Dedektiv janrının kraliçası
15.09.2023 [11:15]
Şahanə
Aqata Meri Klarissa Miller - ingiltərəli yazıçı, dedektiv janrının kraliçası. Bu ləqəb ona hələ illər öncə verildi. Özü də gələcəyinin necə olacağını uşaqlıqdan təxmin etmişdi.
Bu gün onun doğum günüdür.
Bir çox məşhur yazıçıların həyatı ilə maraqlananda bəlli olur ki, onların çoxunun uşaqlığı acınacaqlı və keşməkeşli keçib. Aqatanın bu cəhətdən bəxti gətirmişdi. O,1890-cı ildə İngiltərənin Denvor qraflığında ABŞ-dən köçüb gəlmiş zəngin mühacir ailəsində dünyaya göz açan qızcığazın böyüdüyü mühit gələcəkdə yazacağı əsərlərində aydın şəkildə təsvir olunacaqdı. Ailənin kiçik uşağı olan Aqata gözəl ailə tərbiyəsi almış, musiqi təhsili görmüşdü.
11 yaşında atasını itirən Aqata anasının himayəsində böyüyür. O, 8 yaşına kimi heç bir məktəbdə təhsil almır, çünki anası bunun əleyhinə idi. Amma Kristi hələ 4 yaşında yazmağı bacarırdı.
Yaşıdlarından, bacı-qardaşından çox fərqlənən balaca qızın sanki öz dünyası var idi. Aqata həmişə xəyalında canlandırdığı obrazlarla söhbətləşir, fikirlərini onlarla bölüşürdü. Elə həmin dövrlərdə Artur Konan Doylun "Mavi karbunkul" adlı detektiv romanının səs-sorağı Kristiyə də gəlib çıxır. Romanı oxuyar-oxumaz balaca qızcığaz özünə söz verir: "Nə vaxtsa mən də detektiv roman yazacağam!".
Aqata ilk əsərlərini anasının təsiri ilə yazır. Güclü soyuqdəymədən yatağa düşən qıza anası darıxmaması üçün kiçik hekayələr yazmağı məsləhət görür. Sonralar Aqata müsahibələrində deyirdi ki, yazıçılığa bir hobbi kimi yanaşırmış:"Əgər kitablarımı heç kim oxumasa belə, mən onları həyat yoldaşım üçün yazacağam",–deyirdi. Bu gün artıq onun əsərləri 103 dilə tərcümə olunub. Kitablarının tirajı isə ildən-ilə artır.
Müsahibələrinin birində etiraf edir:"Romanlarım üçün süjeti mən qab yuyarkən tapıram. Bu axmaq məşğuliyyət həmişə qətllər haqqında fikirlərə sövq edir".
Aqata I Dünya müharibəsi illərində hərbi hospitalda tibb bacısı işləmiş, əczaçılığı öyrənmişdir. Bu onun əsərlərindən də aydın hiss olunur. Detektivlərinin 83-də qəhrəmanlarını zəhər içdirərək "öldürüb". Bunun digər səbəbini Kristi qan içində uzanmış ölülərdən xoşu gəlmədiyini və odlu silahlardan başı çıxmadığı ilə əlaqələndirib.
Oxucuların hisslərinə hörmətlə yanaşdığından Aqata Kristi heç vaxt seksual cinayətləri romanının mövzusuna çevirməyib. O bildirirdi ki, seksual zorakılıq insanın hisslərinə mənfi təsir edir və oxucunu əsərin əsas xəttindın ayırır.
Hamının sevdiyi personaj Erkül Puaro Aqata Kristinin ilk romanından ortaya çıxıb. Bu qəhrəman onun son romanlarının birində ("Pərdə") vəfat edir. Maraqlıdır ki, bu roman nəşr olunandan 40 il əvvəl yazılmışdı. Amma naşirlər sevimli personajın ölümü ilə bağlı olan kitabı çap eləməkdən boyun qaçırırdılar.
60 yaşında yazıçı vaxtilə opera sənətçisi olmağı arzuladığını söyləyib. Amma səsinin olmaması onun bu arzusunu ürəyində qoyub.
Milad bayramı ərəfəsində evlənən Aqata mərasimdə ağ paltar və fata əvəzinə plaş və qırmızı şlyapa geyinmişdi.
Aqata Kristinin yazmaq vərdişi qəribə idi: ona isti vanna və alma lazım olurmuş. Kristi 60 detektiv roman və 19 hekayə məcmuəsi çap eləyib.
Kristinin nəvəsi evlərinin çardağından nənəsinin 27 kasetə yazdığı audiomüsahibəsini tapıb. Aqata Kristi burada bütün həyatını kiçik detallara qədər danışıb. Burada bəzi intim məqamlar olduğuna görə kasetlərin hamısı ictimaiyyətə açıqlanmayıb. Kaset kolleksiyası çardaqda 40 il gizli qalıbmış.
Yazıçının 1952-ci ildə Londonun Ambassador teatrında səhnəyə qoyulmuş "Tələ" pyesi teatr tarixində ən çox oynanılmış pyesdir.
Xəbər lenti
Hamısına baxDünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Siyasət
13 İyul 21:39
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Gündəm
13 İyul 19:55
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30

