəy və təkliflərini səsləndiriblər.
Deputatlar 2023-cü ilin yaz və növbədənkənar sessiyalarında Hüquq siyasəti və dövlət quruculuğu komitəsində görülən işləri qənaətbəxş sayıblar, komitənin 2023-cü il payız sessiyası üçün iş planını təsdiqləyiblər, gündəlikdəki qanun layihələrini Milli Məclisin plenar iclasının müzakirəsinə tövsiyə ediblər.
İclasda komitə üzvləri Sabir Hacıyev, Nurlan Həsənov, Vüqar İskəndərov, Tahir Kərimli, Elşən Musayev və digər rəsmi şəxslər iştirak ediblər.
Günel ABBAS
Xəbər lenti
Hamısına baxDünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 12:05
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32

